https://sputnik.az/20220427/qerb-ukraynada-munaqiseni-uzatmaqla-pul-qazanir---rusiya-xn-441472354.html
Qərb Ukraynada münaqişəni uzatmaqla pul qazanır - Rusiya XİN
Qərb Ukraynada münaqişəni uzatmaqla pul qazanır - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya XİN sözçüsü bildirib ki, Qərb sülhdən danışaraq regionda sabitliyi pozur, münaqişəni uzadaraq pul qazanmağa davam edir. 27.04.2022, Sputnik Azərbaycan
2022-04-27T11:01+0400
2022-04-27T11:01+0400
2022-04-27T11:16+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
mariya zaxarova
qərb
ukrayna
səfər
https://cdnn1.img.sputnik.az/img/42438/31/424383190_0:0:2926:1646_1920x0_80_0_0_068b4c7313c9fcc68480e76800ce50b2.jpg
BAKI, 27 aprel — Sputnik. ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinin Kiyevə səfəri digər Avropa liderlərinin səfərləri kimi təbliğat xarakteri daşıyır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosunun efirində deyib.Diplomat bildirib ki, kollektiv Qərb liderlərinin Kiyevə səfərləri, əlbəttə ki, ilk növbədə, təbliğat dəstəyi effektinə malikdir, ən əsası isə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçündür:"Qərb sülhdən danışaraq regionda sabitliyi pozmaq və münaqişəni uzatmaq üçün Ukraynaya silah tədarükündən pul qazanmaqda davam edir. Əlbəttə, həm biznes, həm cəhənnəm karuseli , digər şeylərlə də əsas məqsəd regionda sabitliyi pozmaq və getdikcə daha çox insanın ölümünə səbəb olan münaqişənin kəskin mərhələsinin davam etdirilməsidir"."Onlar başa düşməlidirlər ki, məhz bu, Ukrayna ərazisində insanların ölümünün davam etməsinə gətirib çıxarır. Burada biz onları nəyin motivasiya etdiyini anlamalıyıq. Əgər deyirlərsə ki, onlar üçün insan həyatı birinci yerdədir, onda Ukraynaya silah tədarükünü dayandırmalıdırlar. Münaqişə zonasına başqa dövlətlər tərəfindən silah gətiriləndə Qərb isterik vəziyyətə düşüb və onlar embarqo tələb edib, bunun qarşısını almaq üçün sanksiyalar tətbiq edərək BMT Təhlükəsizlik Şurasına müraciət ediblər, lakin Kiyevlə bağlı fərqli məntiq tətbiq olunur", - deyə XİN sözçüsü vurğulayıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42438/31/424383190_195:0:2926:2048_1920x0_80_0_0_31c6bdbf87ed044d52144fbcfcca5631.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, qərb, ukrayna, səfər
mariya zaxarova, qərb, ukrayna, səfər
Qərb Ukraynada münaqişəni uzatmaqla pul qazanır - Rusiya XİN
11:01 27.04.2022 (Yenilənib: 11:16 27.04.2022) Rusiya XİN sözçüsü bildirib ki, Qərb sülhdən danışaraq regionda sabitliyi pozur, münaqişəni uzadaraq pul qazanmağa davam edir.
BAKI, 27 aprel — Sputnik. ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinin Kiyevə səfəri digər Avropa liderlərinin səfərləri kimi təbliğat xarakteri daşıyır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosunun efirində deyib.
Diplomat bildirib ki, kollektiv Qərb liderlərinin Kiyevə səfərləri, əlbəttə ki, ilk növbədə, təbliğat dəstəyi effektinə malikdir, ən əsası isə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçündür:
"Qərb sülhdən danışaraq regionda sabitliyi pozmaq və münaqişəni uzatmaq üçün Ukraynaya silah tədarükündən pul qazanmaqda davam edir. Əlbəttə, həm biznes, həm cəhənnəm karuseli , digər şeylərlə də əsas məqsəd regionda sabitliyi pozmaq və getdikcə daha çox insanın ölümünə səbəb olan münaqişənin kəskin mərhələsinin davam etdirilməsidir".
"Onlar başa düşməlidirlər ki, məhz bu, Ukrayna ərazisində insanların ölümünün davam etməsinə gətirib çıxarır. Burada biz onları nəyin motivasiya etdiyini anlamalıyıq. Əgər deyirlərsə ki, onlar üçün insan həyatı birinci yerdədir, onda Ukraynaya silah tədarükünü dayandırmalıdırlar. Münaqişə zonasına başqa dövlətlər tərəfindən silah gətiriləndə Qərb isterik vəziyyətə düşüb və onlar embarqo tələb edib, bunun qarşısını almaq üçün sanksiyalar tətbiq edərək BMT Təhlükəsizlik Şurasına müraciət ediblər, lakin Kiyevlə bağlı fərqli məntiq tətbiq olunur", - deyə XİN sözçüsü vurğulayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.