https://sputnik.az/20220419/erdogan-rusiya-ve-ukrayna-liderleri-ile-danisacaq-441231601.html
Ərdoğan Rusiya və Ukrayna liderləri ilə danışacaq
Ərdoğan Rusiya və Ukrayna liderləri ilə danışacaq
Sputnik Azərbaycan
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə prezidenti Rusiyadan və Ukraynadan olan həmkarları ilə danışıqlar aparmağı planlaşdırır. 19.04.2022, Sputnik Azərbaycan
2022-04-19T16:32+0400
2022-04-19T16:32+0400
2022-04-19T16:32+0400
ərdoğan
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
vladimir zelenski
mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439330282_0:0:2980:1677_1920x0_80_0_0_2c610b82ae8c43a0cf60eff4bac8d7e0.jpg
BAKI, 19 aprel — Sputnik. Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib."Ukraynada davamlı atəşkəsə nail olmaq üçün səylərimizi davam etdiririk. Cənab prezident Ərdoğan liderlərlə telefon danışıqları planlaşdırır, mən də həmkarlarımla fəal danışıqlar aparıram", - Çavuşoğlu çərşənbə axşamı brifinqdə deyib.Türkiyə əmindir ki, Rusiya və Ukrayna arasında ziddiyyətlərin aradan qaldırılması üçün diplomatik imkanlar hələ də tükənməyib. Bu açıqlama ilə XİN başçısı Mövlud Çavuşoğlu macar həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında çıxış edib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439330282_361:0:2980:1964_1920x0_80_0_0_b11201b4fda8ee22a5be3a682008993d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan, rusiya prezidenti vladimir putin, vladimir putin, vladimir zelenski, mövlud çavuşoğlu
ərdoğan, rusiya prezidenti vladimir putin, vladimir putin, vladimir zelenski, mövlud çavuşoğlu
Ərdoğan Rusiya və Ukrayna liderləri ilə danışacaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə prezidenti Rusiyadan və Ukraynadan olan həmkarları ilə danışıqlar aparmağı planlaşdırır.
BAKI, 19 aprel — Sputnik. Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Ukraynada davamlı atəşkəsə nail olmaq üçün səylərimizi davam etdiririk. Cənab prezident Ərdoğan liderlərlə telefon danışıqları planlaşdırır, mən də həmkarlarımla fəal danışıqlar aparıram", - Çavuşoğlu çərşənbə axşamı brifinqdə deyib.
Türkiyə əmindir ki, Rusiya və Ukrayna arasında ziddiyyətlərin aradan qaldırılması üçün diplomatik imkanlar hələ də tükənməyib. Bu açıqlama ilə XİN başçısı Mövlud Çavuşoğlu macar həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında çıxış edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.