https://sputnik.az/20220423/azovstalda-tunel-muharibesi-qisamuddetli-olacaq-440163190.html
“Azovstal”da tunel müharibəsi qısamüddətli olacaq
“Azovstal”da tunel müharibəsi qısamüddətli olacaq
Sputnik Azərbaycan
Mariupol uğrunda döyüşlər getdikcə özünün məntiqi sonluğuna yaxınlaşmaqdadır. 23.04.2022, Sputnik Azərbaycan
2022-04-23T07:22+0400
2022-04-23T07:22+0400
2022-04-25T13:21+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
azov
döyüş
əsir
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441322462_0:0:3080:1733_1920x0_80_0_0_5c0b79e45993e71e7c56858eb80da5cc.jpg
BAKI, 23 aprel — Sputnik. Rusiya qoşunları Donbasda hücum əməliyyatını inkişaf etdirir. Mariupol USQ, UMQ, UTX bölmələrindən azad edildi – bu strateji uğurdur. Sağ qalan ukraynalı hərbçilər “Azovstal” kombinatının zirzəmilərində gizlənir və əks hücuma keçə bilmirlər. "Katakomba"dan çıxış yolları bağlanıb, hücum zamanı "qəhrəmancasına" ölüm ümidləri yersizdir, təslim olmaq məcburiyyətində qalacaqlar.Rusiya müdafiə naziri Sergey Şoyqu aprelin 21-də Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə xüsusi hərbi əməliyatının gedişatı və Mariupolun nasistlərdən azad edilməsi barədə məruzə edib. Şəhər dinc həyata qayıdır.“Azovstal” kombinatında bloklanmış vəziyyətdə qalan nasist silahlı birləşmələrinin yaraqlılarına və əcnəbi muzdlulara gəlincə, Vladimir Putin yeraltı labirintlərə basqın etməməyi (təmizləmək üçün 3-4 gün lazım olacaq), Rusiya hərbçilərinin həyatılarını qorumağı və düşmənə təslim olmağı təklif etməyi əmr edib: “Bu zonanı elə bloklayın ki, heç milçək belə ora uça bilməsin. Silahlarını hələ yerə qoymamış hər kəsə təslim olmağı bir daha təklif edin”.Rusiya MN-nin məlumatına görə, martın 11-də Mariupolda Ukrayna qoşunlarının ümumi sayı 8100 nəfəri ötüb. Onlardan 4 mini şəhərin azad edilməsi zamanı məhv edilib, yarım mini isə təslim olub. 2000-dən çox yaraqlı metallurgiya kombinatının ərazisində gizlənir. “Azovstal” zirzəmilərinin tam təmizlənməsi üçün 3-4 gün vaxt lazımdır, lakin bütün çıxışları, havalandırma şaxtalarını möhkəm bağlamaq və “qarnizon”un təslim olmasını gözləmək daha məqsədəuyğundur.Bu yaxınlarda Rusiya bir neçə gün ərzində kombinatda ola biləcək mülki şəxslərin çıxışı üçün humanitar dəhlizlər açıb. “Azovstal” zirzəmilərindən heç kim çıxmaıb. Yəqin ki, elə əvvəlcədən də orada mülki şəxslər olmayıb. Ukraynanın ərazi müdafiə dəstəsi döyüş meydanında mülki şəxslər kimi hesab edilmir. Xarici muzdlular (hərbi təlimatçılar) da təslim olmalı olacaqlar."Ukrayna hər şeydən üstündür" nasist şüarı ilə birləşən sərhədçi və polislər, UMQ-nn “Azov”* alayının sağ qalan yaraqlıları, Ukrayna Silahlı Qüvvələrinin 36-cı dəniz briqadasının nümayəndələri “Azovstal”dadırlar.Kombinatın zirzəmiləri hücum üçün əvvəlcədən hazırlanıb və minalanıb. Silah və döyüş sursatı, su və ərzaq ehtiyatı bir müddət yerin altında qalmağa imkan verir, lakin sağ qalan döyüşçülərin 40% -ə qədəri yaralanıb. "Perimetri" qorumaq üçün ayrılmış Rusiyanın və “DXR”nın müttəfiq qüvvələri yuxarıdan kommunikasiyaları metodik şəkildə pozacaq və zirzəmilərdə "oksigeni kəsəcəklər". Təslim olanlara həyat, yaralılara isə tibbi yardım zəmanəti verilir.Hətta milçək belə uça bilməyəcəkMariupoldakı "Azovstal" kombinatında düşmənin tamamilə məhv edilməsi çətin məsələ deyil. Buna baxmayaraq, hücum əməliyyatının müvəffəqiyyəti üçün bir müdafiəçiyə üç-dörd hücumçu lazımdır (nə qədər çox olsa, bir o qədər yaxşıdır). Yəni, iki min ukraynalı yaraqlıya Rusiya Silahlı Qüvvələrinin iki tam fəal briqadası atılmalıdır.