https://sputnik.az/20220420/siluanov-g20-ye-enerji-qiymetlerinin-artmasinin-neticeleri-barede-xeberdarliq-edib-441279831.html
Siluanov G20-yə enerji qiymətlərinin artmasının nəticələri barədə xəbərdarlıq edib
Siluanov G20-yə enerji qiymətlərinin artmasının nəticələri barədə xəbərdarlıq edib
Sputnik Azərbaycan
Rusiyanın maliyyə naziri deyib ki, Rusiyaya qarşı sanksiyalar onu daha da gücləndirib, lakin iqtisadiyyatda yeni risklər də yaradıb. 20.04.2022, Sputnik Azərbaycan
2022-04-20T23:03+0400
2022-04-20T23:03+0400
2022-04-21T10:47+0400
rusiya
g20
anton siluanov
sanksiya
https://cdnn1.img.sputnik.az/img/42293/20/422932054_0:0:2792:1571_1920x0_80_0_0_f0e593f1d30274782165d69b123ac983.jpg
BAKI, 20 aprel - Sputnik. Rusiyaya qarşı sanksiyalar bir sıra ölkələrdə ciddi iqtisadi nəticələrə gətirib çıxaracaq.Bu sözləri Rusiyanın maliyyə naziri Anton Siluanov G20 ölkələrinin mərkəzi banklarının rəhbərləri və həmkarlarının görüşündə bildirib.Çərşənbə günü rusiyalı nazir bu tədbirə videokonfrans formatında qatılıb. Siluanov qeyd edib ki, son vaxtlar qlobal iqtisadiyyatda vəziyyət xeyli pisləşib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin hökumətləri tərəfindən həyata keçirilən həddən artıq boş büdcə və monetar siyasət ötən il inflyasiya təzyiqinə səbəb olub. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar isə “nəinki onu daha da gücləndirib, həm də iqtisadiyyatda yeni risklərə gətirib çıxarıb”."Enerji və kənd təsərrüfatı məhsullarının bahalaşması əsasən inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrə təsir edəcək. Bəziləri təkcə iqtisadi problemlərlə deyil, həm də ağır sosial nəticələrlə üzləşəcək", - Rusiya Maliyyə Nazirliyinin mətbuat xidməti Siluanovdan sitat gətirib. Rusiyanın Ukraynanın demilitarizasiyası üzrə xüsusi hərbi əməliyyatı fonunda bir çox Qərb ölkələri artıq Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq ediblər.Bir sıra yerli bankların SWIFT sistemindən əlaqəsi kəsilib, Visa və Mastercard xaricdə Rusiya bank kartlarına xidmət göstərməyi dayandırıb, bir sıra qlobal şirkətlər Rusiya bazarından çıxdığını elan ediblər. Daha əvvəl Sputnik radiosu Avropa Komissiyasının keçmiş rəhbəri Romano Prodinin Aİ-ni yeni anti-Rusiya sanksiyalarının hansı nəticələrə gətirib çıxaracağı barədə xəbərdar etdiyini bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42293/20/422932054_61:0:2792:2048_1920x0_80_0_0_00d9800ac7b084fa74ba99c2e911e413.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
g20, anton siluanov, sanksiya
g20, anton siluanov, sanksiya
Siluanov G20-yə enerji qiymətlərinin artmasının nəticələri barədə xəbərdarlıq edib
23:03 20.04.2022 (Yenilənib: 10:47 21.04.2022) Rusiyanın maliyyə naziri deyib ki, Rusiyaya qarşı sanksiyalar onu daha da gücləndirib, lakin iqtisadiyyatda yeni risklər də yaradıb.
BAKI, 20 aprel - Sputnik. Rusiyaya qarşı sanksiyalar bir sıra ölkələrdə ciddi iqtisadi nəticələrə gətirib çıxaracaq.
Bu sözləri Rusiyanın maliyyə naziri Anton Siluanov G20 ölkələrinin mərkəzi banklarının rəhbərləri və həmkarlarının görüşündə bildirib.
Çərşənbə günü rusiyalı nazir bu tədbirə videokonfrans formatında qatılıb. Siluanov qeyd edib ki, son vaxtlar qlobal iqtisadiyyatda vəziyyət xeyli pisləşib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin hökumətləri tərəfindən həyata keçirilən həddən artıq boş büdcə və monetar siyasət ötən il inflyasiya təzyiqinə səbəb olub. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar isə “nəinki onu daha da gücləndirib, həm də iqtisadiyyatda yeni risklərə gətirib çıxarıb”.
"Enerji və kənd təsərrüfatı məhsullarının bahalaşması əsasən inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrə təsir edəcək. Bəziləri təkcə iqtisadi problemlərlə deyil, həm də ağır sosial nəticələrlə üzləşəcək", - Rusiya Maliyyə Nazirliyinin mətbuat xidməti Siluanovdan sitat gətirib.
Rusiyanın Ukraynanın demilitarizasiyası üzrə xüsusi hərbi əməliyyatı fonunda bir çox Qərb ölkələri artıq Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq ediblər.
Bir sıra yerli bankların SWIFT sistemindən əlaqəsi kəsilib, Visa və Mastercard xaricdə Rusiya bank kartlarına xidmət göstərməyi dayandırıb, bir sıra qlobal şirkətlər Rusiya bazarından çıxdığını elan ediblər.
Daha əvvəl Sputnik radiosu Avropa Komissiyasının keçmiş rəhbəri Romano Prodinin Aİ-ni yeni anti-Rusiya sanksiyalarının hansı nəticələrə gətirib çıxaracağı barədə xəbərdar etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.