https://sputnik.az/20220428/qarabagda-bas-verenler-azerbaycanin-daxili-isidir---politoloq-441523444.html
Qarabağda baş verənlər Azərbaycanın daxili işidir - Politoloq
Qarabağda baş verənlər Azərbaycanın daxili işidir - Politoloq
Sputnik Azərbaycan
Ekspert hesab edir ki, dəmir yumruq siyasətinin mexanizmləri növbəti dəfə işə düşərsə, Ermənistanın vəziyyəti ağırlaşacaq 28.04.2022, Sputnik Azərbaycan
2022-04-28T19:19+0400
2022-04-28T19:19+0400
2022-04-28T19:19+0400
ermənistan
qarabağ
azərbaycan
nikol paşinyan
xin
danışıqlar
https://cdnn1.img.sputnik.az/img/41069/08/410690803_0:318:3076:2048_1920x0_80_0_0_5634358fffe7a763380516e15a492926.jpg
BAKI, 28 aprel — Sputnik. Prezident İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu açıqladı.Bu həftə həm də Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikinci dəfə telefon danışığı baş tutdu. Azərbaycan XİN-in yaydığı açıqlamada bildirildi ki, tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılığa gəliblər.Politoloq Elşən Manafov Azərbaycan-Ermənistan arasındakı son siyasi proseslərlə bağlı fikirlərini bölüşüb.O deyib ki, Azərbaycan tərəfindən təklif edilmiş beş təklif həm Avropa İttifaqı, həm də Rusiya tərəfindən müsbət qarşılandı:"Təkliflər istiqamətində Ermənistan tərəfindən konkret addımlar atılması regional təhlükəsizliyin təmin olunmasına sözsüz ki, öz töhfəsini verəcəkdir. Amma Baş nazir Paşinyan beynəlxalq görüşlərdə sərgilədiyi mövqeyin tam əksinə olaraq, daxili auditoriyanın xoşuna gələcək ziddiyyətli açıqlamalar verir".Politoloqun fikrincə, Paşinyanın ziddiyyətli açıqlamaları XİN rəhbərlərinin təmaslarında da özünü büruzə verir:"Çünki Ermənistanın XİN rəhbəri Baş nazir tərəfindən müəyyən edilmiş siyasi kursdan kənara çıxa bilməz. Bununla belə vasitəçi olmadan XİN rəhbərlərinin telefon danışığının baş tutmasının vacib diplomatik uğur kimi görmək olar".Elşən Manafov hesab edir ki, bu gün hər şey Ermənistan tərəfinin Azərbaycan prezidenti tərəfindən irəli sürülmüş prinsiplərə qarşı sərgiləyəcəyi mövqedən asılı olacaq:"Bunu Ermənistanın Baş naziri, hökuməti, müxalifəti, ümumiyyətlə bu dövlətə havadarlıq edənlər yaxşı başa düşür. Dəmir yumruq siyasətinin mexanizmləri növbəti dəfə işə düşərsə, Ermənistanın indiki acınacaqlı vəziyyəti, daha da pisləşə bilər".Politoloq Ermənistanda Paşinyan əleyhinə keçirilən aksiyalara da toxunub və bildirib ki, bu aksiyalar dolayısı ilə Erməni müxalifətinin konyuktur maraqlarına xidmət edir:"Ermənistanda keçirilən son parlament seçkiləri göstərdi ki, erməni xalqı Paşinyan hakimiyyətinin siyasətinə dəstək verir. Mövcud reallıqları nəzərə aldıqda Ermənistan hakimiyyəti müxalifətlə münasibətləri yoluna qoymaq üçün resurslara malikdir. Bu aksiyaların genişlənməsinin qarşısı alınmalıdır və siyasi iradə nümayiş etdirərək Ermənistan Azərbaycanla danışıqlara başlamalıdır".Politoloq xüsusi olaraq qeyd edib ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalisinin problemlərini həll etmək hüququna malikdir və orada baş verənlər Azərbaycanın daxili işidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41069/08/410690803_345:0:3076:2048_1920x0_80_0_0_44b057150f4cc192de2adb3a2d9713e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, azərbaycan, nikol paşinyan, xin, danışıqlar
ermənistan, azərbaycan, nikol paşinyan, xin, danışıqlar
Qarabağda baş verənlər Azərbaycanın daxili işidir - Politoloq
Ekspert hesab edir ki, dəmir yumruq siyasətinin mexanizmləri növbəti dəfə işə düşərsə, Ermənistanın vəziyyəti ağırlaşacaq
BAKI, 28 aprel — Sputnik. Prezident İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu açıqladı.
Bu həftə həm də Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikinci dəfə telefon danışığı baş tutdu. Azərbaycan XİN-in yaydığı açıqlamada bildirildi ki, tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılığa gəliblər.
Politoloq Elşən Manafov Azərbaycan-Ermənistan arasındakı son siyasi proseslərlə bağlı fikirlərini bölüşüb.
O deyib ki, Azərbaycan tərəfindən təklif edilmiş beş təklif həm Avropa İttifaqı, həm də Rusiya tərəfindən müsbət qarşılandı:
"Təkliflər istiqamətində Ermənistan tərəfindən konkret addımlar atılması regional təhlükəsizliyin təmin olunmasına sözsüz ki, öz töhfəsini verəcəkdir. Amma Baş nazir Paşinyan beynəlxalq görüşlərdə sərgilədiyi mövqeyin tam əksinə olaraq, daxili auditoriyanın xoşuna gələcək ziddiyyətli açıqlamalar verir".
Politoloqun fikrincə, Paşinyanın ziddiyyətli açıqlamaları XİN rəhbərlərinin təmaslarında da özünü büruzə verir:
"Çünki Ermənistanın XİN rəhbəri Baş nazir tərəfindən müəyyən edilmiş siyasi kursdan kənara çıxa bilməz. Bununla belə vasitəçi olmadan XİN rəhbərlərinin telefon danışığının baş tutmasının vacib diplomatik uğur kimi görmək olar".
Elşən Manafov hesab edir ki, bu gün hər şey Ermənistan tərəfinin Azərbaycan prezidenti tərəfindən irəli sürülmüş prinsiplərə qarşı sərgiləyəcəyi mövqedən asılı olacaq:
"Bunu Ermənistanın Baş naziri, hökuməti, müxalifəti, ümumiyyətlə bu dövlətə havadarlıq edənlər yaxşı başa düşür. Dəmir yumruq siyasətinin mexanizmləri növbəti dəfə işə düşərsə, Ermənistanın indiki acınacaqlı vəziyyəti, daha da pisləşə bilər".
Politoloq Ermənistanda Paşinyan əleyhinə keçirilən aksiyalara da toxunub və bildirib ki, bu aksiyalar dolayısı ilə Erməni müxalifətinin konyuktur maraqlarına xidmət edir:
"Ermənistanda keçirilən son parlament seçkiləri göstərdi ki, erməni xalqı Paşinyan hakimiyyətinin siyasətinə dəstək verir. Mövcud reallıqları nəzərə aldıqda Ermənistan hakimiyyəti müxalifətlə münasibətləri yoluna qoymaq üçün resurslara malikdir. Bu aksiyaların genişlənməsinin qarşısı alınmalıdır və siyasi iradə nümayiş etdirərək Ermənistan Azərbaycanla danışıqlara başlamalıdır".
Politoloq xüsusi olaraq qeyd edib ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalisinin problemlərini həll etmək hüququna malikdir və orada baş verənlər Azərbaycanın daxili işidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.