Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Pentaqon rəhbəri ABŞ-ın Rusiyanı zəiflətmək istədiyini açıqlayıb

CC BY-SA 2.0 / Arlington County / The PentagonШтаб-квартира Министерства обороны США, фото из архива
Штаб-квартира Министерства обороны США, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.04.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirmişdi ki, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
BAKI, 25 aprel — Sputnik. ABŞ Moskvanın Ukraynada etdiklərini təkrarlamaması üçün Rusiyanın zəiflədilməsini istəyir. RİA Novosti xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin Ukrayna hakimiyyəti ilə danışıqların yekununda bildirib.
"Biz Rusiyanın (Ukraynada – red.) etdiyi hərəkətləri təkrar etməməsi üçün bu ölkənin zəifləməsini görmək istəyirik", - deyə Ostin qeyd edib.
Onun Polşada keçirdiyi mətbuat konfransını NBC telekanalı yayımlayıb.
Bir sıra Qərb ölkələri Ukraynaya görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin Rusiyanın qarşısını almaq və zəifləmək siyasətinin Qərbin uzunmüddətli strategiyası olduğunu, sanksiyaların isə bütün dünya iqtisadiyyatına ciddi zərbə vurduğunu bildirib.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Putin həmçinin bildirib ki, ABŞ və Avropa İttifaqı faktiki olaraq Rusiya qarşısında öhdəliklərini yerinə yetirməyib, valyuta ehtiyatlarını dondurub. İndiki hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Putin bəyan edib ki, Rusiya təcrid olunmaq niyyətində deyil, müasir dünyada onu ciddi şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Санкции против России, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.04.2021
RUSİYA
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Xəbər lenti
0