Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynada biolaboratoriyalar. Hazırda onlar haqqında nə məlumdur?

© The Food Safety Agency of the Republic of AzerbaijanLaboratoriya
Laboratoriya - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Abunə olmaq
Son bir ayda Rusiya Müdafiə Nazirliyi Ukraynadakı biolaboratoriyaların və onların ABŞ-dan olan himayədarlarının işinin təfərrüatlarını açıqlayan onlarla sənəd dərc edib. Bu sənədlərin qısa məzmunu və ən təsirli faktları Sputnik-in icmalında izəyə bilərsiniz.
BAKI, 27 aprel — Sputnik. Artıq bir neçə onilliklər ərzində Ukrayna ərazisində bioloji silahların yaradılması və hazırlanması üzrə tədqiqatlar aparan 30-dan çox biolaboratoriya fəaliyyət göstərir. Bunu Rusiya Müdafiə Nazirliyinin sərəncamında olan və martın 31-dən parlament komissiyasının Ukraynadakı biolaboratoriyaların fəaliyyətini araşdırmağa başladığı sənədlər sübut edir.
Laboratoriyalar şəbəkəsinin əsas obyekti 1993-cü ildə yaradılmış Ukrayna Elm-Texnoloji Mərkəzidir (UETM). Bütün bu illər ərzində o ABŞ Dövlət Departamenti və Pentaqon ilə sıx əməkdaşlıq edib.
UETM-nin nəzarətində olan biolaboratoriyalarda quş qripi, taun, donuz taunu, qarayara, vəba, tulyaremiya, bruselyoz, Krım-Konqo qızdırması, hantaviruslar, gənə ensefalit və leptospiroz virusun törədiciləri araşdırılıb.
Sınaqlar Ukrayna hərbçiləri, mülki əhali, o cümlədən qadınlar, həmçinin Xarkov yaxınlığındakı Merefada psixiatriya xəstəxanasında olan xəstələr üzərində aparılıb.
Paralel olaraq, ABŞ-da müxtəlif döyüş patogenlərinin döyüş meydanına çatdırılması üçün texniki vasitələrin yaradılması istiqamətində işlər aparılırdı.
Həmçinin, Rusiya Müdafiə Nazirliyi bu ölkədə xüsusi əməliyyata başladıqdan sonra biosilahlar üzərində iş izlərini gizlətmək üçün Odessa vasitəsilə Ukraynadan böyük miqdarda bioloji material, təhlükəli patogenlər çıxarıldığı barədə məlumatlar əldə etdi.
ABŞ-ın rəsmi mövqeyi
Əvvəlcə ABŞ Dövlət Departamenti Ukraynadakı bioloji laboratoriyaların işində özlərinin hər hansı iştirakını qəti şəkildə təkzib edib.
"ABŞ hökumətinin Ukraynada bioloji laboratoriyaları yoxdur və ya rəhbərlik etmir", - deyə mart ayında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.
Lakin "New York Post" və "Daily Mail" qəzetlərində ABŞ prezidentinin oğlu Hanter Baydenin Rusiya ilə sərhəddə yeni biolaboratoriyaların tikintisi üçün lobbiçilik fəaliyyəti ilə məşğul olması barədə məlumat dərc edildikdən sonra Qərb mediası bu məsələyə diqqət yetirməli olub.
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland nəticədə Dövlət Departamentinin açıqlamasına düzəliş edib.
"Ukraynada bioloji tədqiqat obyektləri var. Hazırda biz Rusiya hərbçilərinin onları nəzarətə götürəcəyindən çox narahatıq", - deyə Nuland Senatda keçirilən dinləmələrdə qeyd edib.
ABŞ-ın biolaboratoriyaların işində iştirakının sübutu
Rusiya Müdafiə Nazirliyi israrla bildirir ki, Ukraynadakı biolaboratoriyalarda döyüş patogenlərinin hazırlanması Pentaqon və Dövlət Departamentinin rəhbərliyi altında aparılıb.
Bunu DTRA nümayəndəsinin (ABŞ hərbi idarəsinin strukturu) Ukraynanın səhiyyə naziri ilə işgüzar yazışmaları, həmçinin "Metabiota" və "Black & Veatch" şirkətlərindən olan Pentaqonun ticarət podratçı əməkdaşlarının Dövlət Departamenti və Ukrayna mütəxəssisləri ilə yazışmaları təsdiq edir.
Rusiya Müdafiə Nazirliyinin sərəncamında olan mütəxəssislər.
Kiyev yaxınlığındakı beş biolaboratoriyada Rusiya Müdafiə Nazirliyi Ukrayna Səhiyyə Nazirliyinin təhlükəli virus ştammlarının təcili məhv edilməsi ilə bağlı 24 fevral tarixli əmrini tapıb. Ən təhlükəli patogenlər ilə təcrübələrin aparılmasına dair sənədlər və viruslar toplusunun və tədqiqat nəticələrinin ABŞ-a təcili daşınması tələb olunan sənədlər tapılıb.
