Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Antonov ABŞ-ın Ukraynadakı gizli maraqlarını ifşa etdi

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidAnatoli Antonov
Anatoli Antonov - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Səfir deyib ki, ABŞ-da qeyri-sabitliyin qalıcı olmasında maraqlıdır və buna görə də Ukraynadakı xüsusi əməliyyatın yubanmasını istəyir.
BAKI, 26 aprel — Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Vaşinqtonun hərəkətlərinin arxasında Ukraynadakı xüsusi əməliyyatı istənilən yolla təxirə salmaq istəyi dayanır. Diplomatın sözləri səfirliyin “Telegram” kanalında dərc olunub.
Diplomatik missiyanın rəhbəri, Ağ Evin Ukraynaya fasiləsiz silah axınını təmin etmək üçün Konqresdən əlavə vəsait tələb etmək niyyəti haqqında deyib ki, bu vəsaitləri rekord inflyasiya zərbələrinə məruz qalan adi amerikalılar üçün istifadə etmək daha yaxşı olmazdımı?
"Aydındır ki, Vaşinqtonun davranışlarının arxasında xüsusi əməliyyatı istənilən vasitə ilə yubatmaq, Rusiyaya maksimum ziyan vurmaq və son ukraynalıya qədər döyüşmək istəyi dayanır", - deyə Antonov bildirib.
Səfirin sözlərinə görə, ABŞ Avropada qeyri-sabitliyin qalmasını istəyir, beləliklə, dünya miqyasında mövqeyini qorumaq üçün Qərb müttəfiqlərini öz ətrafında birləşdirir.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0