“Azovstal”ın yeraltı labirintləri hücum üçün mürəkkəb obyektdir, burada itkilərin olması qaçılmazdır. Digər tərəfdən, düşmən ümidsiz vəziyyətdədir, nasist birləşmələri bir müddət sonra təslim olmağa və ya əvvəlcədən müəyyən edilmiş və yoxlanmış “qeyri-humanitar dəhlizlər” üzrə irəliləməyə məcbur olacaqlar, çünki çıxışların əksəriyyəti partladılacaq və ya möhkəm şəkildə sementlənəcək. Bir batalyon taktiki qrupu "perimetri" qorumaq və əsirləri filtrasiya etmək üçün kifayətdir. Mariupolu azad edən Rusiya qoşunları artıq Donbasdakı daha vacib yerlərə istiqamətləniblər və qərbə doğru daha da irəliləməyə hazırdırlar.Səthə zirehli texnikada patrul dəstə və stasionar bloklar nəzarət edir. İzdihamlı “mühasirə” ordusu insanı bir neçə kilometr məsafədə “görən” fərdi kiçik ölçülü radiolokasiya stansiyaları əvəz edir. Misal üşün, “Fara-BR»” radarı yüksək dəqiqliklə 4 km-ə qədər məsafədə piyadanı aşkar edir və iri kalibrli pulemyot və ya qumbaraatanları hədəf almaq üçün məlumatlar verir."Kredo-1E" unifikasiya radarı 15 km məsafədə döyüşçünü aşkar edə və eyni zamanda 20 hədəfi izləyə bilir. “Perimetr” üzrə quraşdırılmış radiolokasiya stansiyalarına “Azovstal” ərazisində hər hansı şübhəli hərəkəti, xüsusən də böyük qrupun çıxışını görməyə zəmanət verilir. Bundan sonra əsirləri qəbul etmək üçün bölmə, çevik reaksiya qüvvələri və ya artilleriya fəaliyyət göstərəcək.Robotexniki kəşfiyyat kompleksləri yeraltı kommunikasiyanın ən gizli künclərini görməyə imkan verir. Bu gün metallurgiya kombinatında “Azov” yaraqlılarının maddi təminat və ərzaq anbarının məhv edilməsi məlum olub. Zirzəmilərdə aclıq, susuzluq və antisanitariya şəraiti - nasistləri utanc verici ölüm və alçaldıcı əsir arasında daha sürətli seçim etməyə məcbur edəcək. Tunel müharibəsi qısamüddətli olacaq. Bloklanmış ukraynalı yaraqlıların gələcəyi yoxdur. Roma Papasına, ABŞ prezidentinə və digər “dünya liderlərinə” xilas olmaq üçün zirzəmi müraciətləri yanlış ünvana göndərilir, çünki Ukraynanın demilitarizasiyası və denasifikasiyası ilə Rusiya məşğul olur.Mariupolda əsir düşmüş yüzlərlə əcnəbi muzdlu (hərbi məsləhətçi) Qərb üçün gizlətməyi mümkün olmayacaq ayrıca problemə çevriləcək.* – Rusiyada qadağan edilmiş ekstremist təşkilat.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441322462_349:0:3080:2048_1920x0_80_0_0_cae0064bc5b09d06f7a5066efb7e7743.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, ukrayna, azov, döyüş, əsir
rusiya, ukrayna, azov, döyüş, əsir
“Azovstal”da tunel müharibəsi qısamüddətli olacaq
07:22 23.04.2022 (Yenilənib: 13:21 25.04.2022) Mariupol uğrunda döyüşlər getdikcə özünün məntiqi sonluğuna yaxınlaşmaqdadır.