Dövlət Departamentinin əməkdaşı Laura Denlingerin "Ukraynalı ekspertlərin ABŞ-ın rəqiblərinin tərəfinə keçməsi risklərinin azaldılması" adlı analitik qeydi (sənəd həm də Rusiya Müdafiə Nazirliyi tərəfindən dərc edilib) biolaboratoriya işçilərinin kütləvi qırğın silahlarının istehsalı texnologiyaları ilə tanış olduqlarını birbaşa göstərir. Sənəddə qeyd edilib ki, laboratoriyaların mütəxəssisləri Rusiyada xüsusi əməliyyatın başlaması ilə Ukraynanı tərk etdikdən sonra "əlverişsiz fəaliyyət və maliyyə vəziyyətində olublar". Eyni zamanda qeyddə onların təxmini sayı da göstərilir. Bu, 1000-dən 4000 nəfərə qədərdir.
Rusiya Müdafiə Nazirliyi Ukrayna bioloji laboratoriyalarının işi ilə bağlı bir sıra sənədlər dərc edib (orijinallara buradan izləyə bilərsiniz https://disk.yandex.ru/d/GWeH18ux9aL17g).
Ukraynanın "Motor Siç" zavodunun Türkiyənin "Bayraktar" pilotsuz təyyarələri istehsalçısına təyyarələrin aerozolların püskürtmə mexanizmləri və 20 litrlik tutumla təchiz etmək xahişi ilə müraciəti;
bioloji silahları çatdıra bilən mərmi istehsalı üçün patentlər toplusu;
bioloji silahların çatdırılması üçün pilotsuz təyyarələrin və mərmilərin yaradılması üçün patentlər;
müəyyən bir ərazidə həşəratların yayılması üçün pilotsuz uçuş aparatının ixtirası üçün patent;
içi boş döyüş sursatları üçün patentlər.
Lvov bölgəsində ekzotik xəstəliklər haradan peyda olub
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna biolaboratoriyalarının ən böyük tədqiqatlarından biri Krım-Konqo hemorragik qızdırmasına qarşı antilellərin tədqiq edildiyi UP-8 layihəsidir.
UP-8 çərçivəsində 611 qadın olmaqla 966 nəfərdən Krım-Konqo qızdırmasına qarşı antitellərdən nümunə götürülüb. Bununla yanaşı, 20-ci əsrin ortalarından bəri Lvov bölgəsində bu xəstəliyin yayılması müşahidə edilməsə də, faktiki olaraq 1,7% nəfərdə tapılıb.
Layihə üzərində aparılan işlərin nəticələrinə əsasən, 2020-ci ilin sonunda "Frontiers Media SA" elmi nəşrində Ukraynadakı biolaboratoriyaların işini araşdırmaq üçün Rusiya Müdafiə Nazirliyinin və parlament komissiyası mütəxəssislərinin diqqətini cəlb edən nəşr dərc edildi.
"Əsasnamə" Elmi Tədqiqatlar və Vətəndaş Təşəbbüslərinin İnkişafı Fondunun prezidenti Aleksey Anpiloqov hesab edir ki, məqalədə göstərilən əhali arasında antitellərin göstəriciləri tədqiqatın aparıldığı ərazidə xəstəliyin baş verməsindən xəbər verə bilər. Ekspertin sözlərinə görə, bunun bioloji laboratoriyadan sızması, hansısa elmi təcrübənin olub-olmaması, ya da dünyanın müxtəlif yerlərində işləyən muzdlular və ya ukraynalı sülhməramlıların endemik bölgələrdən qızdırmanı təsadüfən gətirib-gətirməməsi hələlik aydın deyil.
"Bu, çox qəribə bir araşdırmadır. Elmi işlərin bəyan edilmiş tərtibatı - Krım-Konqo hemorragik qızdırmasına və ya böyrək sindromu hemorragik qızdırmaya səbəb olan viruslara qarşı antitelləri aşkar etmək cəhdidir. Antitellərin mövcudluğu Krım-Konqo hemorragik qızdırma və ya hantaviruslarla birmənalı əlaqəni göstərirdi. Dörd rayonda olan hərbçilərdən 100-1000 nümunə götürülməsi nəzərdə tutulurdu. Ancaq bu, məqalənin özündə təsvir olunan bir faktdır: hərbi qulluqçularla bağlı qeyd olunan araşdırmanın əvəzinə, tədqiqatlar mülki şəxslər üzərində, üstəlik, qadınlar üzərində aparılıb", - deyə Aleksey Anpiloqov bildirib.
Eyni zamanda, o qeyd edir ki, söhbət 15 faiz ölüm göstəricisi olan yüksək patogenli yayıcıdan gedir.
Krım-Konqo hemorragik qızdırmasına qarşı antitellərin tədqiqi "Black & Veatch Special Projects Corp" və "Metabiota", "Inc" beynəlxalq kampaniyaları ilə əməkdaşlıq edərək və ABŞ ordusunun Tibbi Elmi-Tədqiqat Yoluxucu Xəstəliklər İnstitutunun dəstəyi ilə ABŞ Müdafiə Nazirliyinin təhdidlərin azaldılması üzrə İdarəsinin tapşırığı ilə aparılıb. Bu barədə birbaşa "Frontiers Media" portalındakı nəşrdə dərc olunub.
Tədqiqat başa çatdıqdan və "Frontiers"da nəşr edildikdən sonra, "Black & Veatch Special Projects Corp"un əməkdaşı və nəşrin müəllifi Olyona Nesterova heç bir elmi dərəcəsi olmadan Ukrayna Mülki Səhiyyə Tədqiqatları İnstitutuna rəhbərlik edib.
RİA Novosti, İvan Zuyev
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0