Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın baş naziri Nikol Paşinyana nə deyib?

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidMişustin
Mişustin - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistan Baş naziri ilə görüşündə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasının vacibliyinə də toxunub.
BAKI, 20 aprel — Sputnik. Moskva Yerevanla yeni hökumətlərarası iqtisadi əməkdaşlıq proqramının imzalanmasına hazırlığı sürətləndirməyi təklif edir. Bunu Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Mişustin əlavə edib ki, Cənubi Qafqazda yeni infrastruktur marşrutlarının yaradılması regionun davamlı inkişafına, orada sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.
Rusiya Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, ölkəsinin hakimiyyət orqanları Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirir.
"Mən əminəm ki, yeni infrastruktur marşrutlarının yaradılması regionun davamlı inkişafını təmin edəcək, Cənubi Qafqazın bütün dövlətlərinin maraqları naminə sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək", - deyə Mişustin bildirib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar. 2021-ci il yanvarın 11-də Moskvada xüsusilə regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını nəzərdə tutan yeni birgə bəyanat imzalandı. Eyni zamanda, bu və digər məsələlərin həlli üçün Baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
2021-ci il noyabrın 26-da Soçidə liderlər Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin artırılması üçün addımlar atmaq barədə razılığa gəliblər və sərhədin delimitasiyası ilə sonra onun demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılmasının zəruriliyini müzakirə ediblər. Rusiya tərəflərin xahişi ilə bu prosesdə məsləhətçi yardım göstərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Xəbər lenti
0