https://sputnik.az/20220420/rusiya-azerbaycanda-abs-in-bioloji-laboratoriyalarinin-olmasi-barede-iddiasini-serh-edib-441278933.html
Rusiya Azərbaycanda ABŞ-ın bioloji laboratoriyalarının olması barədə iddiasını şərh edib
Rusiya Azərbaycanda ABŞ-ın bioloji laboratoriyalarının olması barədə iddiasını şərh edib
Sputnik Azərbaycan
Mariya Zaxarova deyib ki, milli biolaboratoriyaların olması qınanmamalıdır, çünki öz səhiyyə sistemi olan istənilən ölkədə bunlar var. 20.04.2022, Sputnik Azərbaycan
2022-04-20T21:53+0400
2022-04-20T21:53+0400
2022-04-20T21:53+0400
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
moskva
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830201_0:0:2891:1626_1920x0_80_0_0_f28efe50bc1fddb4ad7226c3b14e3dd9.jpg
BAKI, 20 aprel - Sputnik. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin müttəfiqlik xarakterini və tarixən formalaşmış ümumi biotəhlükəsizlik məkanını nəzərə alaraq, Rusiya Azərbaycan tərəfdən gələn istənilən siqnala çox diqqətlə yanaşır və biz onları Bakı ilə inkişaf etdirdiyimiz tərəfdaşlıq dialoqu çərçivəsində nəzərdən keçirməyə hazırıq.Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Report-un rəsmi Moskvanın Azərbaycanda ABŞ-ın bioloji laboratoriyalarının olması ilə bağlı iddialarını şərh etmək istəyinə cavab olaraq həftəlik brifinqdə deyib.Daha əvvəl Rusiyanın aprelin əvvəlində BMT Təhlükəsizlik Şurası çərçivəsində dünyanın müxtəlif regionlarında hərbi bioloji fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlərə dair dinləmələr keçirməyə təşəbbüs etdiyi, bu dinləmələr zamanı ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bioloji laboratoriyalarının olduğunu vurğuladığı bildirilmişdi.M.Zaxarovanın sözlərinə görə, Təhlükəsizlik Şurasında Arria formulası üzrə baş tutmuş həmin görüş qeyri-rəsmi olub. O, vəziyyəti belə izah edib: “Bu, başa düşmək üçün vacib bir nüansdır. Mən də bu təfsiri qəbul edə bilmirəm. Milli biolaboratoriyaların olmasının özü qınanmalı bir şey deyil, çünki öz səhiyyə sistemi olan istənilən ölkədə biolaboratoriyalar var”.Diplomat qeyd edib ki, məsələ bu biolaboratoriyalarda kimin, necə və hansı məqsədlər üçün, yəni nə dərəcədə aydın və şəffaf, eləcə də qanunvericilik əsasında çalışmasındadır.“Biz Ukraynada bioloji laboratoriyalar məsələsini qaldıranda bildirdik ki, bioloji laboratoriyalar bu ölkə ilə həmsərhəd olmayan başqa dövlətin nəzarətindədir. Biotəhlükəsizlik məsələsi isə kritik əhəmiyyət kəsb edir”, - Rusiya XİN rəsmisi fikrini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830201_29:0:2760:2048_1920x0_80_0_0_a99747b74577a9d8f1425eef453710d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, moskva
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, moskva
Rusiya Azərbaycanda ABŞ-ın bioloji laboratoriyalarının olması barədə iddiasını şərh edib
Mariya Zaxarova deyib ki, milli biolaboratoriyaların olması qınanmamalıdır, çünki öz səhiyyə sistemi olan istənilən ölkədə bunlar var.
BAKI, 20 aprel - Sputnik. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin müttəfiqlik xarakterini və tarixən formalaşmış ümumi biotəhlükəsizlik məkanını nəzərə alaraq, Rusiya Azərbaycan tərəfdən gələn istənilən siqnala çox diqqətlə yanaşır və biz onları Bakı ilə inkişaf etdirdiyimiz tərəfdaşlıq dialoqu çərçivəsində nəzərdən keçirməyə hazırıq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Report-un rəsmi Moskvanın Azərbaycanda ABŞ-ın bioloji laboratoriyalarının olması ilə bağlı iddialarını şərh etmək istəyinə cavab olaraq həftəlik brifinqdə deyib.
Daha əvvəl Rusiyanın aprelin əvvəlində BMT Təhlükəsizlik Şurası çərçivəsində dünyanın müxtəlif regionlarında hərbi bioloji fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlərə dair dinləmələr keçirməyə təşəbbüs etdiyi, bu dinləmələr zamanı ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bioloji laboratoriyalarının olduğunu vurğuladığı bildirilmişdi.
M.Zaxarovanın sözlərinə görə, Təhlükəsizlik Şurasında Arria formulası üzrə baş tutmuş həmin görüş qeyri-rəsmi olub. O, vəziyyəti belə izah edib: “Bu, başa düşmək üçün vacib bir nüansdır. Mən də bu təfsiri qəbul edə bilmirəm. Milli biolaboratoriyaların olmasının özü qınanmalı bir şey deyil, çünki öz səhiyyə sistemi olan istənilən ölkədə biolaboratoriyalar var”.
Diplomat qeyd edib ki, məsələ bu biolaboratoriyalarda kimin, necə və hansı məqsədlər üçün, yəni nə dərəcədə aydın və şəffaf, eləcə də qanunvericilik əsasında çalışmasındadır.
“Biz Ukraynada bioloji laboratoriyalar məsələsini qaldıranda bildirdik ki, bioloji laboratoriyalar bu ölkə ilə həmsərhəd olmayan başqa dövlətin nəzarətindədir. Biotəhlükəsizlik məsələsi isə kritik əhəmiyyət kəsb edir”, - Rusiya XİN rəsmisi fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.