Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna millətçiləri və xarici muzdlular beynəlxalq hüquq normalarını pozurlar - Putin

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 25.04.2022
Abunə olmaq
RF Prezidentinin sözlərinə görə, söhbət xüsusən dinc əhalinin öldürülməsindən, insanların, o cümlədən uşaqların canlı qalxan kimi istifadə edilməsindən gedir.
BAKI, 25 aprel — Sputnik. Ukrayna millətçiləri və xarici muzdlular tərəfindən çoxsaylı beynəlxalq hüquq normaları pozulub. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Baş Prokurorluğun genişləndirilmiş kollegiya iclasında bildirib.
"Xüsusi əməliyyat zamanı Ukraynanın neonasist birləşmələri və xarici muzdlular tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə bağlı kütləvi faktlar aşkar edilib", - deyə RF dövlət başçısı açıqlayıb.
"Söhbət dinc əhalinin öldürülməsindən, insanların, o cümlədən uşaqların canlı qalxan kimi istifadə edilməsindən və digər cinayətlərdən gedir", - deyə Putin qeyd edib.
Putinin fikrincə, "Rusiya Silahlı Qüvvələrinə qarşı, o cümlədən xarici media və sosial şəbəkələrin resurslarından istifadə edilməsi ilə bağlı açıq-aşkar təxribatlar da hərtərəfli araşdırma tələb edir".
"Həmçinin Rusiya ərazisində istənilən cinayətin qarşısını qətiyyətlə almaq lazımdır", - deyə dövlət başçısı vurğulayıb.
Putin 2014-cü il çevrilişindən etibarən Ukraynada neonasistlərin və onların əlaltılarının bütün cinayətləri ilə bağlı məhkəmə prosesləri üçün, o cümlədən beynəlxalq səviyyədə sübutlar toplamağı tapşırıb.
Rusiya dövlət başçısı prokurorların müstəntiqlərlə birlikdə məhkəmə proseslərində, o cümlədən beynəlxalq səviyyədə istifadə edilməli olan zəruri sübut bazasının formalaşdırılmasında iştirak etmələrinin zəruriliyini qeyd edib.
"Ukraynada vətəndaş müharibəsinə, qan tökülməsinə və zorakılığa yol açan 2014-cü ildə Kiyevdə baş vermiş dövlət çevrilişindən tutmuş neonasistlərin və onların əlaltılarının bütün cinayətləri üzrə belə sübut bazası toplanmalıdır", - deyə Putin bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0