https://sputnik.az/20220427/kv-avropanin-en-boyuk-silah-anbarinda-atisma-olub-441476934.html
KİV: Avropanın ən böyük silah anbarında atışma olub
KİV: Avropanın ən böyük silah anbarında atışma olub
Sputnik Azərbaycan
Moldova Respublikasının Dnestryanı bölgəsinin Kolbasna kəndindəki sursat anbarında atışma olması barədə xəbərlər yayılıb. 27.04.2022, Sputnik Azərbaycan
2022-04-27T12:47+0400
2022-04-27T12:47+0400
2022-04-27T12:47+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
dnestryanı
moldova
silah anbarı
atışma
https://cdnn1.img.sputnik.az/img/07e6/03/16/440389003_0:104:1001:667_1920x0_80_0_0_2aea7f96516cf1e4ee22309aa6e00a59.jpg
BAKI, 27 aprel — Sputnik. Kolbasna kəndi yaxınlığındakı anbarların ərazisində atışma olduğu bildirilir. Bu barədə “Novosti Pridnestrovya” agentliyi məlumat verib."Kolbasna kəndi yaxınlığındakı anbarlar ərazisində atışma olduğu bildirilir. Qurbanlar yoxdur. Təfərrüatları öyrənirik", - deyə agentliyin “Telegram” kanalında yazılıb.Ukrayna ilə sərhəd yaxınlığında yerləşən Moldova Respublikasının Dnestryanı bölgəsinin Kolbasna kəndindəki sursat anbarı Avropanın ən böyük silah anbarlarından biridir. Dnestryanı bölgədə SSRİ-nin dağılmasından sonra Rusiyanın yurisdiksiyasına keçmiş 14-cü birləşmiş silahlı ordunun varisi olan Rusiya qoşunlarının əməliyyat qrupu var. Əməliyyat qrupunun əsas vəzifəsi sülhməramlı missiya və sursat anbarlarının mühafizəsidir.2019-cu ildə Moldovaya səfəri zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pridnestrovyedəki anbarlardan sursatların çıxarılması və ya ləğv edilməsi təşəbbüsü ilə çıxış edib. Bununla belə, tərəflər birgə plan hazırlamağa başlamayıb.Əhalisinin 60%-ni ruslar və ukraynalılar təşkil edən Dnestryanı bölgə hələ SSRİ-nin dağılmasından əvvəl millətçilik dalğasında Moldovanın Rumıniyaya qoşulacağından ehtiyat edərək Moldovadan ayrılmaq istəyirdi. 1992-ci ildə Moldova hakimiyyətinin problemi güc yolu ilə həll etmək üçün uğursuz cəhdindən sonra Dnestryanı bölgə faktiki olaraq Kişinyovun nəzarətində olmayan əraziyə çevrildi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/16/440389003_4:0:893:667_1920x0_80_0_0_863480e9f84bdc1daf816beefe1d7372.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dnestryanı, moldova, silah anbarı, atışma
dnestryanı, moldova, silah anbarı, atışma
KİV: Avropanın ən böyük silah anbarında atışma olub
Moldova Respublikasının Dnestryanı bölgəsinin Kolbasna kəndindəki sursat anbarında atışma olması barədə xəbərlər yayılıb.
BAKI, 27 aprel — Sputnik. Kolbasna kəndi yaxınlığındakı anbarların ərazisində atışma olduğu bildirilir. Bu barədə “Novosti Pridnestrovya” agentliyi məlumat verib.
"Kolbasna kəndi yaxınlığındakı anbarlar ərazisində atışma olduğu bildirilir. Qurbanlar yoxdur. Təfərrüatları öyrənirik", - deyə agentliyin “Telegram” kanalında yazılıb.
Ukrayna ilə sərhəd yaxınlığında yerləşən Moldova Respublikasının Dnestryanı bölgəsinin Kolbasna kəndindəki sursat anbarı Avropanın ən böyük silah anbarlarından biridir. Dnestryanı bölgədə SSRİ-nin dağılmasından sonra Rusiyanın yurisdiksiyasına keçmiş 14-cü birləşmiş silahlı ordunun varisi olan Rusiya qoşunlarının əməliyyat qrupu var. Əməliyyat qrupunun əsas vəzifəsi sülhməramlı missiya və sursat anbarlarının mühafizəsidir.
2019-cu ildə Moldovaya səfəri zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pridnestrovyedəki anbarlardan sursatların çıxarılması və ya ləğv edilməsi təşəbbüsü ilə çıxış edib. Bununla belə, tərəflər birgə plan hazırlamağa başlamayıb.
Əhalisinin 60%-ni ruslar və ukraynalılar təşkil edən Dnestryanı bölgə hələ SSRİ-nin dağılmasından əvvəl millətçilik dalğasında Moldovanın Rumıniyaya qoşulacağından ehtiyat edərək Moldovadan ayrılmaq istəyirdi. 1992-ci ildə Moldova hakimiyyətinin problemi güc yolu ilə həll etmək üçün uğursuz cəhdindən sonra Dnestryanı bölgə faktiki olaraq Kişinyovun nəzarətində olmayan əraziyə çevrildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.