Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Paşinyanın Moskva səfəri: Putinlə sənədlər paketi imzalanacaq

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Putin və Nikol Paşinyan
Vladimir Putin və Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Paşinyanın Rusiya hökuməti səviyyəsində çox intensiv təmasları planlaşdırılır.
BAKI, 19 aprel — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı bütöv sənədlər paketi imzalanacaq. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu gün prezident üçün günün əsas hadisəsi Ermənistanın Baş naziri Paşinyanın rəsmi səfəridir", - Peskov bildirib.
O əlavə edib ki, Paşinyanın Rusiya hökuməti səviyyəsində çox intensiv təmasları planlaşdırılır.
"Orada bütöv sənədlər paketi imzalanacaq", - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, Ermənistan nümayəndə heyətinə Baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan da daxil olmaqla bir neçə rəsmi şəxs daxil edilib.
İş gündəliyinə Rusiya Prezidenti Vladimir Putin, Baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər daxildir.
Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub.
Görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib.
Görüş nəticəsində Aİ Şurasının prezidenti bəyanat ilə çıxış edib.
Rusiya Prezidenti Vladimir Putin hələ 2020-ci ilin noyabrında bəyan edib ki, "Qarabağ və ona bitişik bütün rayonlar Azərbaycan ərazisinin ayrılmaz hissəsi olub və indi də belədir". Rusiya tərəfinin bu rəsmi mövqeyi dəfələrlə ən yüksək səviyyədə vurğulanıb.
Moskva həmçinin Yerevanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etmək əzmində olduğunu bəyan edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 14-də bildirib ki, "Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi baza prinsipləri" və Yerevanın onlara reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün əsas rolunu oynayır.
Vaşinqton və Parisin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin "üçlüy"ü çərçivəsində Moskva ilə təmaslardan imtina etməsini şərh edən Zaxarova qeyd edib ki, "Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə imkan vermir".
"Rusiya üç ölkənin liderləri arasında mövcud razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, demarkasiyası və regionda iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınması baxımından səylərini davam etdirəcək", - deyə o bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0