BAKI, 23 aprel — Sputnik. Rusiya qoşunları Donbasda hücum əməliyyatını inkişaf etdirir. Mariupol USQ, UMQ, UTX bölmələrindən azad edildi – bu strateji uğurdur. Sağ qalan ukraynalı hərbçilər “Azovstal” kombinatının zirzəmilərində gizlənir və əks hücuma keçə bilmirlər. "Katakomba"dan çıxış yolları bağlanıb, hücum zamanı "qəhrəmancasına" ölüm ümidləri yersizdir, təslim olmaq məcburiyyətində qalacaqlar.
Rusiya müdafiə naziri Sergey Şoyqu aprelin 21-də Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə xüsusi hərbi əməliyatının gedişatı və Mariupolun nasistlərdən azad edilməsi barədə məruzə edib. Şəhər dinc həyata qayıdır.
“Azovstal” kombinatında bloklanmış vəziyyətdə qalan nasist silahlı birləşmələrinin yaraqlılarına və əcnəbi muzdlulara gəlincə, Vladimir Putin yeraltı labirintlərə basqın etməməyi (təmizləmək üçün 3-4 gün lazım olacaq), Rusiya hərbçilərinin həyatılarını qorumağı və düşmənə təslim olmağı təklif etməyi əmr edib: “Bu zonanı elə bloklayın ki, heç milçək belə ora uça bilməsin. Silahlarını hələ yerə qoymamış hər kəsə təslim olmağı bir daha təklif edin”.
Rusiya MN-nin məlumatına görə, martın 11-də Mariupolda Ukrayna qoşunlarının ümumi sayı 8100 nəfəri ötüb. Onlardan 4 mini şəhərin azad edilməsi zamanı məhv edilib, yarım mini isə təslim olub. 2000-dən çox yaraqlı metallurgiya kombinatının ərazisində gizlənir. “Azovstal” zirzəmilərinin tam təmizlənməsi üçün 3-4 gün vaxt lazımdır, lakin bütün çıxışları, havalandırma şaxtalarını möhkəm bağlamaq və “qarnizon”un təslim olmasını gözləmək daha məqsədəuyğundur.
Bu yaxınlarda Rusiya bir neçə gün ərzində kombinatda ola biləcək mülki şəxslərin çıxışı üçün humanitar dəhlizlər açıb. “Azovstal” zirzəmilərindən heç kim çıxmaıb. Yəqin ki, elə əvvəlcədən də orada mülki şəxslər olmayıb. Ukraynanın ərazi müdafiə dəstəsi döyüş meydanında mülki şəxslər kimi hesab edilmir. Xarici muzdlular (hərbi təlimatçılar) da təslim olmalı olacaqlar.
"Ukrayna hər şeydən üstündür" nasist şüarı ilə birləşən sərhədçi və polislər, UMQ-nn “Azov”* alayının sağ qalan yaraqlıları, Ukrayna Silahlı Qüvvələrinin 36-cı dəniz briqadasının nümayəndələri “Azovstal”dadırlar.
Kombinatın zirzəmiləri hücum üçün əvvəlcədən hazırlanıb və minalanıb. Silah və döyüş sursatı, su və ərzaq ehtiyatı bir müddət yerin altında qalmağa imkan verir, lakin sağ qalan döyüşçülərin 40% -ə qədəri yaralanıb. "Perimetri" qorumaq üçün ayrılmış Rusiyanın və “DXR”nın müttəfiq qüvvələri yuxarıdan kommunikasiyaları metodik şəkildə pozacaq və zirzəmilərdə "oksigeni kəsəcəklər". Təslim olanlara həyat, yaralılara isə tibbi yardım zəmanəti verilir.
