https://sputnik.az/20220419/london-ukraynada-rusiya-ile-muharibe-etdiyini-etiraf-etdi-441233039.html
London Ukraynada Rusiya ilə müharibə etdiyini etiraf etdi
London Ukraynada Rusiya ilə müharibə etdiyini etiraf etdi
Sputnik Azərbaycan
Britaniya hökuməti Rusiya ordusuna qarşı döyüşən muzdluların çoxluğu üçündən onların varlığını gizlədə bilmir. 19.04.2022, Sputnik Azərbaycan
2022-04-19T23:31+0400
2022-04-19T23:31+0400
2022-04-19T23:31+0400
london
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
müharibə
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1e/440627894_0:320:3072:2048_1920x0_80_0_0_9c523bbf56c9e882319f24403d303499.jpg
BAKI, 19 aprel — Sputnik. Britaniya xüsusi təyinatlıları birbaşa Rusiyaya qarşı döyüşür. Bu, artıq rəsmi səviyyədə praktiki olaraq tanınır. Rusiya üçün bu fakt Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri elə də xüsusi sirr deyildi. Lakin rəsmi London indiyə qədər bunu təkzib edərək, hələ fevralın ortalarında bütün hərbi təlimatçılarını Yavorovski poliqonundan çıxardığını bildirirdi.Bununla belə, Ukrayna hərbçilərinin boşboğazlığı sərhəd tanımır. Məhz onlara istinadla "The Times" qəzeti Britaniya Xüsusi Hava Xidmətinin (SAS) fəal döyüşçüləri tərəfindən Kiyev ərazi müdafiə qüvvələrinə hazırda təlim keçdiyini yazıb. İddialara görə, onlar bir neçə həftə əvvəl ukraynalı terrorçulara NLAW tank əleyhinə qurğulardan necə istifadə etməyi öyrətmək üçün Ukraynaya qayıdıblar. Və bu dəfə rəsmi London bu məlumatı təkzib etməyə tələsmir: bunun təsdiq edən faktlar həddən artıq çoxdur. Beləliklə, indiki Britaniya ordusunun hərbi münaqişədə bilavasitə iştirak etdiyini de-fakto qəbul edir.Təkrar edirik: uzun müddətdir ki, Britaniya hərbçilərinin Londonun etiraf etdiyindən qat-qat artıq miqdarda Ukrayna hadisələrində iştirak etməsi bizim üçün sirr deyildi. Hələ 2018-ci ildə DXR kəşfiyyatı Donbassda Ukrayna ordusunun ön cəbhəsinə Böyük Britaniyadan təlimatçıların gəldiyini xəbər vermişdi. O vaxtdan bəri bu məlumatlar birbaşa və ya dolayısı ilə dəfələrlə təsdiqlənib. Elə 2018-ci ildə dezinformasiya və saxtakarlığı ilə tanınan London PR mütəxəssisləri öz hesabatlarında etiraf ediblər ki, Böyük Britaniya müdafiə Nazirliyinin əmri ilə onlar "Donetsk Xalq Respublikasını məhv etmək və zəiflətmək" tapşırıqlarını yerinə yetiriblər. Yəni, əlahəzrətin hərbi idarəsinin Donbassdakı münaqişədə bilavasitə iştirakı vurğulanmadı, lakin xüsusilə də gizlədilmədi.Rusiya xüsusi əməliyyata başlayanda isə Britaniyanın ali rəhbərliyi - baş nazirdən tutmuş sıravi məmurlara qədər - daim bəyan edirdi ki, onların planlarına Ukrayna ərazisində hərbçilərin olması daxil deyil, çünki bu halda üçüncü dünya müharibəsinin başlanması riski var. Bununla belə, ingilis mətbuatı döyüşlərin ilk günlərindən "rusları güllələməyə" gedən və "bacardıqca çoxunu öldürəcək" deyə söz verən muzdlularını həvəsləndirir, xeyir-dua verirdi. Sonralar, əsir düşəndə bu muzdlular ağlayaraq and içirdilər ki, həkim, könüllü, aşpaz rolunu oynayıblar və heç bir halda snayper və peşəkar qatil kimi fəaliyyət göstərməyiblər.Bütün bu müddət ərzində Britaniya hökuməti rus ordusuna qarşı döyüşən "bəxt əsgərləri" ilə heç bir əlaqəsi olmadığını iddia edirdi. Lakin muzdluların çoxluğu səbəbindən onların varlığını gizlətmək çətinləşdi. Sonra belə bir əfsanə yarandı ki, Ukraynada "artıq SAS-ın 40 yaşdan 60 yaşa qədər xidmət etmiş veteranları" var. Və iddiaya görə, onları "İngiltərə hökuməti deyil, adı açıqlanmayan bir Avropa dövləti işə götürüb və özəl hərbi şirkət vasitəsilə pul ödəyib". Əlbətdə ki, Albionda muzdluluğa qarşı kifayət qədər sərt qanunların olduğunu və hətta son illərdə bu qanunların bir qədər zəiflədiyini nəzərə alsaq belə, yuxarıda deyilənlərə inanmaq çətindir.Suriyadakı riskli macəralarından sonra Britaniya polisi tərəfindən saxlanılan və terrorizm barədə Aktı pozmaqda günahlandırılan "bəxt əsgəri" Ayden Eslin də bu məhdudiyyətlərlə üzləşib. Hazırda Mariupolda əsir olan Eslin, bu cür qəhrəmanlar arasında adət edilyi kimi, "döyüş əməliyyatlarında iştirak etmədiyini" və hətta "güllə atmaqdan imtina etdiyini" deyir və barmaqlarındakı kiçik silahların tətiklərindən yaranan aşkar izləri bəzi təsadüflərlə izah edir.Və bu, onun döyüş təcrübəsi və vəzifələri haqqında son cəsarətli hesabatları ilə ziddiyyət təşkil edir. Cəmi iki ay əvvəl Eslin, ölkəsinin qəzetlərinə "Ukrayna uğrunda döyüşməyə və ölməyə necə hazır olduğunu" deyib və guya təslim olmamalı olduğunu anladığını açıqlayıb: deyirlər ki, ruslar onunla başqalarından daha pis davranacaqlar, çünki o, britaniyalıdır. İndi isə o, bu münaqişənin mahiyyəti haqqında o qədər düzgün fikirlər söyləyir ki! Eslinin fikrincə, Ukrayna DXR və LXR xalqlarının seçimini tanımalı idi ki, bu da qurbanların və dağıntıların qarşısını ala bilərdi!Doğrudur, Britaniya mətbuatı həmyerlisinin bu sözlərini sitat gətirməməyə çalışır və qəhrəmancasına təslim olan Eslinin "Rusiya təbliğatı tərəfindən istifadə edildiyini" bildirir. Döyüşçülərin yaxınları isə onun haqqında ziddiyyətli məlumatlar yayaraq, onun muzdlu olması faktını böyük səylə rədd edir, 2018-ci ildə Ukraynaya "ruslara qarşı döyüşməyə" getdiyi zaman Ukrayna vətəndaşlığını aldığını sübuta yetirirməyə çalışırlar. Və buna uyğun olaraq, qanuni hərəkət etdiyini hesab edirlər. Yəni rusların öldürülməsi, ingilislərin fikrincə, tamamilə qanunidir. Amma Əlahəzrətin bir təbəəsini həbsdə saxlamaq çox qeyri-qanunidir – bu zaman onlar Eslinin Britaniya pasportunun sahibi olduğunu xatırlayırlar. Albion rus ordusuna qarşı əllərində silahla döyüşən həmvətənlərini nə qədər könüllü kimi təqdim etməyə çalışsa da, həqiqət, tədricən, üzə çıxır.2004-cü ildə İraq islamçıları tərəfindən girov götürülərkən adı hallanan fransız, Le Figaro-nun jurnalisti Jorg Malbruno bu yaxınlarda təsdiqlədi ki, hərbi əməliyyatların ilk günlərindən Ukrayna hərbçilərinin əməliyyatlarına bilavasitə Amerika və Britaniya ordularının elit bölmələrinin hazırki zabitləri rəhbərlik edir. Nə Vaşinqton, nə də London rezonansa baxmayaraq, bu xəbərləri təkzib etməyiblər.Və budur, The Times Ukrayna silahlı qüvvələrindəki bir neçə mənbəyə istinad edərək, bir sirri açdı: SAS zabitləri birbaşa Kiyevdədirlər. Qoy Britaniya qəzeti bunu onların "Ukraynaya qayıdışı" kimi təqdim etməyə çalışsın (axı, rəsmi Londonu yalanda birbaşa ittiham etmək lazım deyil), amma çətin ki, Britaniya xüsusi təyinatlılarının bu ölkəni tərk etmədiyinə heç kim şübhə etmir. Çox güman ki, yaxın günlərdə biz Əlahəzrətin əllərində barıt izləri olan və nasistlərin "Azov" batalyonunda "aşpaz" kimi xidmət edən növbəti təbəələrinin adlarını öyrənəcəyik. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Azovstalda (faktiki azad edilmiş Mariupolda nasistlərin sonuncu qalası) 400-ə qədər əcnəbi muzdlu mühasirəyə alınıb. Odur ki, biz onların yeni tövbəsini, Qərb mətbuatından isə bu məsum qoyunlarla humanist davranmaqla bağlı çağırışları gözləyirik.Britaniya qəzetlərinin SAS qırıcılarının döyüş meydanında olduğunu etiraf etməsi Ukraynada xüsusi əməliyyatın inkişafında mühüm məqamdır. Rusiya tərəfi xarici muzdluların qoşunlarımız üçün qanuni hədəf olduğunu dəfələrlə bəyan edib. Və martın 13-də 180-ə qədər xarici "bəxt əsgəri"nin həyatına son qoyan Yavorovski poliqonuna raket hücumu Rusiya Müdafiə Nazirliyinin zarafat etmədiyini təsdiqlədi. Üstəlik, muzdlulara açıq şəkildə xəbərdarlıq edilib ki, hərbi əsirlərlə humanist rəftar haqqında Cenevrə Konvensiyası onlara aid deyil. Bu, təbii ki, o demək deyil ki, Rusiya legionerlərə işgəncə verib edam edəcək, axı biz belə üsullardan istifadə edən amerikalılar və ya ukraynalı yaraqlılar deyilik.Bununla belə, bu cür insanların hərbi əsirlərin imtiyazlarına çıxışı məhdudlaşdırılacaq, onlar bütün hüquqi nəticələri ilə terrorçular kateqoriyasna aid ediləcək.Atəş xəttində hərbçilərin olduğunu etiraf edən Britaniya mediası öz baş nazirinin və müdafiə nazirinin Ukraynadakı hərbi əməliyyatlarda ordunun iştirakının üçüncü dünya müharibəsi riskini kəskin şəkildə artırması ilə bağlı sözlərini, necə olubsa, unudub. Yəni məlum olur ki, Boris Conson və komandası onun mümkün nəticələrini aydın təsəvvür edərək, bilərəkdən belə bir oyuna gediblər.Böyük Britaniyanın baş naziri, özünün tarixi kumiri Uinston Çörçilin pərəstişkarı olduğunu heç vaxt gizlətmir və onu demək olar ki, hər şeydə, o cümlədən alkoqol istəyini qəsdən nümayiş etdirərək, kopiyalamağa çalışır.Onu da unutmaq lazım deyil ki, Conson bir vaxtlar Böyük Britaniya liderinin İkinci Dünya Müharibəsi illərində müfəssəl tərcümeyi-halını "Çerçill faktoru. Bir adam tarixi necə dəyişdirdi" kimi cəlbedici başlıqla qələmə almışdı. Görünən odur ki, onun özü də tarixə alkoqolik, yazdığı qanunu pozmaqla rəsmən tanınan bir şəxs kimi deyil, Rusiyanı məğlub edən böyük hərbi strateq kimi düşmək istəyir.Hətta bu yaxınlarda rus xalqına videomüraciət edən baş nazir, Çörçillin ruslara məhəbbətinə and içib, eyni zamanda Sovet Rusiyasına qarşı sərt münasibət tələb edən Fulton nitqini açıq-aşkar surətdə kopiyalayıb. Kitabda Conson İngiltərə ilə SSRİ arasında müttəfiqlik münasibətləri dövrünü buraxaraq, kumirinin əsas nailiyyətləri arasında aşağıdakıları vurğulayır: "O, vahid Avropanın iddialı Rusiyaya qarşı bir çomaq olmasının vacibliyini görürdü".London siyasətçisinin bu yaradıcılığında ən narahatedici məqam isə onun Çörçillin– 1945-ci ildə, əsir götürülmüş Wermaxt döyüşçülərindən istifadə etməklə SSRİ-yə qarşı müharibə haqqında olan "Ağlasığmaz" planını tərifləməsidir. Conson açıq şəkildə təəssüflənir ki, onun tarixi kumiri amerikalıları qansız Rusiyaya qarşı belə bir zərbənin zəruriliyinə inandıra bilməyib. Çörçillin avantürist planlarını şərh edərək, onların məqsədəuyğunluğunu etiraf edən Conson yazır: "Onun ağlı, nə qədər dəlisov görünsə də, bütün imkanları araşdırmağa, müxtəlif məntiqi variantları dəyərləndirməyə davam edirdi".Yuxarıda təqdim olunan faktlar London hökumətinin başçısının Ukrayna ilə bağlı hərəkətlərinin məntiqini çox gözəl izah edir. O, Çörçillin çılğın (özünün də etiraf etdiyi kimi) planlarının dəqiq surətini hazırlayır, sadəcə olaraq, vermaxtı Ukrayna Silahlı Qüvvələri ilə əvəz edir. 1945-ci ildə baş nazirin ətrafı onu dünya və Avropa üçün dəhşətli nəticələrə inandıraraq bu layihələri dayandırmışdı.Amma indi müdafiə nazirini və xüsusən də Böyük Britaniyanın xarici işlər nazirini dinləyəndə başa düşürsən ki, onlar qeyri-adekvatlıq baxımından Consondan geri qalmırlar.Bütün planet üçün ciddi bir risk var ki, Dauninq-stritdə heç kim lazımi vaxtda "Ağlasığmaz 2022" əməliyyatının dağıdıcı nəticələri haqqında hesabat təqdim etməyəcək. Və yalnız Rusiya xüsusi əməliyyatının uğurları və əsir düşən yeni Eslinlər dünyanı fəlakət astanasında dayandıra biləcək.RİA Novosti, Vladimir KornilovDigər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220419/nato-ukraynada-herbi-emeliyyatlarda-istirak-etmemelidir---solts-441243301.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1e/440627894_341:0:3072:2048_1920x0_80_0_0_68bf44f8d14bcf50d8b45d314bc51341.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
london, rusiya, ukrayna, müharibə
london, rusiya, ukrayna, müharibə
London Ukraynada Rusiya ilə müharibə etdiyini etiraf etdi
Britaniya hökuməti Rusiya ordusuna qarşı döyüşən muzdluların çoxluğu üçündən onların varlığını gizlədə bilmir.
BAKI, 19 aprel — Sputnik. Britaniya xüsusi təyinatlıları birbaşa Rusiyaya qarşı döyüşür. Bu, artıq rəsmi səviyyədə praktiki olaraq tanınır. Rusiya üçün bu fakt Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri elə də xüsusi sirr deyildi. Lakin rəsmi London indiyə qədər bunu təkzib edərək, hələ fevralın ortalarında bütün hərbi təlimatçılarını Yavorovski poliqonundan çıxardığını bildirirdi.
Bununla belə, Ukrayna hərbçilərinin boşboğazlığı sərhəd tanımır. Məhz onlara istinadla "The Times" qəzeti Britaniya Xüsusi Hava Xidmətinin (SAS) fəal döyüşçüləri tərəfindən Kiyev ərazi müdafiə qüvvələrinə hazırda təlim keçdiyini yazıb. İddialara görə, onlar bir neçə həftə əvvəl ukraynalı terrorçulara NLAW tank əleyhinə qurğulardan necə istifadə etməyi öyrətmək üçün Ukraynaya qayıdıblar. Və bu dəfə rəsmi London bu məlumatı təkzib etməyə tələsmir: bunun təsdiq edən faktlar həddən artıq çoxdur. Beləliklə, indiki Britaniya ordusunun hərbi münaqişədə bilavasitə iştirak etdiyini de-fakto qəbul edir.
Təkrar edirik: uzun müddətdir ki, Britaniya hərbçilərinin Londonun etiraf etdiyindən qat-qat artıq miqdarda Ukrayna hadisələrində iştirak etməsi bizim üçün sirr deyildi. Hələ 2018-ci ildə DXR kəşfiyyatı Donbassda Ukrayna ordusunun ön cəbhəsinə Böyük Britaniyadan təlimatçıların gəldiyini xəbər vermişdi. O vaxtdan bəri bu məlumatlar birbaşa və ya dolayısı ilə dəfələrlə təsdiqlənib. Elə 2018-ci ildə dezinformasiya və saxtakarlığı ilə tanınan London PR mütəxəssisləri öz hesabatlarında etiraf ediblər ki, Böyük Britaniya müdafiə Nazirliyinin əmri ilə onlar "Donetsk Xalq Respublikasını məhv etmək və zəiflətmək" tapşırıqlarını yerinə yetiriblər. Yəni, əlahəzrətin hərbi idarəsinin Donbassdakı münaqişədə bilavasitə iştirakı vurğulanmadı, lakin xüsusilə də gizlədilmədi.
Rusiya xüsusi əməliyyata başlayanda isə Britaniyanın ali rəhbərliyi - baş nazirdən tutmuş sıravi məmurlara qədər - daim bəyan edirdi ki, onların planlarına Ukrayna ərazisində hərbçilərin olması daxil deyil, çünki bu halda üçüncü dünya müharibəsinin başlanması riski var. Bununla belə, ingilis mətbuatı döyüşlərin ilk günlərindən "rusları güllələməyə" gedən və "bacardıqca çoxunu öldürəcək" deyə söz verən muzdlularını həvəsləndirir, xeyir-dua verirdi. Sonralar, əsir düşəndə bu muzdlular ağlayaraq and içirdilər ki, həkim, könüllü, aşpaz rolunu oynayıblar və heç bir halda snayper və peşəkar qatil kimi fəaliyyət göstərməyiblər.
Bütün bu müddət ərzində Britaniya hökuməti rus ordusuna qarşı döyüşən "bəxt əsgərləri" ilə heç bir əlaqəsi olmadığını iddia edirdi. Lakin muzdluların çoxluğu səbəbindən onların varlığını gizlətmək çətinləşdi. Sonra belə bir əfsanə yarandı ki, Ukraynada "artıq SAS-ın 40 yaşdan 60 yaşa qədər xidmət etmiş veteranları" var. Və iddiaya görə, onları "İngiltərə hökuməti deyil, adı açıqlanmayan bir Avropa dövləti işə götürüb və özəl hərbi şirkət vasitəsilə pul ödəyib". Əlbətdə ki, Albionda muzdluluğa qarşı kifayət qədər sərt qanunların olduğunu və hətta son illərdə bu qanunların bir qədər zəiflədiyini nəzərə alsaq belə, yuxarıda deyilənlərə inanmaq çətindir.
Suriyadakı riskli macəralarından sonra Britaniya polisi tərəfindən saxlanılan və terrorizm barədə Aktı pozmaqda günahlandırılan "bəxt əsgəri" Ayden Eslin də bu məhdudiyyətlərlə üzləşib. Hazırda Mariupolda əsir olan Eslin, bu cür qəhrəmanlar arasında adət edilyi kimi, "döyüş əməliyyatlarında iştirak etmədiyini" və hətta "güllə atmaqdan imtina etdiyini" deyir və barmaqlarındakı kiçik silahların tətiklərindən yaranan aşkar izləri bəzi təsadüflərlə izah edir.
Və bu, onun döyüş təcrübəsi və vəzifələri haqqında son cəsarətli hesabatları ilə ziddiyyət təşkil edir. Cəmi iki ay əvvəl Eslin, ölkəsinin qəzetlərinə "Ukrayna uğrunda döyüşməyə və ölməyə necə hazır olduğunu" deyib və guya təslim olmamalı olduğunu anladığını açıqlayıb: deyirlər ki, ruslar onunla başqalarından daha pis davranacaqlar, çünki o, britaniyalıdır. İndi isə o, bu münaqişənin mahiyyəti haqqında o qədər düzgün fikirlər söyləyir ki! Eslinin fikrincə, Ukrayna DXR və LXR xalqlarının seçimini tanımalı idi ki, bu da qurbanların və dağıntıların qarşısını ala bilərdi!
Doğrudur, Britaniya mətbuatı həmyerlisinin bu sözlərini sitat gətirməməyə çalışır və qəhrəmancasına təslim olan Eslinin "Rusiya təbliğatı tərəfindən istifadə edildiyini" bildirir. Döyüşçülərin yaxınları isə onun haqqında ziddiyyətli məlumatlar yayaraq, onun muzdlu olması faktını böyük səylə rədd edir, 2018-ci ildə Ukraynaya "ruslara qarşı döyüşməyə" getdiyi zaman Ukrayna vətəndaşlığını aldığını sübuta yetirirməyə çalışırlar. Və buna uyğun olaraq, qanuni hərəkət etdiyini hesab edirlər. Yəni rusların öldürülməsi, ingilislərin fikrincə, tamamilə qanunidir. Amma Əlahəzrətin bir təbəəsini həbsdə saxlamaq çox qeyri-qanunidir – bu zaman onlar Eslinin Britaniya pasportunun sahibi olduğunu xatırlayırlar. Albion rus ordusuna qarşı əllərində silahla döyüşən həmvətənlərini nə qədər könüllü kimi təqdim etməyə çalışsa da, həqiqət, tədricən, üzə çıxır.
2004-cü ildə İraq islamçıları tərəfindən girov götürülərkən adı hallanan fransız, Le Figaro-nun jurnalisti Jorg Malbruno bu yaxınlarda təsdiqlədi ki, hərbi əməliyyatların ilk günlərindən Ukrayna hərbçilərinin əməliyyatlarına bilavasitə Amerika və Britaniya ordularının elit bölmələrinin hazırki zabitləri rəhbərlik edir. Nə Vaşinqton, nə də London rezonansa baxmayaraq, bu xəbərləri təkzib etməyiblər.
Və budur, The Times Ukrayna silahlı qüvvələrindəki bir neçə mənbəyə istinad edərək, bir sirri açdı: SAS zabitləri birbaşa Kiyevdədirlər. Qoy Britaniya qəzeti bunu onların "Ukraynaya qayıdışı" kimi təqdim etməyə çalışsın (axı, rəsmi Londonu yalanda birbaşa ittiham etmək lazım deyil), amma çətin ki, Britaniya xüsusi təyinatlılarının bu ölkəni tərk etmədiyinə heç kim şübhə etmir. Çox güman ki, yaxın günlərdə biz Əlahəzrətin əllərində barıt izləri olan və nasistlərin "Azov" batalyonunda "aşpaz" kimi xidmət edən növbəti təbəələrinin adlarını öyrənəcəyik. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Azovstalda (faktiki azad edilmiş Mariupolda nasistlərin sonuncu qalası) 400-ə qədər əcnəbi muzdlu mühasirəyə alınıb. Odur ki, biz onların yeni tövbəsini, Qərb mətbuatından isə bu məsum qoyunlarla humanist davranmaqla bağlı çağırışları gözləyirik.
Britaniya qəzetlərinin SAS qırıcılarının döyüş meydanında olduğunu etiraf etməsi Ukraynada xüsusi əməliyyatın inkişafında mühüm məqamdır. Rusiya tərəfi xarici muzdluların qoşunlarımız üçün qanuni hədəf olduğunu dəfələrlə bəyan edib. Və martın 13-də 180-ə qədər xarici "bəxt əsgəri"nin həyatına son qoyan Yavorovski poliqonuna raket hücumu Rusiya Müdafiə Nazirliyinin zarafat etmədiyini təsdiqlədi. Üstəlik, muzdlulara açıq şəkildə xəbərdarlıq edilib ki, hərbi əsirlərlə humanist rəftar haqqında Cenevrə Konvensiyası onlara aid deyil. Bu, təbii ki, o demək deyil ki, Rusiya legionerlərə işgəncə verib edam edəcək, axı biz belə üsullardan istifadə edən amerikalılar və ya ukraynalı yaraqlılar deyilik.
Bununla belə, bu cür insanların hərbi əsirlərin imtiyazlarına çıxışı məhdudlaşdırılacaq, onlar bütün hüquqi nəticələri ilə terrorçular kateqoriyasna aid ediləcək.
Atəş xəttində hərbçilərin olduğunu etiraf edən Britaniya mediası öz baş nazirinin və müdafiə nazirinin Ukraynadakı hərbi əməliyyatlarda ordunun iştirakının üçüncü dünya müharibəsi riskini kəskin şəkildə artırması ilə bağlı sözlərini, necə olubsa, unudub. Yəni məlum olur ki, Boris Conson və komandası onun mümkün nəticələrini aydın təsəvvür edərək, bilərəkdən belə bir oyuna gediblər.
Böyük Britaniyanın baş naziri, özünün tarixi kumiri Uinston Çörçilin pərəstişkarı olduğunu heç vaxt gizlətmir və onu demək olar ki, hər şeydə, o cümlədən alkoqol istəyini qəsdən nümayiş etdirərək, kopiyalamağa çalışır.
Onu da unutmaq lazım deyil ki, Conson bir vaxtlar Böyük Britaniya liderinin İkinci Dünya Müharibəsi illərində müfəssəl tərcümeyi-halını "Çerçill faktoru. Bir adam tarixi necə dəyişdirdi" kimi cəlbedici başlıqla qələmə almışdı. Görünən odur ki, onun özü də tarixə alkoqolik, yazdığı qanunu pozmaqla rəsmən tanınan bir şəxs kimi deyil, Rusiyanı məğlub edən böyük hərbi strateq kimi düşmək istəyir.
Hətta bu yaxınlarda rus xalqına videomüraciət edən baş nazir, Çörçillin ruslara məhəbbətinə and içib, eyni zamanda Sovet Rusiyasına qarşı sərt münasibət tələb edən Fulton nitqini açıq-aşkar surətdə kopiyalayıb. Kitabda Conson İngiltərə ilə SSRİ arasında müttəfiqlik münasibətləri dövrünü buraxaraq, kumirinin əsas nailiyyətləri arasında aşağıdakıları vurğulayır: "O, vahid Avropanın iddialı Rusiyaya qarşı bir çomaq olmasının vacibliyini görürdü".
London siyasətçisinin bu yaradıcılığında ən narahatedici məqam isə onun Çörçillin– 1945-ci ildə, əsir götürülmüş Wermaxt döyüşçülərindən istifadə etməklə SSRİ-yə qarşı müharibə haqqında olan "Ağlasığmaz" planını tərifləməsidir. Conson açıq şəkildə təəssüflənir ki, onun tarixi kumiri amerikalıları qansız Rusiyaya qarşı belə bir zərbənin zəruriliyinə inandıra bilməyib. Çörçillin avantürist planlarını şərh edərək, onların məqsədəuyğunluğunu etiraf edən Conson yazır: "Onun ağlı, nə qədər dəlisov görünsə də, bütün imkanları araşdırmağa, müxtəlif məntiqi variantları dəyərləndirməyə davam edirdi".
Yuxarıda təqdim olunan faktlar London hökumətinin başçısının Ukrayna ilə bağlı hərəkətlərinin məntiqini çox gözəl izah edir. O, Çörçillin çılğın (özünün də etiraf etdiyi kimi) planlarının dəqiq surətini hazırlayır, sadəcə olaraq, vermaxtı Ukrayna Silahlı Qüvvələri ilə əvəz edir. 1945-ci ildə baş nazirin ətrafı onu dünya və Avropa üçün dəhşətli nəticələrə inandıraraq bu layihələri dayandırmışdı.
Amma indi müdafiə nazirini və xüsusən də Böyük Britaniyanın xarici işlər nazirini dinləyəndə başa düşürsən ki, onlar qeyri-adekvatlıq baxımından Consondan geri qalmırlar.
Bütün planet üçün ciddi bir risk var ki, Dauninq-stritdə heç kim lazımi vaxtda "Ağlasığmaz 2022" əməliyyatının dağıdıcı nəticələri haqqında hesabat təqdim etməyəcək. Və yalnız Rusiya xüsusi əməliyyatının uğurları və əsir düşən yeni Eslinlər dünyanı fəlakət astanasında dayandıra biləcək.
RİA Novosti, Vladimir Kornilov
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.