https://sputnik.az/20220423/ukraynaya-silah-tedaruku-munaqiseni-uzadir--kanslere-mektub-441361933.html
Ukraynaya silah tədarükü münaqişəni uzadır – Kanslerə məktub
Ukraynaya silah tədarükü münaqişəni uzadır – Kanslerə məktub
Sputnik Azərbaycan
Almaniyanın ictimai xadimləri Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli üçün silah tədarükünün dayandırılmasının vacibliyinə diqqət çəkiblər. 23.04.2022, Sputnik Azərbaycan
2022-04-23T14:49+0400
2022-04-23T14:49+0400
2022-04-23T17:44+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
almaniya kansleri
almaniya
silah
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438222888_0:104:2000:1229_1920x0_80_0_0_97e5c80571c38f0c93bf87452840f029.jpg
BAKI, 23 aprel — Sputnik. Almaniyanın ictimai xadimləri Almaniya Kansleri Olaf Şoltsa açıq məktub yazıblar. Bu barədə "Berliner Zeitung" qəzeti məlumat yayıb.İctimaiyyət nümayəndələri Ukraynaya silah tədarükünü dayandırmağa çağırıblar.Məktubda qeyd olunub ki, Ukraynaya silah tədarükü münaqişəni uzadır və sülh yolu ilə diplomatik həllə kömək etmir. Müraciəti professorlar, elmlər doktorları, musiqiçilər, publisistlər, o cümlədən Bundestaqın keçmiş vitse-prezidenti Antje Vollmer və BMT Baş katibinin keçmiş köməkçisi Hans-Kristof fon Sponek imzalayıb."Almaniya və digər NATO ölkələri silah tədarükü ilə faktiki olaraq özlərini münaqişə tərəfinə çeviriblər. Beləliklə, Ukrayna həm də NATO ilə Rusiya arasında illərdir gərginləşən Avropada təhlükəsizlik nizamı ilə bağlı qarşıdurma meydanına çevrilib", - məktubda deyilir."Biz Almaniya hökumətini, Aİ və NATO ölkələrini Ukrayna qoşunlarına silah tədarükünü dayandırmağa çağırırıq və Kiyev hökumətini atəşkəs danışıqları və siyasi nizamlanma zəmanəti müqabilində hərbi müqaviməti dayandırmağa çağırırıq. Moskvanın mümkün neytrallıq, Krımın tanınması haqqında razılaşma və Donbass respublikalarının gələcək statusu ilə bağlı referendum təklifləri artıq prezident Zelenski ilə müzakirə olunub, anlaşma üçün real şans var”, - deyə müraciət müəllifləri qeyd edirlər.Almaniya kansleri Olaf Şoltz bildirib ki, Berlin Bundesverin ehtiyatlarını demək olar ki, tükədib və onun artıq Kiyevi silahla təmin etmək imkanı yoxdur. Onun sözlərinə görə, Almaniya indi öz müdafiə qabiliyyətini gücləndirməyə diqqət etməlidir.Moskva dəfələrlə Qərbin Ukraynaya silah verməklə münaqişəni uzatmağa çalışdığına diqqət çəkib və hərbi yüklərin Ukrayna ərazisində Aerokosmik Qüvvələrin qanuni hədəfinə çevriləcəyi barədə xəbərdarlıq edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220416/moskva-ukraynaya-silah-tedaruku-ile-bagli-butun-olkelere-nota-gonderib-441160862.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438222888_112:0:1889:1333_1920x0_80_0_0_446ee62eb0ba25499759955e73356103.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
almaniya kansleri, almaniya, silah
almaniya kansleri, almaniya, silah
Ukraynaya silah tədarükü münaqişəni uzadır – Kanslerə məktub
14:49 23.04.2022 (Yenilənib: 17:44 23.04.2022) Almaniyanın ictimai xadimləri Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli üçün silah tədarükünün dayandırılmasının vacibliyinə diqqət çəkiblər.
BAKI, 23 aprel — Sputnik. Almaniyanın ictimai xadimləri Almaniya Kansleri Olaf Şoltsa açıq məktub yazıblar. Bu barədə "Berliner Zeitung" qəzeti məlumat yayıb.
İctimaiyyət nümayəndələri Ukraynaya silah tədarükünü dayandırmağa çağırıblar.
Məktubda qeyd olunub ki, Ukraynaya silah tədarükü münaqişəni uzadır və sülh yolu ilə diplomatik həllə kömək etmir. Müraciəti professorlar, elmlər doktorları, musiqiçilər, publisistlər, o cümlədən Bundestaqın keçmiş vitse-prezidenti Antje Vollmer və BMT Baş katibinin keçmiş köməkçisi Hans-Kristof fon Sponek imzalayıb.
"Almaniya və digər NATO ölkələri silah tədarükü ilə faktiki olaraq özlərini münaqişə tərəfinə çeviriblər. Beləliklə, Ukrayna həm də NATO ilə Rusiya arasında illərdir gərginləşən Avropada təhlükəsizlik nizamı ilə bağlı qarşıdurma meydanına çevrilib", - məktubda deyilir.
"Biz Almaniya hökumətini, Aİ və NATO ölkələrini Ukrayna qoşunlarına silah tədarükünü dayandırmağa çağırırıq və Kiyev hökumətini atəşkəs danışıqları və siyasi nizamlanma zəmanəti müqabilində hərbi müqaviməti dayandırmağa çağırırıq. Moskvanın mümkün neytrallıq, Krımın tanınması haqqında razılaşma və Donbass respublikalarının gələcək statusu ilə bağlı referendum təklifləri artıq prezident Zelenski ilə müzakirə olunub, anlaşma üçün real şans var”, - deyə müraciət müəllifləri qeyd edirlər.
Almaniya kansleri Olaf Şoltz bildirib ki, Berlin Bundesverin ehtiyatlarını demək olar ki, tükədib və onun artıq Kiyevi silahla təmin etmək imkanı yoxdur. Onun sözlərinə görə, Almaniya indi öz müdafiə qabiliyyətini gücləndirməyə diqqət etməlidir.
Moskva dəfələrlə Qərbin Ukraynaya silah verməklə münaqişəni uzatmağa çalışdığına diqqət çəkib və hərbi yüklərin Ukrayna ərazisində Aerokosmik Qüvvələrin qanuni hədəfinə çevriləcəyi barədə xəbərdarlıq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.