QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mirzoyan amerikalı həmsədrlə görüşdü

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidArarat Mirzoyan
Ararat Mirzoyan - Sputnik Azərbaycan, 1920, 18.04.2022
Abunə olmaq
Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla amerikalı həmsədrin görüşündə sülh müqaviləsinin bağlanması üzrə danışıqlar müzakirə edilib.
BAKI, 18 aprel — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofferlə görüşüb. Bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumatda bildirilib ki, görüşdə Yerevan və Bakı arasında hərtərəfli sülh müqaviləsinin bağlanması üzrə danışıqların başlanması müzakirə edilib.
Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik rolunun vacibliyini vurğulayıb.
Tərəflər sərhəddə delimitasiya və təhlükəsizlik üzrə komissiyanın yaradılması haqqında sazişin həyata keçirilməsinin zəruriliyini qeyd ediblər.
Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub.
Görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Xəbər lenti
0