https://sputnik.az/20220422/makron-rusiya-qazina-embarqo-qoyulmasi-meselesine-aydinliq-getirdi-441323865.html
Makron Rusiya qazına embarqo qoyulması məsələsinə aydınlıq gətirdi
Makron Rusiya qazına embarqo qoyulması məsələsinə aydınlıq gətirdi
Sputnik Azərbaycan
Fransa prezidenti İtaliya qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın qazına embarqo qoyulması bu gün müzakirə olunmur. 22.04.2022, Sputnik Azərbaycan
2022-04-22T11:35+0400
2022-04-22T11:35+0400
2022-04-22T11:35+0400
emmanuel makron
rusiya
qaz
neft
"qazprom"
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441323835_0:0:2592:1458_1920x0_80_0_0_eafc883a78ee1e2b84e2935f429679ff.jpg
BAKI, 22 aprel — Sputnik. Rusiya qazının Avropaya nəqlinə embarqo qoyulması məsələsi Ukraynaya qarşı sanksiyalar çərçivəsində müzakirə mövzusuna çevrilə bilər, lakin bu gün müzakirə olunmur. Bunu Fransa prezidenti Emmanuel Makron bildirib.Fransa prezidenti deyib ki bu, danışıqlar masasında ola biləcək məsələdir, amma bu gün deyil. "Artıq kömür və neft üzrə danışıqlar gedir, ancaq qazla bağlı belə bir şey hələ yoxdur. Biz bunun hansı böyük çətinliklərə səbəb olduğunu bilirik. Ona görə də uzun illərdir siz eşidirsiniz ki, mən Avropanın enerji suverenliyi haqqında danışıram", - deyə Makron İtaliyanın "Corriere della Sera" qəzetinə bildirib."Rusiyanın yeni hərbi, diplomatik və ya taktiki səviyyəyə keçməyə qərar verdiyi hər gün onun normal vəziyyətə qayıtmaq şansını və bizim davamlı sülh qurmaq imkanlarımızı azaldır", - Fransa prezidenti əlavə edib.Qeyd edək ki, "Qazprom"un cari il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 milyard kubmetr və ya gündə təxminən 109,6 milyon kubmetr təşkil edir. Aprel ayında Avropada istiləşmə ilə bağlı Rusiya qazının tranziti yenidən azalıb.Avropada qazın qiyməti min dollar səviyyəsində stabilləşibÖtən gün keçirilən hərraclarda Avropada qazın 1000 kubmetrinin qiyməti 1030 dollardan yuxarı olub. Bu da əvvəlki qiymətlə müqayisədə 1,3% azdır.Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441323835_192:0:2592:1800_1920x0_80_0_0_3a8a97c63896216ae95a867218c5214a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
emmanuel makron, qaz, neft, "qazprom"
emmanuel makron, qaz, neft, "qazprom"
Makron Rusiya qazına embarqo qoyulması məsələsinə aydınlıq gətirdi
Fransa prezidenti İtaliya qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın qazına embarqo qoyulması bu gün müzakirə olunmur.
BAKI, 22 aprel — Sputnik. Rusiya qazının Avropaya nəqlinə embarqo qoyulması məsələsi Ukraynaya qarşı sanksiyalar çərçivəsində müzakirə mövzusuna çevrilə bilər, lakin bu gün müzakirə olunmur. Bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
Fransa prezidenti deyib ki bu, danışıqlar masasında ola biləcək məsələdir, amma bu gün deyil.
"Artıq kömür və neft üzrə danışıqlar gedir, ancaq qazla bağlı belə bir şey hələ yoxdur. Biz bunun hansı böyük çətinliklərə səbəb olduğunu bilirik. Ona görə də uzun illərdir siz eşidirsiniz ki, mən Avropanın enerji suverenliyi haqqında danışıram", - deyə Makron İtaliyanın "Corriere della Sera" qəzetinə bildirib.
"Rusiyanın yeni hərbi, diplomatik və ya taktiki səviyyəyə keçməyə qərar verdiyi hər gün onun normal vəziyyətə qayıtmaq şansını və bizim davamlı sülh qurmaq imkanlarımızı azaldır", - Fransa prezidenti əlavə edib.
Qeyd edək ki, "Qazprom"un cari il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 milyard kubmetr və ya gündə təxminən 109,6 milyon kubmetr təşkil edir. Aprel ayında Avropada istiləşmə ilə bağlı Rusiya qazının tranziti yenidən azalıb.
Avropada qazın qiyməti min dollar səviyyəsində stabilləşib
Ötən gün keçirilən hərraclarda Avropada qazın 1000 kubmetrinin qiyməti 1030 dollardan yuxarı olub. Bu da əvvəlki qiymətlə müqayisədə 1,3% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.