Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN son sutkada Ukraynanın itkilərini açıqladı

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidRusiya MN rısmi nümayəndəsi İqor Konaşenkov
Rusiya MN rısmi nümayəndəsi İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 21.04.2022
Abunə olmaq
General Rusiya əməliyyat-taktiki və ordu aviasiyası tərəfindən bir neçə yaşayış məntəqəsində Ukrayna hərbi texnikasının cəmləşdiyi 20 əraziyə zərbə endirildiyini bildirib.
BAKI, 21 aprel — Sputnik. Rusiya Silahlı Qüvvələrinin və “LXR”-in xalq milisləri tərəfindən millətçilərin istehkam ərazisinə çevirdiyi Kremennaya şəhəri tam nəzarət altına alınıb, şəhər infrastrukturu obyektlərinin və yaşayış binalarının ciddi şəkildə dağılmasının qarşısı almağa müvəffəq olunub. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.
Kremennaya Donbasdakı hərbi əməliyyatlar zonasında strateji əhəmiyyətli şəhərdir. Kremennaya nəzarət hələ də döyüşlərin getdiyi Rubejnoye şəhərinə düşmənin arxa mövqelərindən girməyə imkan verəcək.
“Rusiya Silahlı Qüvvələrinin və “Luqansk Respublikası”nın xalq milislərinin bölmələri Ukrayna millətçilərinin istehkam ərazisinə çevirdiyi Kremennaya yaşayış məntəqəsini tam nəzarət altına alıblar. Hücum dəstələrinin çevik və hazırlanmış hərəkətləri nəticəsində şəhər infrastrukturu obyektlərinin və yaşayış binalarının ciddi şəkildə dağılmasının qarşısı almaq mümkün olub”, - deyə Konaşenkov bildirib.
General bildirib ki, Rusiyanın raket qüvvələri və artilleriyası bir gün ərzində Ukraynanın 1001 hərbi obyektinə zərbələr endirib.
“Raket qoşunları və artilleriya bir gün ərzində Ukraynanın 1001 hərbi obyektinə zərbələr endirib”, - deyə Konaşenkov qeyd edib.
O, aydınlaşdırıb ki, onların arasında 58 idarəetmə məntəqəsi, Ukrayna artilleriyasının 162 atəş mövqeyi, o cümlədən 771 dayaq məntəqəsi və canlı qüvvənin toplandığı rayonlar və Mayaki, Dibrovnoye, Mazanovka, Dolina Krasnopolye, Velikaya Kamışevaxa, Çervonoye, Vernopolye, Paşkovka, Dmitrovka, Novaya Dmitrovka, Vısoki, Çernoqlazovka, Slatino, Zoloçev, Partizanskoye, Aleksandrovka, həmçinin Nikolayev vilayətinin Şevçenkovo yaşayış məntəqələrində Ukraynanın hərbi texnikası məhv edilib.
Konaşenkov bildirib ki, Rusiyanın əməliyyat-taktiki və ordu aviasiyası bir gecədə Ukrayna qoşunlarının canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 20 əraziyə zərbələr endirib.
“Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası bir gecədə Şnurki, Novonikolayevka, Aleksandrovka yaşayış məntəqələri ərazilərində canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 20 ərazini vurub”, - deyə general qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 21.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin "Azovstal"a hücumu ləğv etdi
Xəbər lenti
0