https://sputnik.az/20220422/vahid-elekberovun-rehberlikden-getmesi-azerbaycandaki-layihelere-nece-tesir-edecek-441324853.html
Vahid Ələkbərovun rəhbərlikdən getməsi Azərbaycandakı layihələrə necə təsir edəcək?
Vahid Ələkbərovun rəhbərlikdən getməsi Azərbaycandakı layihələrə necə təsir edəcək?
Sputnik Azərbaycan
Ekspert bildirib ki, Vahid Ələkbərovun vəzifəsini tərk etməsi ilə beynəlxalq layihələr mümkün qədər qorunmağa çalışılır. 22.04.2022, Sputnik Azərbaycan
2022-04-22T12:20+0400
2022-04-22T12:20+0400
2022-04-22T12:24+0400
vahid ələkbərov
rusiya
"lukoyl" şirkəti
"lukoyl"
https://cdnn1.img.sputnik.az/img/40722/45/407224539_0:0:2947:1659_1920x0_80_0_0_4941dce594f055fbb761163bb4d17e48.jpg
BAKI, 22 aprel — Sputnik. Vahid Ələkbərovun vəzifəsini tərk etməsi şirkəti sanksiyaların daha da sərtləşdirilməsindən qorumaq məqsədi daşıyır. Bununla bağlı iqtisadçı ekspert İqor Yuşkov @SputnikAz-a Vahid Ələkbərovun "LUKOYL"dan gedişinin şirkətin Azərbaycandakı layihələrinə təsir edib-etməməsi ilə bağlı danışarkən deyib.O bildirib ki, "LUKOYL"un beynəlxalq nümayəndəliyi bu şəkildə hərəkət etməyə məcburdur: "Beynəlxalq layihələr mümkün qədər qorunmalıdır, lakin şirkət korporativ sanksiyalara məruz qalarsa, o zaman bunu etmək çətin olacaq. İndi şirkət təkcə Rusiyaya aid layihələrin deyil, eyni zamanda sanksiya tənzimləyicilərinin diqqətini cəlb edə biləcək xarici layihələr haqqında da düşünmək məcburiyyətindədir".Onun fikrincə, Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara məruz qaldıqdan sonra şirkətdən uzaqlaşan Ələkbərov belə bir addımla onu qorumağa çalışır: ""LUKOYL"un Azərbaycandakı layihələrinə gəlincə, onların aqibətinin necə olacağı barədə nəsə demək çətindir. Lakin hələlik şirkət birmənalı olaraq onlardan geri çəkilmək niyyətində deyil. Şirkət fəaliyyətini davam etdirə bilsin deyə, Ələkbərov vəzifəsini tərk edir".Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edib.Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub.O, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinci müavini olub. İqtisad elmləri doktorudur. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə “Lanqenpasneftqaz”, “Urayneftqaz” və “Koqalımneftqaz” (sonradan bu üç zavodun baş hərfləri "LUKoil" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək "LUKOYL" şirkətinə prezidentlik edirdi.V.Ələkbərov dünyada rəsmi olaraq milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında o, 66-cı olub. Onun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40722/45/407224539_216:0:2947:2048_1920x0_80_0_0_0e8cadf9c47123d5e2883d64349f21fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
vahid ələkbərov, "lukoyl" şirkəti, "lukoyl"
vahid ələkbərov, "lukoyl" şirkəti, "lukoyl"
Vahid Ələkbərovun rəhbərlikdən getməsi Azərbaycandakı layihələrə necə təsir edəcək?
12:20 22.04.2022 (Yenilənib: 12:24 22.04.2022) Ekspert bildirib ki, Vahid Ələkbərovun vəzifəsini tərk etməsi ilə beynəlxalq layihələr mümkün qədər qorunmağa çalışılır.
BAKI, 22 aprel — Sputnik. Vahid Ələkbərovun vəzifəsini tərk etməsi şirkəti sanksiyaların daha da sərtləşdirilməsindən qorumaq məqsədi daşıyır.
Bununla bağlı iqtisadçı ekspert İqor Yuşkov @SputnikAz-a Vahid Ələkbərovun "LUKOYL"dan gedişinin şirkətin Azərbaycandakı layihələrinə təsir edib-etməməsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, "LUKOYL"un beynəlxalq nümayəndəliyi bu şəkildə hərəkət etməyə məcburdur: "Beynəlxalq layihələr mümkün qədər qorunmalıdır, lakin şirkət korporativ sanksiyalara məruz qalarsa, o zaman bunu etmək çətin olacaq. İndi şirkət təkcə Rusiyaya aid layihələrin deyil, eyni zamanda sanksiya tənzimləyicilərinin diqqətini cəlb edə biləcək xarici layihələr haqqında da düşünmək məcburiyyətindədir".
Onun fikrincə, Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara məruz qaldıqdan sonra şirkətdən uzaqlaşan Ələkbərov belə bir addımla onu qorumağa çalışır: ""LUKOYL"un Azərbaycandakı layihələrinə gəlincə, onların aqibətinin necə olacağı barədə nəsə demək çətindir. Lakin hələlik şirkət birmənalı olaraq onlardan geri çəkilmək niyyətində deyil. Şirkət fəaliyyətini davam etdirə bilsin deyə, Ələkbərov vəzifəsini tərk edir".
Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edib.
Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub.
O, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinci müavini olub. İqtisad elmləri doktorudur. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə “Lanqenpasneftqaz”, “Urayneftqaz” və “Koqalımneftqaz” (sonradan bu üç zavodun baş hərfləri "LUKoil" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək "LUKOYL" şirkətinə prezidentlik edirdi.
V.Ələkbərov dünyada rəsmi olaraq milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında o, 66-cı olub. Onun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.