QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda yeni minatəmizləmə maşınlaırndna istifadə edilir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBozena 5 mina təmizləyən maşını
Bozena 5 mina təmizləyən maşını - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Abunə olmaq
Yüz doxsan hektar sahəni əhatə edən Ağdam Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.
BAKI, 28 aprel — Sputnik. Qarabağın minalardan təmizlənməsi əməliyyatlarında Xorvatiyanın MV-10 və MV-4 mexaniki minatəmizləmə maşınları iştirak edir.
Azərbaycanın Minatəmizləmə Agentliyinin məlumatına görə, "DOK-İNG" şirkəti ilə 11 ədəd xüsusi təyinatlı maşınların ölkəyə gətirilməsini üçün müqavilə bağlayıb. Onlardan 10-u artıq agentliyə təhvil verilib, daha biri isə ilin birinci yarısının sonuna qədər təqdim olunacaq .
ANAMA-dan bildirilib ki, MV-10 maşınları 3 min metrə qədər məsafədən pult ilə idarə olunur. MV-4 maşınları üzrə bu məsafə 1500 metr təşkil edir. Hər iki maşın meyil bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat çalışa bilər.
Qeyd edək ki, Qarabağın minalardan təmizlənməsində Türkiyənin xüsusi təyinatlı "MEMATT" maşınlarından da istifadə olunur.
Onu da qeyd edək ki, 190 hektar sahəni əhatə edən Ağdam Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Yaxın vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0