Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya ordusu Ukraynanın 6 silah-sursat anbarını məhv edib

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidRusiya MN rəsmi nümayəndəsi İqor Konaşenkov
Rusiya MN rəsmi nümayəndəsi İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Abunə olmaq
Vladimir Putinin sözlərinə görə, xüsusi hərbi əməliyyatn məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi”dir. RF Müdafiə Nazirliyi isə əsas məqsədin Donbasın azad edilməsi olduğunu bildirib.
BAKI, 28 aprel - Sputnik. Rusiya Aerokosmik Qüvvələri Ukraynaya məxsus daha 6 raket və artilleriya silahı, sursat və yanacaq anbarını məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov xəbər verib.
"Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli havadan atılan raketləri Ukraynanın 38 hərbi obyektini vurub. Üç komanda məntəqəsi, Ukrayna millətçi birləşmələrinin 22 dayaq məntəqəsi, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 7 ərazi, həmçinin leksandrovka, Qusarovka, Dolqenkoye və Barvenkovo ​yaşayış ​məntəqələrini ərazilərində raket və artilleriya silahlarının altı anbarı məhv edilib”, deyə general bildirib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya hərbi idarəsində əsas məqsəd Donbasın azad edilməsi adlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0