QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağdakı alban məbədlərində Pasxa bayramı qeyd edilib

© Sputnik / Emin AlisahibUdinlər pasxa bayramını işğaldan azad olunmuş ərazilərdə olan məbədlərdə keçirdilər
Udinlər pasxa bayramını işğaldan azad olunmuş ərazilərdə olan məbədlərdə keçirdilər - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Abunə olmaq
Alban-Udi xristian dini icmasının üzvləri Pasxa bayramı münasibətilə Qarabağa səfər edərək oradakı qədim məbədləri ziyarət edib, şəhidlərin ruhuna dua oxuyub, şam yandırıblar.
BAKI, 27 aprel — Sputnik. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Alban -Udi Xristian dini icması Xocavənd rayonunun Hadrut qəsəbəsinə, Hünərli və Tuğ kəndlərinə səfər ediblər.
Səfərin məqsədi xristian dünyasının Pasxa bayramını işğaldan azad olunmuş ərazilərdə yerləşən dini məbədlərdə qeyd etməkdir. İcma nümayəndələri ilk öncə Hadrut qəsəbəsində yerləşən müqəddəs İoan kilsəsini ziyarət ediblər.
© Sputnik / Emin AlisahibUdinlər pasxa bayramını işğaldan azad olunmuş ərazilərdə olan məbədlərdə keçirdilər
Udinlər pasxa bayramını işğaldan azad olunmuş ərazilərdə olan məbədlərdə keçirdirlər - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Udinlər pasxa bayramını işğaldan azad olunmuş ərazilərdə olan məbədlərdə keçirdilər
Nümayəndə heyəti torpaqların azadlığı uğrunda canını qurban vermiş şəhidlərin ruhuna dualar oxuyaraq şam yandırıblar. Azərbaycan xalqına sülh, əmin-amanlıq arzulayıblar.
Hadruta səfər edən udilər qəsəbənin ermənilərin işğal zamanı dağıtdıqları Müqəddəs İoan məbədinin qarşısındakı sinəüstü daşları yenidən əvvəlki yerinə qaytararaq bərpa ediblər.
Alban-Udi Xristian dini icmasının sədr müavini Rafik Danakari bildirib ki, buradakı məbədləri, kilsələri ziyarət eləmək onlarda qürur və əminlik hissi yaradır.
"Sevindirici haldır ki, artıq işğaldan azad olunan ərazilərimizdə pasxa bayramını qeyd edək bilirik. Buradakı kilsədə şamlar yandırdıq, dualar elədik. 44 günlük vətən müharibəsində şəhid olanbalalarımızın ruhuna dualar oxuduq. Allahdan arzu elədik ki, bir daha Azərbaycan torpağında müharibə olmasın".
© Sputnik / Emin AlisahibUdinlər pasxa bayramını işğaldan azad olunmuş ərazilərdə olan məbədlərdə keçirdilər
Udinlər pasxa bayramını işğaldan azad olunmuş ərazilərdə olan məbədlərdə keçirdirlər - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Udinlər pasxa bayramını işğaldan azad olunmuş ərazilərdə olan məbədlərdə keçirdilər
Danakari qeyd edib ki, bir neçə gün öncə Qəbələ rayonunun Nic qəsəbəsində pasxa bayramını qeyd ediblər. Bu gün isə işğaldan azad olunan Xocavənd rayonunda pasxa bayramını qeyd edirlər. Gələn ay isə Kəlbəcər rayonuna gedəcəklər.
Alban-Udi Xristian dini icması daha sonra Xocavənd rayonunun Hünərli və Tuğ kəndində yerləşən alban məbədlərini ziyarət ediblər. İcma üzvləri burada da, müqəddəs pasxa bayramı münasibətilə dini ayin icra edib, dualar oxuyub, şamlar yandırıblar.
İcmanın sədri Robert Mobili jurnalistlərə açıqlamasında bildirib ki, Alban kilsəsi Yulian təqviminə görə pasxa bayramı bu il aprel ayının 24-nə düşür. Pasxa bayramı bir həftədən çox qeyd edilir. 24-25 aprel tarixlərində yaşadıqları Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey və Müqəddəs Məryəm ana kilsəsində bayramı qeyd ediblər. Bir həftə ərzində isə işğaldan azad edilmiş ərazilərdə olan alban məbədlərində pasxa bayramını qeyd edəcəklər.
© Sputnik / Emin AlisahibUdinlər pasxa bayramını işğaldan azad olunmuş ərazilərdə olan məbədlərdə keçirdilər
Udinlər pasxa bayramını işğaldan azad olunmuş ərazilərdə olan məbədlərdə keçirdirlər - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Udinlər pasxa bayramını işğaldan azad olunmuş ərazilərdə olan məbədlərdə keçirdilər
"Həm kilsələrimizi ziyarət edirik, həm də bayramı qeyd edirik. Kilsələrdə bayram şamları yandırırıq. Hər dəfə bu məbədlərə gələndə öncə şəhidlərimizi yada salır, ruhlarına dualar oxuyuruq. Pasxanı artıq ikinci dəfədir işğaldan azad olunmuş ərazilərdə qeyd edirik. Torpaqlarımız ermənilər tərəfindən işğal olunanda bu məbədlər də əsir idi. İcmamızın üzvləri gəlib məbədləri ziyarət edə bilmirdi. Amma indi torpaqlarımız azad edilib. Bura rahat şəkildə gəlib məbədlərimizi gəzir, bayramlarımızı qeyd edirik".
İcma üzvləri Hadrut qəsəbəsindəki Müqəddəs İoan kilsəsini də ziyarət etdikdən sonra, onun qarşısında bayram süfrəsi açaraq öz adət-ənənələrinə uyğun Pasxa bayramını qeyd ediblər.
Xəbər lenti
0