Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada işləyən həmvətənlərimiz pensiya ala biləcəklər

© Sputnik / Murad OrujovManat və rubl
Manat və rubl - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Abunə olmaq
Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
BAKI, 27 aprel — Sputnik. Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə bağlanıb. Sənəd Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində imzalanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, sənədi hər iki ölkənin baş nazir müavinləri, Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcək pensiya və sosial sığortalanma üzrə digər hüquqlarının tanınmasını təmin etmək məqsədilə həmin ölkələrlə müqavilələrin bağlanması prioritet fəaliyyət istiqamətlərindən biridir.
Yeni imzalanan müqavilə iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir.
Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun tələblərinə uyğun gələn hər bir Azərbaycan vətəndaşı əmək pensiyası təminatı hüququna malikdir. "Əmək pensiyaları haqqında" qanuna əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
İndiyədək Azərbaycan və Rusiya arasında pensiya sahəsində əməkdaşlıq Sazişi olmadığından sonrakı dövr nəzərə alınmır, bu səbəbdən vətəndaşların Rusiya ərazisində fəaliyyət dövrü üçün o ölkənin Dövlət Sosial Müdafiə Fonduna pul köçürmələri barədə məlumat yox idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0