https://sputnik.az/20220428/bakida-qizlar-metro-tunele-niye-dusub-441508706.html
Bakıda qızlar metro tunelinə niyə düşüblər?
Bakıda qızlar metro tunelinə niyə düşüblər?
Sputnik Azərbaycan
Onların valideyni polis bölməsinə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar. 28.04.2022, Sputnik Azərbaycan
2022-04-28T12:56+0400
2022-04-28T12:56+0400
2022-04-28T12:57+0400
tiktok
paytaxt xəbərləri
metro
"20 yanvar" stansiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427740936_0:160:3073:1888_1920x0_80_0_0_3c4fe3088f330f788a7f2136c40bd50d.jpg
BAKI, 28 aprel — Sputnik. Bir gün əvvəl metroda fövqəladə vəziyyət yaradan qızlar tuneldə "TikTok" platformasında paylaşmaq üçün video çəkmək istəyiblər.Yetkinlik yaşına çatmayan qızlar tez saxlanıldıqları üçün ideyaları gerçəkləşməyib. Daha sonra qızların şəxsiyyəti müəyyən edilib.“Qafqazinfo”nun xəbərinə əsasən onların Sumqayıtda yaşadığı və atalarının Türkiyə vətəndaşı olduğu bildirilir. Qızların valideyni polis bölməsinə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.Qeyd edək ki, ötən gün iki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumatda bildirilib ki, dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub.Hadisə ilə əlaqədar xətlərdə 6 dəqiqə yubanma yaranıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427740936_170:0:2901:2048_1920x0_80_0_0_497265ed3a7aaf77c825b6c3483ef81b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tiktok, metro, "20 yanvar" stansiyası
tiktok, metro, "20 yanvar" stansiyası
Bakıda qızlar metro tunelinə niyə düşüblər?
12:56 28.04.2022 (Yenilənib: 12:57 28.04.2022) Onların valideyni polis bölməsinə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.
BAKI, 28 aprel — Sputnik. Bir gün əvvəl metroda fövqəladə vəziyyət yaradan qızlar tuneldə "TikTok" platformasında paylaşmaq üçün video çəkmək istəyiblər.
Yetkinlik yaşına çatmayan qızlar tez saxlanıldıqları üçün ideyaları gerçəkləşməyib. Daha sonra qızların şəxsiyyəti müəyyən edilib.
“Qafqazinfo”nun xəbərinə əsasən onların Sumqayıtda yaşadığı və atalarının Türkiyə vətəndaşı olduğu bildirilir. Qızların valideyni polis bölməsinə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.
Qeyd edək ki, ötən gün iki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumatda bildirilib ki, dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb.
Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub.
Hadisə ilə əlaqədar xətlərdə 6 dəqiqə yubanma yaranıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.