Hətta milçək belə uça bilməyəcək
Mariupoldakı "Azovstal" kombinatında düşmənin tamamilə məhv edilməsi çətin məsələ deyil. Buna baxmayaraq, hücum əməliyyatının müvəffəqiyyəti üçün bir müdafiəçiyə üç-dörd hücumçu lazımdır (nə qədər çox olsa, bir o qədər yaxşıdır). Yəni, iki min ukraynalı yaraqlıya Rusiya Silahlı Qüvvələrinin iki tam fəal briqadası atılmalıdır.
“Azovstal”ın yeraltı labirintləri hücum üçün mürəkkəb obyektdir, burada itkilərin olması qaçılmazdır. Digər tərəfdən, düşmən ümidsiz vəziyyətdədir, nasist birləşmələri bir müddət sonra təslim olmağa və ya əvvəlcədən müəyyən edilmiş və yoxlanmış “qeyri-humanitar dəhlizlər” üzrə irəliləməyə məcbur olacaqlar, çünki çıxışların əksəriyyəti partladılacaq və ya möhkəm şəkildə sementlənəcək. Bir batalyon taktiki qrupu "perimetri" qorumaq və əsirləri filtrasiya etmək üçün kifayətdir. Mariupolu azad edən Rusiya qoşunları artıq Donbasdakı daha vacib yerlərə istiqamətləniblər və qərbə doğru daha da irəliləməyə hazırdırlar.
Səthə zirehli texnikada patrul dəstə və stasionar bloklar nəzarət edir. İzdihamlı “mühasirə” ordusu insanı bir neçə kilometr məsafədə “görən” fərdi kiçik ölçülü radiolokasiya stansiyaları əvəz edir. Misal üşün, “Fara-BR»” radarı yüksək dəqiqliklə 4 km-ə qədər məsafədə piyadanı aşkar edir və iri kalibrli pulemyot və ya qumbaraatanları hədəf almaq üçün məlumatlar verir.
"Kredo-1E" unifikasiya radarı 15 km məsafədə döyüşçünü aşkar edə və eyni zamanda 20 hədəfi izləyə bilir. “Perimetr” üzrə quraşdırılmış radiolokasiya stansiyalarına “Azovstal” ərazisində hər hansı şübhəli hərəkəti, xüsusən də böyük qrupun çıxışını görməyə zəmanət verilir. Bundan sonra əsirləri qəbul etmək üçün bölmə, çevik reaksiya qüvvələri və ya artilleriya fəaliyyət göstərəcək.
Robotexniki kəşfiyyat kompleksləri yeraltı kommunikasiyanın ən gizli künclərini görməyə imkan verir. Bu gün metallurgiya kombinatında “Azov” yaraqlılarının maddi təminat və ərzaq anbarının məhv edilməsi məlum olub. Zirzəmilərdə aclıq, susuzluq və antisanitariya şəraiti - nasistləri utanc verici ölüm və alçaldıcı əsir arasında daha sürətli seçim etməyə məcbur edəcək. Tunel müharibəsi qısamüddətli olacaq. Bloklanmış ukraynalı yaraqlıların gələcəyi yoxdur. Roma Papasına, ABŞ prezidentinə və digər “dünya liderlərinə” xilas olmaq üçün zirzəmi müraciətləri yanlış ünvana göndərilir, çünki Ukraynanın demilitarizasiyası və denasifikasiyası ilə Rusiya məşğul olur.
Mariupolda əsir düşmüş yüzlərlə əcnəbi muzdlu (hərbi məsləhətçi) Qərb üçün gizlətməyi mümkün olmayacaq ayrıca problemə çevriləcək.
* – Rusiyada qadağan edilmiş ekstremist təşkilat.