https://sputnik.az/20220421/soyqu-putine-mariupolun-azad-edilmesi-barede-meruze-edib-441289176.html
Şoyqu Putinə Mariupolun azad edilməsi barədə məruzə edib
Şoyqu Putinə Mariupolun azad edilməsi barədə məruzə edib
Sputnik Azərbaycan
Rusiya müdafiə naziri Prezident Putinə məruzə edərək bildirib ki, Mariupoldan dinc sakinlər təxliyə edilib, "Azovstal"da isə minlərlə yaraqlı mühasirəyə... 21.04.2022, Sputnik Azərbaycan
2022-04-21T11:55+0400
2022-04-21T11:55+0400
2022-04-22T07:11+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
sergey şoyqu
müdafiə naziri
mariupol
rusiya federasiyasının prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/04/15/441290863_0:262:3112:2013_1920x0_80_0_0_c387f6a53c36ffc0c2dda070fc517fc8.jpg
BAKI, 21 aprel — Sputnik. Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinə Ukraynanın Mariupol şəhərinin Rusiya qoşunları tərəfindən azad edilməsi barədə məruzə edib.O bildirib ki, Mariupol millətçi "Azov"un* paytaxtıdır, şəhərin özü azad edilsə də, "Azovstal"da yaraqlılar hələ də qalır.Müdafiə naziri bildirib ki, Ukrayna silahlıları və əcnəbi muzdluların olduğu "Azovstal" zavodu təhlükəsiz şəkildə bloklanıb:""Azovstal"da hazırda 2 mindən çox yaraqlı mühasirəyə alınıb, 1478-i isə artıq təslim olub. Mariupoldan 142 mindən çox dinc sakin təxliyə olunub. "Azovstal"da əməliyyatı başa çatdırmaq üçün üç-dörd gün vaxt lazımdır".Şoyqu bildirib ki, Rusiyada yaraqlılara qarşı cinayət işi başlanıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.* Rusiya Federasiyasında yaraqlılara qarşı cinayət işi başlanıbDigər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220420/zaxarova-ukrayna-ile-danisiqlar-davam-edir-441272318.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/15/441290863_383:0:3112:2047_1920x0_80_0_0_801b2430132ad12e0858da5232df429d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey şoyqu, müdafiə naziri, mariupol, rusiya federasiyasının prezidenti vladimir putin
sergey şoyqu, müdafiə naziri, mariupol, rusiya federasiyasının prezidenti vladimir putin
Şoyqu Putinə Mariupolun azad edilməsi barədə məruzə edib
11:55 21.04.2022 (Yenilənib: 07:11 22.04.2022) Rusiya müdafiə naziri Prezident Putinə məruzə edərək bildirib ki, Mariupoldan dinc sakinlər təxliyə edilib, "Azovstal"da isə minlərlə yaraqlı mühasirəyə alınıb.
BAKI, 21 aprel — Sputnik. Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinə Ukraynanın Mariupol şəhərinin Rusiya qoşunları tərəfindən azad edilməsi barədə məruzə edib.
O bildirib ki, Mariupol millətçi "Azov"un* paytaxtıdır, şəhərin özü azad edilsə də, "Azovstal"da yaraqlılar hələ də qalır.
Müdafiə naziri bildirib ki, Ukrayna silahlıları və əcnəbi muzdluların olduğu "Azovstal" zavodu təhlükəsiz şəkildə bloklanıb:
""Azovstal"da hazırda 2 mindən çox yaraqlı mühasirəyə alınıb, 1478-i isə artıq təslim olub. Mariupoldan 142 mindən çox dinc sakin təxliyə olunub. "Azovstal"da əməliyyatı başa çatdırmaq üçün üç-dörd gün vaxt lazımdır".
Şoyqu bildirib ki, Rusiyada yaraqlılara qarşı cinayət işi başlanıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
* Rusiya Federasiyasında yaraqlılara qarşı cinayət işi başlanıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.