Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada 1 milyon İT mütəxəssisinə ehtiyac var

© AFP 2024 / YASUYOSHI CHIBAOfisdə iş, arxiv şəkli
Ofisdə iş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.04.2022
Abunə olmaq
Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak bildirib ki, Rusiyada keçən il İT mütəxəssislərinin sayı 1,7 milyon nəfər olaraq qiymətləndirilirdi.
BAKI, 25 aprel — Sputnik. Rusiyada İT mütəxəssislərinin sayı 1,7 milyon nəfər qiymətləndirilir, lakin iqtisadiyyatımızın daha 1 milyona yaxın mütəxəssisə ehtiyacı var. Bunu Rusiya Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak bildirib.
"Səmimi etiraf etməliyik ki, xüsusi əməliyyat başlayandan bəzi İT mütəxəssisləri xaricə gediblər, indi isə bunun əksi qeydə alınır. Bununla belə, həm kadrların hazırlanması, həm də kadrların saxlanılması üçün dövlət səviyyəsində kəskin həll yolları tapılmalıdır".
Parlamentari hələ də sənayedə kadr çatışmazlığı yaşandığını vurğulayıb:
"Ölkəmizdə İT mütəxəssislərinin sayı keçən il 1,7 milyon nəfər olaraq qiymətləndirilirdi, lakin ekspertlər deyirlər ki, iqtisadiyyatımızın bu sahədə daha 1 milyon mütəxəssisə ehtiyacı var".
Rusiyanın İT şirkətlərindən 2022-ci ilin əvvəlindən vergi daxilolmalarının təxminən 30% səviyyəsində artımı qeydə alınıb. Bunu Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Çernışenko Federasiya Şurası yanında Rəqəmsal İqtisadiyyatın İnkişafı Şurasının iclasında deyib.
"İlin əvvəlindən biz vergi daxilolmalarında, eləcə də sığorta haqlarında artım, İT şirkətlərinin gəlirlərində isə demək olar ki, 30% artım qeydə almışıq. Bu, tətbiq olunmuş tədbirlərin səmərəliliyinin təzahürüdür", - Dmitri Çernışenko bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0