https://sputnik.az/20220429/lavrov-ukraynadaki-xususi-emeliyyatin-ne-vaxt-basa-catacagini-aciqlayib-441562695.html
Lavrov Ukraynadakı xüsusi əməliyyatın nə vaxt başa çatacağını açıqlayıb
Lavrov Ukraynadakı xüsusi əməliyyatın nə vaxt başa çatacağını açıqlayıb
Sputnik Azərbaycan
Rusiya XİN başçısı bildirib ki, Ukraynada xüsusi əməliyyatın 9 May - Qələbə Gününə qədər başa çatıb-çatmayacağına aydınlıq gətirib. 29.04.2022, Sputnik Azərbaycan
2022-04-29T23:20+0400
2022-04-29T23:20+0400
2022-04-29T23:47+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0f/439197755_0:0:2955:1662_1920x0_80_0_0_92e935e72aed37ed3bca723552057094.jpg
BAKI, 29 aprel - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Al Arabiya” telekanalına müsahibəsində Ukraynada xüsusi hərbi əməliyyatın başa çatma vaxtı ilə bağlı sualı cavablandırıb. Jurnalist bu əməliyyatın mayın 9-na kimi başa çatıb-çatmayacağını soruşub. "Bu, artıq sizə təsvir etdiyim məqsədlər həyata keçirildikdən və əldə edildikdən sonra başa çatacaq”, - Lavrov cavab verib.Nazir eyni zamanda Rusiya ərazisindəki obyektlərə hücumlarla bağlı insidentlər fonunda əməliyyatın məqsədlərinə nail olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, Rusiya Kiyevin “avantüralarının qarşısını almaqla məşğuldur”.Sülh danışıqlarına gəlincə, Lavrov deyib ki, onlar Kiyev hakimiyyətinin qeyri-ardıcıl mövqeyinə görə dayanıb. “Əgər onlar vicdanlı danışıqlar aparsaydılar, addım-addım razılaşdıqları şeyə sadiq qalsaydılar, biz bu danışıqlarda mühüm irəliləyiş əldə edə bilərdik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, Ukrayna BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Almaniya və Türkiyənin daxil olduğu bir qrup dövlətdən təhlükəsizlik zəmanəti ala bilər."Biz bunun əleyhinə deyilik. Əsas odur ki, onların nə dərəcədə ardıcıl olduğunu başa düşək, xüsusən də bu təminatların hansı əraziləri əhatə etməsi məsələsində. Təbii ki, başa düşdüyünüz kimi, bu, Krım və Ukraynanın şərqinə aid edilə bilməz, çünki biz həmin respublikaların müstəqilliyini tanımışıq. Onlar əvvəlcə İstanbuldakı danışıqlarda bununla razılaşsalar da, sonra nəzər nöqtələrini dəyişdilər”, - Lavrov əlavə edib.O vurğulayıb ki, danışıqlar Kiyevin daim bu oyunları oynamaq istəməsi, həmçinin Vaşinqton, London və digər paytaxtlardan gələn danışıqlar prosesinin sürətləndirilməməsi ilə bağlı göstərişlərə görə dalana dirənib. Buna baxmayaraq, nazir əmindir ki, Rusiya və Ukrayna sülh və mehriban qonşuluq münasibətləri şəraitində yaşayacaqlar.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
https://sputnik.az/20220426/lavrov-ukraynani-telesmeye-cagirdi-441459827.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0f/439197755_66:0:2797:2048_1920x0_80_0_0_11a49fbd126c56a41fc25c643d2311c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, rusiya, ukrayna
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, rusiya, ukrayna
Lavrov Ukraynadakı xüsusi əməliyyatın nə vaxt başa çatacağını açıqlayıb
23:20 29.04.2022 (Yenilənib: 23:47 29.04.2022) Rusiya XİN başçısı bildirib ki, Ukraynada xüsusi əməliyyatın 9 May - Qələbə Gününə qədər başa çatıb-çatmayacağına aydınlıq gətirib.
BAKI, 29 aprel - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Al Arabiya” telekanalına müsahibəsində Ukraynada xüsusi hərbi əməliyyatın başa çatma vaxtı ilə bağlı sualı cavablandırıb.
Jurnalist bu əməliyyatın mayın 9-na kimi başa çatıb-çatmayacağını soruşub.
"Bu, artıq sizə təsvir etdiyim məqsədlər həyata keçirildikdən və əldə edildikdən sonra başa çatacaq”, - Lavrov cavab verib.
Nazir eyni zamanda Rusiya ərazisindəki obyektlərə hücumlarla bağlı insidentlər fonunda əməliyyatın məqsədlərinə nail olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, Rusiya Kiyevin “avantüralarının qarşısını almaqla məşğuldur”.
Sülh danışıqlarına gəlincə, Lavrov deyib ki, onlar Kiyev hakimiyyətinin qeyri-ardıcıl mövqeyinə görə dayanıb.
“Əgər onlar vicdanlı danışıqlar aparsaydılar, addım-addım razılaşdıqları şeyə sadiq qalsaydılar, biz bu danışıqlarda mühüm irəliləyiş əldə edə bilərdik”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Ukrayna BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Almaniya və Türkiyənin daxil olduğu bir qrup dövlətdən təhlükəsizlik zəmanəti ala bilər.
"Biz bunun əleyhinə deyilik. Əsas odur ki, onların nə dərəcədə ardıcıl olduğunu başa düşək, xüsusən də bu təminatların hansı əraziləri əhatə etməsi məsələsində. Təbii ki, başa düşdüyünüz kimi, bu, Krım və Ukraynanın şərqinə aid edilə bilməz, çünki biz həmin respublikaların müstəqilliyini tanımışıq. Onlar əvvəlcə İstanbuldakı danışıqlarda bununla razılaşsalar da, sonra nəzər nöqtələrini dəyişdilər”, - Lavrov əlavə edib.
O vurğulayıb ki, danışıqlar Kiyevin daim bu oyunları oynamaq istəməsi, həmçinin Vaşinqton, London və digər paytaxtlardan gələn danışıqlar prosesinin sürətləndirilməməsi ilə bağlı göstərişlərə görə dalana dirənib. Buna baxmayaraq, nazir əmindir ki, Rusiya və Ukrayna sülh və mehriban qonşuluq münasibətləri şəraitində yaşayacaqlar.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!