Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Putinin beynəlxalq sammitə dəvət almadığını deyib

© Sputnik / POOL / Mediabanka keçidDmitri Peskov
Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bütövlükdə Rusiyanın bu tədbirə dəvət olunub-olunmaması barədə məlumatı yoxdur.
BAKI, 19 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin koronavirus infeksiyası ilə mübarizə üzrə ikinci beynəlxalq onlayn sammitə dəvət almayıb. Bu barədə onun mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kreml sözçüsü brifinqdə bununla bağlı sualı cavablandırarkən prezident səviyyəsində heç bir dəvət olmadığını bildirib.
O əlavə edib ki, bütövlükdə Rusiyanın bu tədbirə dəvət olunub-olunmaması barədə məlumatı yoxdur.
Koronavirus pandemiyası ilə mübarizə üzrə yüksək səviyyəli beynəlxalq toplantı mayın 12-də keçiriləcək. Burada ABŞ, Almaniya və İndoneziya iştirak edəcək.
Daha əvvəl Peskov bildirib ki, Putinin növbəti G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərar vəziyyətin inkişafından asılı olaraq veriləcək. ABŞ artıq Rusiya prezidentinin G20-də iştirakına qarşı çıxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0