Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin telejurnalist Solovyova qarşı terror aktının qarşısının alındığını bildirib

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidПрезидент РФ Владимир Путин
Президент РФ Владимир Путин - Sputnik Azərbaycan, 1920, 25.04.2022
Abunə olmaq
Rusiya FTX UTX-nın sifarişi əsasında rusiyalı teleaparıcı Vladimir Solovyovun qətlinin planlaşdırıldığını xəbər verib.
BAKI, 25 aprel — Sputnik. Məşhur rusiyalı jurnalistlərdən birinin qətlinə hazırlaşan terror qruplaşmasının fəaliyyətinin qarşısı alınıb. Bunu Rusiya Prezidenti Vladimir Putin Baş Prokurorluğun kollegiyasının genişləndirilmiş iclasında çıxış edərkən deyib.
"Bu səhər Federal Təhlükəsizlik Xidməti Rusiyanın tanınmış telejurnalistlərindən birinə hücum və qətl planlaşdıran terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb", - dövlət başçısı deyib.
O, rusiyalı jurnalistlərin qətlinə hazırlığı terror adlandırıb.
Prezident qeyd edib ki, xarici kəşfiyyat xidmətlərinin, o cümlədən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin kuratorları rusiyalı jurnalistlərə qarşı sui-qəsd cəhdləri ilə bağlı Kiyevə məsləhətlər verirlər.
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Təhlükəsizlik Xidmətinin sifarişi əsasında rusiyalı teleaparıcı Vladimir Solovyovun qətlinin planlaşdırıldığını xəbər verib.
Şübhəli şəxslərin saxlanıldığı bildirilir. Məlumata görə, onların hamısı Rusiya vətəndaşları və ölkədə fəaliyyəti qadağan edilmiş “National Socialism/ White Power” neonasist terror təşkilatının üzvləridir. Saxlanılanlar bunu etiraf ediblər.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0