QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şahbulaq qalasında ilginc erməni saxtakarlığı: Kənd sakini sirri çözdü

© Sputnik / Emin AlisahibŞahbulaq qalası
Şahbulaq qalası - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Abunə olmaq
Ağdam rayon Şahbulaq kəndində bir əsrlik qəbirlər niyə dağıdılıb? Kənd sakini ermənilərin silməyə çalışdığı izləri aşkarladı.
BAKI, 26 aprel — Sputnik. Ermənilər Şahbulaq qalasında müəyyən dəyişikliklər etməklə tariximizi saxtalaşdırmağa çalışıb. Səbəb isə burada Azərbaycan xalqının tarixi keçmişini özündə əks etdirən heç bir faktı saxlamamaqdır. Ağdamın canlı şahidi ermənilərin hansı saxtakarlığını üzə çıxarıb?
"Burada 1000 yaşı olan Azərbaycan qəbirləri var. Əgər ermənilər buranın həqiqi sakinləri olsaydı, onların da burada 1000 yaşlı qəbirləri olardı".
Bunu Ağdam rayonundan 30 il əvvəl məcburi köçkün düşən və ermənilər tərəfindən evi darmadağın edilən Ağdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov deyir.
© Sputnik / Emin AlisahibAğdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov
Ağdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov  - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Ağdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov
"Həyəcandan elə bildim ürəyim dayanacaq"
Qarabağın ermənilər tərəfindən işğalı zamanı yüzlərlə sakin kimi, Rafael Ədilov da öz ata-baba yurdu olan Ağdamın Şahbulaq kəndindən didərgin düşüb. Ağdamın işğaldan azad edilən ərazilərinə daxil olduğu ilk andan etibarən fərqli hisslər yaşadığını deyən müsahibimiz, doğma kəndinə gələn yolda xeyli xarabalıqlardan keçməli olub. Vətənini xarabalıqlar içində görən Ağdam sakini göz yaşlarına hakim ola bilməyib. Rafael Ədilovun sözlərinə görə, o dərəcədə həyəcanlanıb ki, bir anlıq ürəyinin dayanacağını fikirləşib.
Müsahibimiz deyir ki, 1993-cü ildə ermənilər qonşu kəndləri işğal edəndə, o hələ kənddə imiş. Sonra oranı tərk etmək məcburiyyəsində qalıb. Ağlına da gəlməyib ki, kənddən nəyisə özü ilə götürüb aparsın:
© Sputnik / Emin AlisahibAğdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov
Ağdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov  - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Ağdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov
"Evimizi, onun əşyalarını söküb aparmaq, erməniyə qalmasın deyə dağıtmaq, yandırmaq ağlımızın ucundan belə keçməyib. Ona görə ki, bunlar bizə məxsus idi. Buraları dağıtmaqla erməni bir daha sübut etdi ki, bu torpaqlar onun deyil".
Ermənilər qala ətrafındakı 200 çinar ağacını məhv edib
Şahbulaq qalasına çatan müsahibimiz ətrafa göz gəzdirir. Nəyinsə çatışmadığını hiss edir. Hafizəsində ilişib qalmış şeyləri xatırlamağa çalışır. Evlərini görən kimi kövrək səslə deyir:
"O şam ağaclarının arxasında görünən dağılmış ev mənim ata evimdir. Mənim böyüdüyüm evdir. Mənfur düşmən evimizi gör necə dağıdıb?! Sadəcə quru divarları qalıb. Oranı görürsünüz (uçuq bir ərazini göstərərək), ora bizim məktəbin yeridir. Ermənilər dağıdıblar. Şahbulaq kəndində cəmi 30 ev var idi. 30 evdən heç biri salamat deyil. Hamısını dağıdıb, söküb aparıblar. Bulağın ətrafında 200-dən artıq çinar ağacı var idi. Hamısını kəsib aparıblar."
© Sputnik / Emin AlisahibŞahbulaq kəndində dağılmış ev
Ağdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov  - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Şahbulaq kəndində dağılmış ev
Müsahibimiz bildirir ki, ermənilər tarixi saxtalaşdırmaq üçün çoxlu sayda hiylələr işlədiblər.
