https://sputnik.az/20220425/ceyhun-bayramov-qor-xovayevle-gorusub-441428866.html
Ceyhun Bayramov İqor Xovayevlə görüşüb
Ceyhun Bayramov İqor Xovayevlə görüşüb
Sputnik Azərbaycan
Bakıda Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsinin hazırlanması müzakirə olunub. 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T21:39+0400
2022-04-25T21:39+0400
2022-04-25T23:35+0400
qarabağ
azərbaycan xin
ceyhun bayramov
rusiya
iqor xovayev
https://cdnn1.img.sputnik.az/img/07e6/04/19/441427407_0:167:3072:1895_1920x0_80_0_0_62619f68f773d63e0c54d12505187311.jpg
BAKI, 25 aprel - Sputnik. Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Bu barədə XİN məlumat yayıb.Görüşdə tərəflər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar üzrə fikir mübadiləsi aparıblar.Tərəflər, Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsinin işlənib hazırlanması, bütün kommunikasiya xətlərinin açılması və sərhədlərin delimitasiyası prosesinin başlanması sahəsində mövcud olan vəziyyəti müzakirə ediblər.Azərbaycan tərəfinin bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq addımları atmağa hazır olduğu vurğulanıb.Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev Rusiya Federasiyasının qeyd edilən bütün istiqamətlər üzrə irəliləyişin əldə edilməsini dəstəkləməyə hazır olduğunu bir daha qeyd edib.Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/19/441427407_341:0:3072:2048_1920x0_80_0_0_1bd3a548bb51ac699dedcb6b310bd2ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, ceyhun bayramov, rusiya, iqor xovayev
azərbaycan xin, ceyhun bayramov, rusiya, iqor xovayev
Ceyhun Bayramov İqor Xovayevlə görüşüb
21:39 25.04.2022 (Yenilənib: 23:35 25.04.2022) Bakıda Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsinin hazırlanması müzakirə olunub.
BAKI, 25 aprel - Sputnik. Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Bu barədə XİN məlumat yayıb.
Görüşdə tərəflər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsinin işlənib hazırlanması, bütün kommunikasiya xətlərinin açılması və sərhədlərin delimitasiyası prosesinin başlanması sahəsində mövcud olan vəziyyəti müzakirə ediblər.
Azərbaycan tərəfinin bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq addımları atmağa hazır olduğu vurğulanıb.
Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev Rusiya Federasiyasının qeyd edilən bütün istiqamətlər üzrə irəliləyişin əldə edilməsini dəstəkləməyə hazır olduğunu bir daha qeyd edib.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.