Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Patruşev: ABŞ yeni bioloji silahlar yaradıb

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının katibi Ukraynadakı bioloji silah barədə yeni detalları açıqlayıb.
BAKI, 27 aprel — Sputnik. ABŞ bütün dünyada, o cümlədən Ukraynada bütöv biolaboratoriyalar şəbəkəsini yerləşdirib və faktiki olaraq onlarda yeni bioloji silahlar yaradıb. Belə məlumatlar xüsusi hərbi əməliyyat zamanı əldə edilib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiyanın cənubunda təhlükəsizlik məsələləri ilə bağlı keçirilən iclasda bildirib.
O, Rusiya Prezidenti Vladimir Putinin tapşırığına uyğun olaraq, görüşdə Cənub Federal Dairəsinin regionlarında bioloji təhlükəsizliyin təmin edilməsi tədbirlərini müzakirə etməyi təklif edib. Patruşev qeyd edib ki, məsələ ABŞ-ın bütün dünyada, o cümlədən Rusiyanın sərhədlərinə yaxın ərazidə öz bioloji laboratoriyalarını yerləşdirdiyi şəraitdə xüsusilə aktualdır. Onun sözlərinə görə, belə laboratoriyaların bir hissəsi Ukrayna ərazisində yerləşir.
“Xüsusi hərbi əməliyyat zamanı bu laboratoriyalarda çalışan ABŞ-ın hərbi alimləri, viruslar, bakteriyalar və toksinlər, əslində isə yeni bioloji silahların yaradılması barədə məlumatlar əldə edilib. Ukraynada Pentaqonun nəzarəti altında olan laboratoriyaların yaradılmasının aktiv mərhələsi dövlət çevrilişindən dərhal sonra 2014-cü ildə başlayıb. Həmin laboratoriyalar ölkəmizə düşmən dövlət yaratmaq məqsədi güdən ABŞ və onun Qərb müttəfiqləri tərəfindən yaradılıb”, - deyə Patruşev qeyd edib.
Təhlükəsizlik Şurası katibi qeyd edib ki, Ukrayna ABŞ-ın tam nəzarəti altında olmaqla NATO ölkələri tərəfindən intensiv şəkildə müasir silahlarla təchiz edilib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0