Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiya kimi ölkə Qərb üçün təhlükədir

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Abunə olmaq
Vladimir Putin Qərbin Rusiya düşmənçiliyinin əsl səbəbləri barədə danışıb.
BAKI, 27 aprel - Sputnik. Rusiya kimi miqyaslı ölkə heç kimə lazım deyil, o Qərb üçün təhlükə törədir, lakin onlar özləri bütün dünya üçün təhlükədirlər. Rusiya Prezidenti Vladimir Putin belə bir bəyanatla çıxış edib.
"Tarixən Rusiyanın zəiflədilməsi kursunu həyata keçirmiş və bu gün də keçirən qüvvələr bilirsiniz bunu niyə edirmişlər? Çünki bülə müstəqil, böyük, hətta onların təsəvvürlərinə görə nəhəng ölkə lazım deyil, onlar hesab edirlər ki, o özünün mövcudluğu baxımından onlara təhlükə törədir", - deyə Putin Sankt-Peterburqda Qanunvericilər şurasının iclasında bildirib.
"Lakin əslində bu, belə deyil, onlar özləri bütün dünya üçün təhlükədirlər. Biz faşistlərin sovet xalqına dair barbar planlarını xatırlayırıq – işləyə bilənləri işləməyə məcbur etmək, kölə əməyinə, kölə şərtlərinə tabe etmək, lazım olmayanları isə Uraldan o tərəfə, şimala, ölməyə qovmaq", - Rusiya Prezidenti xatırladıb.
"Ölkəmizə dost olmayanlar yeni geosiyasi silahın yaradılmasını sürətləndirirdilər. Əslində o yeni deyildi, lakin ona yeni qüvvə, yeni impulsa verdilər. Rusofobiya və neonasislərə dəstək verirdilər. İldən-ilə həyasızcasına bizimlə qonşu olan Ukraynanı anti-Rusiyaya çevirirdilər", - Putin deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 26.04.2022
RUSİYA
Putin Quttereşə Ukraynada hər şeyin 2014-cü ildəki çevrilişdən başladığını deyib
Xəbər lenti
0