Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Qərbə qarşı Rusiyanın raketlərdən qat-qat dəhşətli silahı var

© Photo : RUSSIAN DEFENCE MINISTRY / Mediabanka keçidraket
raket - Sputnik Azərbaycan, 1920, 23.04.2022
Abunə olmaq
Kənd təsərrüfatı bazarında Rusiya aparıcı oyunçudur, ona görə də Qərbin tədarük zəncirlərini məhv etmək cəhdləri təkcə böhrana deyil, bütün regionda aclığa gətirib çıxara bilər.
BAKI, 23 aprel — Sputnik. Qərbin Rusiyanın enerji resurslarından imtina etmək üçün ümidsiz cəhdləri xəbər dünyasında əhəmiyyəti istənilən karbohidrogenlərdən dəfələrlə böyük olan başqa bir cəbhəni tamamilə kölgədə qoydu.
Xarici mətbuat quru şəkildə bildirir ki, dünyanın dörd aparıcı aqrar-sənaye holdinqi, ABCD kollektiv abbreviaturası ilə profil bazarında daha yaxşı tanınan Archer Daniels Midland (ADM), Bunge, Cargill və Louis Dreyfus Rusiyadakı müəssisələrini bağlamaqdan imtina edir və onların bu ölkədən getməsini gözləməyə dəyməz. Burada ilk növbədə məqalələrin ümumi tonu diqqəti çəkir.
Enerji kompaniyalarının və hətta Moskva ilə uzunmüddətli əlaqələri kəsmək üçün kifayət qədər fəal olmayan hərəkətlərə görə saxta ictimai qınaq altında tapdalanan Almaniya kimi ölkələrin fonunda aqrar sənayeçilərin demarşı mümkün qədər ört-basdır edilir və digər hadisələrin ekranı arxasında gizlənir.
Martın əvvəlində dörd kənd təsərrüfatı "ağır çəkililəri"nin Avropa Birliyinin sanksiyaları ilə əlaqədar olaraq Rusiyadakı mövcudluqlarını məhdudlaşdıracaqlarını elan etdiklərinə baxmayaraq, onlar bu günlərdə çox lakonik şəkildə öz sözlərindən "biz qalırıq" deyə imtina etdilər.
Burada təəccüblü heç nə yoxdur, sadəcə, bazarın dinamikasına və statistikasına bir az baş vurmaq lazımdır.
Belə alınır ki, xəbər lentlərində Rusiyanın planetin həyatındakı rolundan söhbət gedəndə enerji və hər şeydən əvvəl təbii qaz mövzusu tamamilə üstünlük təşkil edir. Mavi yanacaq, şübhəsiz ki, müasir iqtisadiyyatın əsas strateji resursudur, lakin Rusiya olmayan, həqiqətən də onu cəzalandırmaq istəyən dünya üçün mavi yanacaqdan qat-qat vacib resurslar var. Söhbət kənd təsərrüfatı məhsullarından, yəni taxıl, yağ, quş əti və bir sıra digər məhsullardan gedir.
Biz öz kosmik raketlərimizlə, hərbi-sənaye kompleksindəki yeniliklərlə və nüvə enerjisindəki uğurlarımızla hər zaman fəxr edirik. Rusiyanın yanacaqdoldurma məntəqəsi ölkəsi olması ilə bağlı köhnə lətifəyə gülürük, ancaq onun həm də taxıl və yağ stansiyası olduğunu qeyd etməyi unuduruq. Bizim Qərb tərəfdaşlarımız isə bunu yaxşı bilirlər və buna görə də onlar öz fermerlərini incitməyə tələsmirlər, çünki siyasət siyasətdir, insan övladı isə hər gün yemək istəyir – həm də gün ərzində bir dəfədən çox olmaqla.
Ötən illər ərzində Rusiya qlobal kənd təsərrüfatı bazarında aparıcı oyunçuya çevrilib. Bəzi göstəricilərdə Rusiyanın payı o qədər böyükdür ki, (qaz və neft məsələsində olduğu kimi) qurulmuş tədarük zəncirlərini məhv etmək cəhdləri hətta böhrana da deyil, bütün regionda əsl aclığa səbəb ola bilər.
Qərb mənbələri məyus halda deyirlər: Rusiya buğda, günəbaxan yağı, qarğıdalı, arpa, mal və quş əti, şokoladlı qənnadı məmulatlarının əsas istehsalçısı olaraq qalır. Bu, təbii ki, bir il müddətində baş verməyib. Bu dövrdə bazar şərtlərini və mümkün mənfəətləri dəyişmək üçün ən incə instinktlərə malik olan Qərb kənd təsərrüfatı holdinqləri fəal və kütləvi şəkildə Rusiya bazarına daxil olmağa başlayıblar.
Moskva etiraz etmədi, nəticədə xarici korporasiyalar nəhəng strateji ərzaq ehtiyatlarına birbaşa çıxış, fermerlərimiz isə güzəştli kreditlər, müasir texnika və qabaqcıl texnologiyalar, tədqiqat və seleksiya üçün toxum materialı və s. bir çox nələrsə əldə etdilər Əməkdaşlıq illərində Moskva həm ayrı-ayrı şirkətləri, həm də bütöv ölkələri gözəgörünməz zəncirlərlə özünə bağladı. Son vaxtlara qədər bu, heç kimi narahat etmirdi. Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra dəliyə dönən Qərb isterik qəzəbə qapılıb, nəyin bahasına olursa olsun, böyük biznesdən Rusiya ilə istənilən münasibəti dərhal kəsməyi tələb edir. Qeyd edək ki, karbohidrogenlərdə olduğu kimi, pandemiyanın son dalğasının yaratdığı pik qiymətlər dövründə də ultimatumlar verilib.
