https://sputnik.az/20220421/vahid-elekberov-lukoilun-rehberliyinden-cixir-441296688.html
Vahid Ələkbərov "LUKOIL"un rəhbərliyindən çıxır
Vahid Ələkbərov "LUKOIL"un rəhbərliyindən çıxır
Sputnik Azərbaycan
Bakıda anadan olmuş iş adamı Rusiyanın ən böyük neft şirkətlərindən birinin rəhbərliyini tərk etmək qərarına gəlib. 21.04.2022, Sputnik Azərbaycan
2022-04-21T16:52+0400
2022-04-21T16:52+0400
2022-04-21T16:52+0400
vahid ələkbərov
rusiya
lukoil
lukoil
neft
https://cdnn1.img.sputnik.az/img/42241/13/422411309_0:0:2939:1654_1920x0_80_0_0_5504f83022f88d076d524387f26a5798.jpg
BAKI, 21 aprel — Sputnik. Rusiyanın “LUKOIL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edir.Bununla bağlı V.Ələkbərov bu gün Direktorlar Şurasının sədrinə istefa ərizəsi ilə bağlı müraciət göndərib. Şirkətdən verilən məlumatda qeyd olunur ki, səhmlər onun tam nəzarəti altında deyil, onların yalnız 3,12 faizi V.Ələkbərova məxsusdur.Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub.O, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. İqtisad elmləri doktorudur. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoil" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “LUKOIL” şirkətinə prezidentlik edirdi.V.Ələkbərov dünyada rəsmi olaraq milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında o, 66-cı olub. Onun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220126/lukoil-dayazsulu-abseron-geoloji-kesfiyyat-layihesinde-terefdas-oldu-438542293.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42241/13/422411309_65:0:2796:2048_1920x0_80_0_0_93ac01f9ea52be2c69b2a81580d2e558.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vahid ələkbərov, lukoil, lukoil, neft
vahid ələkbərov, lukoil, lukoil, neft
Vahid Ələkbərov "LUKOIL"un rəhbərliyindən çıxır
Bakıda anadan olmuş iş adamı Rusiyanın ən böyük neft şirkətlərindən birinin rəhbərliyini tərk etmək qərarına gəlib.
BAKI, 21 aprel — Sputnik. Rusiyanın “LUKOIL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edir.
Bununla bağlı V.Ələkbərov bu gün Direktorlar Şurasının sədrinə istefa ərizəsi ilə bağlı müraciət göndərib. Şirkətdən verilən məlumatda qeyd olunur ki, səhmlər onun tam nəzarəti altında deyil, onların yalnız 3,12 faizi V.Ələkbərova məxsusdur.
Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub.
O, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. İqtisad elmləri doktorudur. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoil" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “LUKOIL” şirkətinə prezidentlik edirdi.
V.Ələkbərov dünyada rəsmi olaraq milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında o, 66-cı olub. Onun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.