https://sputnik.az/20220420/rusiya-sarmat-qitelerarasi-ballistik-raketini-ugurla-buraxib-441277861.html
Rusiya “Sarmat” qitələrarası ballistik raketini uğurla buraxıb - video
Rusiya “Sarmat” qitələrarası ballistik raketini uğurla buraxıb - video
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyi bir “Sarmat” qitələrarası ballistik raketini Plesetskdən uğurla buraxdığını açıqlayıb. 20.04.2022, Sputnik Azərbaycan
2022-04-20T20:29+0400
2022-04-20T20:29+0400
2022-04-20T20:32+0400
rusiya
ballistik raket
rusiya müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441274525_0:34:1330:782_1920x0_80_0_0_b2c4296e7b740320250d76ecb00a51bb.jpg
BAKI, 20 aprel - Sputnik. Rusiyanın Müdafiə Nazirliyi “Sarmat” qitələrarası ballistik raketini Plesetsk kosmodromundan uğurla buraxıldığını elan edib."Buraxılış tapşırıqları tam həcmdə yerinə yetirilib. Konstruksiyasında nəzərdə tutulan xüsusiyyətləri onun uçuşunun bütün mərhələlərində təsdiqlənib. Təlim döyüş başlıqları Kamçatka yarımadasındakı Kura poliqonundakı müvafiq əraziyə gətirilib”, - nazirlikdən bildirilib.Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu, raketin dövlət sınaq proqramında ilk buraxılışıdır.Nazirliyin press-relizində qeyd edilir ki, raketin perspektiv nümunəsinin uçuş sınaqları, onun yaradılması zamanı qarşıya qoyulmuş sxematik dizaynın və texniki həllərin düzgünlüyünü qiymətləndirməyə imkan verib.Gözlənildiyi kimi, sınaqlardan sonra “Sarmat” Strateji Raket Qüvvələrinin silahlanmasına qəbul ediləcək. Bu komplekslər Krasnoyarsk yaxınlığındakı Ujur raket birləşməsindəki baş polkları təchiz edəcək."Sarmat" strateji raket sistemidir. O, qitələrarası ballistik raketlərdə istifadə edilən ağır dərəcəli maye yanacaqla işləyir. Belə raketlərin birinin çəkisi 200 tondan ağırdır. Açıq mənbələrə görə, atılan kütlə on tondur. Kompleks Strateji Raket Qüvvələrində “Voyevoda” raketlərini əvəz edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441274525_121:0:1209:816_1920x0_80_0_0_8392cf1f44688b3efd704a381d314bcd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ballistik raket, rusiya müdafiə nazirliyi
ballistik raket, rusiya müdafiə nazirliyi
Rusiya “Sarmat” qitələrarası ballistik raketini uğurla buraxıb - video
20:29 20.04.2022 (Yenilənib: 20:32 20.04.2022) Rusiya Müdafiə Nazirliyi bir “Sarmat” qitələrarası ballistik raketini Plesetskdən uğurla buraxdığını açıqlayıb.
BAKI, 20 aprel - Sputnik. Rusiyanın Müdafiə Nazirliyi “Sarmat” qitələrarası ballistik raketini Plesetsk kosmodromundan uğurla buraxıldığını elan edib.
"Buraxılış tapşırıqları tam həcmdə yerinə yetirilib. Konstruksiyasında nəzərdə tutulan xüsusiyyətləri onun uçuşunun bütün mərhələlərində təsdiqlənib. Təlim döyüş başlıqları Kamçatka yarımadasındakı Kura poliqonundakı müvafiq əraziyə gətirilib”, - nazirlikdən bildirilib.
Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu, raketin dövlət sınaq proqramında ilk buraxılışıdır.
Nazirliyin press-relizində qeyd edilir ki, raketin perspektiv nümunəsinin uçuş sınaqları, onun yaradılması zamanı qarşıya qoyulmuş sxematik dizaynın və texniki həllərin düzgünlüyünü qiymətləndirməyə imkan verib.
Gözlənildiyi kimi, sınaqlardan sonra “Sarmat” Strateji Raket Qüvvələrinin silahlanmasına qəbul ediləcək. Bu komplekslər Krasnoyarsk yaxınlığındakı Ujur raket birləşməsindəki baş polkları təchiz edəcək.
"Sarmat" strateji raket sistemidir. O, qitələrarası ballistik raketlərdə istifadə edilən ağır dərəcəli maye yanacaqla işləyir. Belə raketlərin birinin çəkisi 200 tondan ağırdır. Açıq mənbələrə görə, atılan kütlə on tondur. Kompleks Strateji Raket Qüvvələrində “Voyevoda” raketlərini əvəz edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.