Lavrov və Çavuşoğlu telefonda nə danışıblar?
18:37 20.04.2022 (Yenilənib: 20:48 20.04.2022)
© Sputnik / POOL / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров (справа) и министр иностранных дел Турции Мевлют Чавушоглу во время встречи в Москве
© Sputnik / POOL
/ Abunə olmaq
Lavrovla Çavuşoğlu Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər və regionda sabitliyin yaradılması zərurətinə toxunublar.
BAKI, 20 aprel - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Çavuşoğlu ilə Lavrov arasında keçirilən görüşdə Ukraynadakı mövcud hadisələr müzakirə olunub.
"Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün (20 aprel) Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. Görüş zamanı Ukraynada baş verən son hadisələr müzakirə olunub", - Türkiyə XİN-dən RİA Novosti-yə bildiriblər.
Lavrov və Çavuşoğlu Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin Ukraynada mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün atdığı birgə addımları müzakirə ediblər.
Rusiyalı nazir Türkiyə tərəfinə bildirib ki, Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların nəticəsi Kiyevin Moskvanın haqlı tələblərini nəzərə almağa hazır olmasından asılıdır.
Çavuşoğlu həmçinin Mariupol məscidində saxlanılan girovların azad edilməsində iştirak edən rus hərbçilərinə minnətdarlığını bildirib.

Lavrov və Çavuşoğlu telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər.
Nazirlər regionda vəziyyətin sabitləşməsi üçün müvafiq addımların atılması zərurətini, o cümlədən, 3+3 formatını təşviq etmək niyyətlərini də təsdiq ediblər.
Nazirlər regionda vəziyyətin sabitləşməsi üçün müvafiq addımların atılması zərurətini, o cümlədən, 3+3 formatını təşviq etmək niyyətlərini də təsdiq ediblər.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin