https://sputnik.az/20220420/cavusoglu-nato-olkeleri-muharibenin-davam-etmesini-rusiyanin-zeiflemesini-isteyirler-441280281.html
Çavuşoğlu: NATO ölkələri müharibənin davam etməsini, Rusiyanın zəifləməsini istəyirlər
Çavuşoğlu: NATO ölkələri müharibənin davam etməsini, Rusiyanın zəifləməsini istəyirlər
Sputnik Azərbaycan
Türkiyə XİN başçısının sözlərinə görə, rəsmi Ankara İstanbuldakı görüşdən sonra müharibənin bu qədər uzanacağını düşünməyib. 20.04.2022, Sputnik Azərbaycan
2022-04-20T23:20+0400
2022-04-20T23:20+0400
2022-04-21T10:47+0400
rusiya
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
rusiya
ukrayna
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440209533_0:0:2914:1640_1920x0_80_0_0_6a98a2bac3a4d57b2546879e59cfda5c.jpg
BAKI, 20 aprel - Sputnik. Antalyadakı görüşdən bir nəticə çıxmayacağını bilirdik, lakin Ukrayna və Rusiyanı bir araya gətirmək önəmli idi.Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsində söyləyib.“Bizimlə olan təmaslarda onların dediklərinə baxdıqda ümidlərimiz artmışdı. Biz də ona uyğun açıqlama vermişdik. Qətliam görüntüləri vəziyyəti gərginləşdirdi. Tərəflər İstanbulda nail olunan razılaşmalardan uzaqlaşdılar”, - deyə Çavuşoğlu bildirib. Onun sözlərinə görə, tərəflər hazırda müzakirələrə davam edirlər:“Liderlər arasında arxa qapı diplomatiyası davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski “görüntülərə baxmayaraq, danışıqlara davam etmək lazımdır” dedi”.Türkiyə XİN başçısı həmçinin deyib ki, İstanbuldakı görüşdən sonra müharibənin bu qədər uzanacağını düşünməyiblər. “Bu müharibənin davam etməsini istəyənlər var. NATO ölkələrindən müharibənin davam etməsini istəyənlər var. Müharibənin davam etməsini, Rusiyanın zəifləməsini istəyirlər. Olan isə Ukraynaya olur”, - Türkiyə XİN başçısı əlavə edib. O həmçinin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putin və Zelenski ilə telefon danışıqlarının “yaxın günlərdə” keçirilməsi planlaşdırılır.Ərdoğan sözügedən görüşü təşkil etmək üçün Rusiya lideri Vladimir Putin və Ukrayna ölkə başçısı Volodimir Zelenski ilə aktiv olaraq əlaqə saxlayır. Türkiyə Prezidenti görüşün tez bir zamanda keçirilməsini təklif edib.Türkiyə tərəfindən Rusiya və Ukrayna XİN rəhbərlərinin İstanbul və ya Antalyada görüşünün keçirilməsi təklif olunur.Türkiyənin xarici işlər naziri onu da bildirib ki, bəzi türk yük gəmiləri minalarla bağlı vəziyyətə görə Azov dənizində hələ də çıxış qadağası ilə üzləşməkdədir. Çavuşoğlu daha əvvəl NATO-nun minaaxtaran gəmilərini Bosfordan keçirmək üçün Qara dənizdə mina tapmaq bəhanəsinin olduğunu da istisna etməyib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440209533_183:0:2914:2048_1920x0_80_0_0_2fa86dc4e52e2dd06efddcc289c14165.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, rusiya, ukrayna, nato
mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, rusiya, ukrayna, nato
Çavuşoğlu: NATO ölkələri müharibənin davam etməsini, Rusiyanın zəifləməsini istəyirlər
23:20 20.04.2022 (Yenilənib: 10:47 21.04.2022) Türkiyə XİN başçısının sözlərinə görə, rəsmi Ankara İstanbuldakı görüşdən sonra müharibənin bu qədər uzanacağını düşünməyib.
BAKI, 20 aprel - Sputnik. Antalyadakı görüşdən bir nəticə çıxmayacağını bilirdik, lakin Ukrayna və Rusiyanı bir araya gətirmək önəmli idi.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsində söyləyib.
“Bizimlə olan təmaslarda onların dediklərinə baxdıqda ümidlərimiz artmışdı. Biz də ona uyğun açıqlama vermişdik. Qətliam görüntüləri vəziyyəti gərginləşdirdi. Tərəflər İstanbulda nail olunan razılaşmalardan uzaqlaşdılar”, - deyə Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, tərəflər hazırda müzakirələrə davam edirlər:
“Liderlər arasında arxa qapı diplomatiyası davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski “görüntülərə baxmayaraq, danışıqlara davam etmək lazımdır” dedi”.
Türkiyə XİN başçısı həmçinin deyib ki, İstanbuldakı görüşdən sonra müharibənin bu qədər uzanacağını düşünməyiblər.
“Bu müharibənin davam etməsini istəyənlər var. NATO ölkələrindən müharibənin davam etməsini istəyənlər var. Müharibənin davam etməsini, Rusiyanın zəifləməsini istəyirlər. Olan isə Ukraynaya olur”, - Türkiyə XİN başçısı əlavə edib.
O həmçinin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putin və Zelenski ilə telefon danışıqlarının “yaxın günlərdə” keçirilməsi planlaşdırılır.
Ərdoğan sözügedən görüşü təşkil etmək üçün Rusiya lideri Vladimir Putin və Ukrayna ölkə başçısı Volodimir Zelenski ilə aktiv olaraq əlaqə saxlayır. Türkiyə Prezidenti görüşün tez bir zamanda keçirilməsini təklif edib.
Türkiyə tərəfindən Rusiya və Ukrayna XİN rəhbərlərinin İstanbul və ya Antalyada görüşünün keçirilməsi təklif olunur.
Türkiyənin xarici işlər naziri onu da bildirib ki, bəzi türk yük gəmiləri minalarla bağlı vəziyyətə görə Azov dənizində hələ də çıxış qadağası ilə üzləşməkdədir.
Çavuşoğlu daha əvvəl NATO-nun minaaxtaran gəmilərini Bosfordan keçirmək üçün Qara dənizdə mina tapmaq bəhanəsinin olduğunu da istisna etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.