"Qalada bir sıra dəyişiklər edib özününküləşdirmək istəyiblər. Qalanın içərisində olan hovuzu dəyişiblər. Hovuz 8 guşəli ulduz formasında idi. Söküb yerində sadə hovuz düzəldiblər. Amma tarixi dəyişə bilməzlər. Bu qalanı Qarabağ xanı Pənahəli xan inşa etdirib. Bu adi torpaqdan düzəlmə qala deyil ki, hər yoldan keçən gəlib ona iddia eləsin, istəyi kimi dəyişsin. Qalanın ətrafında olan dağları eşiblər, arxeoloji qazıntı aparıblar ki, guya öz tarixlərini tapacaqlar. Amma başa düşməyiblər ki, bu torpağın nə altında, nə də üstündə onların bir tarixi yoxdur. Bu torpaqlarda bizim dədə-babalarımız yaşayıb".
Müsahibimiz qalanın içərisində olan xan çinarları necə əkdiyindən də danışıb. Dediyinə görə, 1988-ci ildə ilk övladı doğulanda qoşa çinar ağaclarını əkərək, oğlunun uzunömürlü və çinar kimi möhkəm olmasını arzulayıb. Həmin illərin xatirəsindən söz açan müsahibimiz olanları da dünənki kimi xatırlayır:
© Sputnik / Emin AlisahibAğdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov
Ağdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov  - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Ağdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov
"İndi düzdür, ağaclar qalıb, amma başlarını kəsib gödəldiblər. Yerini dəqiqliklə xatırlayıram. Ağdam azad olunandan sonra oğlum məndən əvvəl gəldi bura. Onun adına əkdiyimi ağacları gördü".
Şahbulaq qalasında restoran fəaliyyət göstərdiyi zaman burada işlədiyini deyən Rafael Ədilov həmin vaxtı buranın rəhbərinin Ağdam sakini Əlif Abbasov olduğunu bildirib:
"Qalanın içində oturmaq üçün yerlər var idi. Çox qəşəng idi. Hər tərəfdən qonaqlar gəlirdi bura. Həm qalanı gəzib tanış olurdular, həm də milli yeməklərimizdən yeyirdilər. İndi ermənilər hər tərəfi söküblər. Qalanın bütün pəncərələrində dəmirdən düzəldilmə şəbəkə var idi. O vaxt həmin şəbəkələri Əlif dayı Şəkidə düzəltdirmişdi. Onu da, ermənilər söküb aparıb".
© Sputnik / Emin AlisahibAğdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov
Ağdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov  - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Ağdam rayon Şahbulaq kəndinin sakini Rafael Ədilov
"Allahdan arzulayıram ki, son nəfəsimi bu torpaqda verəm"
İşğaldan əvvəl cəmi 30 ev olan Şahbulaq kəndi 4 şəhid verib.
"Birinci Qarabağ müharibəsi zamanı bizim kənddən 4 nəfər şəhidimiz oldu. Qəbirləri buradadır. Onların uyuduğu qəbiristanlıqda elə qəbir var 1000 yaşı var. Əgər tarixən erməni burda yaşamış olsaydı, onun da burada 1000 il tarixi olan qəbri olardı. Amma yoxdur. Deməli yaşamayıb, sonradan gəlib bizim torpaqlarımızı işğal edib. Amma başa düşməyib ki, şəhidlərimizin qanı ilə yoğrulmuş torpağı heç vaxt özlərinə vətən edə bilməzlər", - R.Ədilov deyir.
Erməni vandalizminə məruz qalmış ata-baba yurdundakı sınıq-sökük pilləkənləri qürurla qalxan müsahibimiz son arzusunu da bizimlə bölüşür:
"30 ildən sonra doğma torpaqlara qovuşduq. Allahdan son bir arzum var ki, qismət edə, son nəfəsimi bu torpaqda verim. Öz kəndimdə dəfn olunub, bu torpağa qarışım".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0