Əgər energetiklər getdikcə daha çox özlərini "sındırmamağa" və aşkar şəkildə yanacaqsız işləyən daimi hərəkət maşını ixtira etməyə çalışırlarsa, fermerlər bütün xəyalpərəstlərə xatırladırlar ki, Rusiyanın günəbaxan yağı dünya bazarının yarısını, buğda ticarətinin isə 24% -ni təşkil edir.
Bu, Rusiyanın təbliğatı deyil, əsas profilli ərazilərdə kənd təsərrüfatı mövsümünün pozulacağına zəmanət verilə bilən Ukraynanı da əlavə edən Avropa Komissiyasının son rəsmi məlumatlarıdır.
Əgər Rusiyanı bazardan çıxarsanız və ona Ukraynanın əhəmiyyətini əlavə etsəniz, o zaman çox axmaq bir mənzərə yaranacaq. Moskva və Kiyev ikilikdə dörd şüşə yağdan üçünü xaricə verir, buğdadan hazırlanan hər üçüncü çörək məhsulu da buradan gəlir. Əgər Vaşinqton, London və Brüssel öz rusofobiyalarına davam etsələr, ərzaq bazarı məhz göstərilən nisbətlərdə çökəcək və bu, ərzaq qiymətlərinin artması, qıtlıq və inflyasiya kimi bütün müvafiq nəticələrə gətirib çıxaracaq.
Beş il dərinliklə bazarın dinamikasına baxaq
Bu müddət ərzində Rusiya 19% buğdanı istehsal edib dünya bazarına çıxarıb. ABŞ və Kanada müvafiq olaraq 13% və 12% - lə yalnız ikinci və üçüncü yerlərdədir. ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) məlumatına görə, ölkəmiz bu beş il ərzində günəbaxan yağı ilə dünya ticarətinin yarısını zəbt edib.
Sadəcə, müqayisə üçün: Ukrayna nəzərə alınmasa, dünyanın qalan hissəsi yağın yalnız 17%-ni istehsal edə bilir. Bu yağ olmadan isə Dehlidən Buenos-Ayresə qədər onlarla, hətta yüz milyonlarla insan yemək bişirməyi təsəvvür edə bilmir.
Qarğıdalıya gəlincə, bizim göstəricilərimiz azdır, bazarın cəmi iki faizini təşkil edir, amma burada bizi Ukrayna "dəstəkləyir" və bu il zəmanət verilir ki, analoji dənli bitkilərin 15%-ni ixrac etməyəcək.
Rusiyanın mümkün kənd təsərrüfatı blokadası ətrafındakı oyunlar qeyd olunan bu mal qruplarının qiymətlərinin kosmosa uçmasına səbəb oldu. Aprelin ortalarına olan məlumata görə, bir ton buğda üçün (free on board sistemi ) 405 dollar tələb olunurdu ki, bu da bir il əvvəlkindən 68% çoxdur. Günəbaxan yağının bir tonu 24% bahalaşaraq 1860 dollardan baha satılıb. Qarğıdalı üçün 334 dollar tələb olundu, yəni xalis qiymət artımı 28% olub.
Kimsə şişirtdiyimizi düşünürsə, Birləşmiş Millətlər Təşkilatının son hesabatını təqdim edirik. BMT qlobal ərzaq bazarında mövcud vəziyyəti fəlakət kimi qiymətləndirir. Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bislinin fikrincə, Rusiya ilə bazar münasibətlərinin pozulması ona gətirib çıxaracaq ki, məsələn, təkcə Yəməndə səkkiz milyona yaxın insan gündəlik qida rasionunu yarıbayarı azaltmaq məcburiyyətində qalacaq.
Bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman da təsdiqləyir. Onun sözlərinə görə, beynəlxalq vəziyyətin hazırkı əsasda inkişafı 13 milyondan çox insanın aclığına səbəb ola bilər. Xanım Şerman isə bütün bunları "Putinin Ukraynaya təcavüzünün nəticələri" adlandırır və Rusiyanın könüllü qida təcridinə getməyə heç də çalışmadığını, onu bu qida təcridinə kollektiv Qərbin sövq etdiyini xatırlatmağı utanaraq unudur.
Gözəl sözlərin arxasında isə sırf şəxsi maraqlar dayanır. Almaniyada fast-food restoranlarının sahibləri artıq kartof və digər yeməkləri yağ qarışığında qızardırlar, burada günəbaxan yağı yalnız üçdə bir təşkil edir, qalan hər şey kolza yağı ilə əvəz olunur. ABŞ-da təkcə mart ayında ət, quş əti və balığın qiymətləri 13 faizdən çox artaraq hazırki prezidentin onsuz da aşağı olan reytinqini daha da aşağı salıb.
Buna görə də, hesab edirik ki, kimsənin qışqır-bağır salmaması və biznesini Rusiya daxilində saxlamaq qərarına gələn Amerika kənd təsərrüfatı holdinqlərinin çarmıxa çəkilməsini tələb etməməsi təəccüblü deyil. Telefonsuz və internetsiz birtəhər yaşamaq olar, amma bir tikə çörəyi hər gün yemək istəyirsən. Hətta, totalitar rus buğdasından bişmiş olsa belə.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0