https://sputnik.az/20220418/kreml-putin-pasinyan-gorusunun-vaxtini-aciqladi-441204691.html
Kreml Putin-Paşinyan görüşünün vaxtını açıqladı
Kreml Putin-Paşinyan görüşünün vaxtını açıqladı
Sputnik Azərbaycan
Liderlərin görüşündə regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı məsələlərin nəzərdən keçiriləcəyi gözlənilir. 18.04.2022, Sputnik Azərbaycan
2022-04-18T16:36+0400
2022-04-18T16:36+0400
2022-04-25T11:19+0400
qarabağ
rusiya prezidenti vladimir putin
ermənistanın baş naziri nikol paşinyan
görüş
https://cdnn1.img.sputnik.az/img/41537/61/415376188_0:216:4139:2544_1920x0_80_0_0_edd20e4ac49aaa5e72cfedc90f355bfb.jpg
BAKI, 18 aprel — Sputnik. Aprelin 19-da Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında sazişlərin icrasını müzakirə edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.Tərəflər Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərini müzakirə etməyi planlaşdırırlar.Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı məsələlər nəzərdən keçiriləcək.Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub.Görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib.Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib.Rusiya prezidenti Vladimir Putin hələ 2020-ci ilin noyabrında bəyan edib ki, “Qarabağ və ona bitişik bütün rayonlar Azərbaycan ərazisinin ayrılmaz hissəsi olub və indi də belədir”. Rusiya tərəfinin bu rəsmi mövqeyi dəfələrlə ən yüksək səviyyədə vurğulanıb.Moskva həmçinin İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etmək əzmində olduğunu bəyan edib.Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 14-də bildirib ki, "Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi baza prinsipləri" və Yerevanın onlara reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün əsas rolunu oynayır.Vaşinqton və Parisin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlük”ü çərçivəsində Moskva ilə təmaslardan imtina etməsini şərh edən Zaxarova qeyd edib ki, “Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə imkan vermir”.“Rusiya üç ölkənin liderləri arasında mövcud razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, demarkasiyası və regionda iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınması baxımından səylərini davam etdirəcək", deyə o bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41537/61/415376188_229:0:3908:2759_1920x0_80_0_0_f958b68f7b552f719b2f0102fed2f45c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, ermənistanın baş naziri nikol paşinyan, görüş
rusiya prezidenti vladimir putin, ermənistanın baş naziri nikol paşinyan, görüş
Kreml Putin-Paşinyan görüşünün vaxtını açıqladı
16:36 18.04.2022 (Yenilənib: 11:19 25.04.2022) Liderlərin görüşündə regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı məsələlərin nəzərdən keçiriləcəyi gözlənilir.
BAKI, 18 aprel — Sputnik. Aprelin 19-da Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında sazişlərin icrasını müzakirə edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərini müzakirə etməyi planlaşdırırlar.
Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı məsələlər nəzərdən keçiriləcək.
Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub.
Görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib.
Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib.
Rusiya prezidenti Vladimir Putin hələ 2020-ci ilin noyabrında bəyan edib ki, “Qarabağ və ona bitişik bütün rayonlar Azərbaycan ərazisinin ayrılmaz hissəsi olub və indi də belədir”. Rusiya tərəfinin bu rəsmi mövqeyi dəfələrlə ən yüksək səviyyədə vurğulanıb.
Moskva həmçinin İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etmək əzmində olduğunu bəyan edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 14-də bildirib ki, "Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi baza prinsipləri" və Yerevanın onlara reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün əsas rolunu oynayır.
Vaşinqton və Parisin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlük”ü çərçivəsində Moskva ilə təmaslardan imtina etməsini şərh edən Zaxarova qeyd edib ki, “Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə imkan vermir”.
“Rusiya üç ölkənin liderləri arasında mövcud razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, demarkasiyası və regionda iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınması baxımından səylərini davam etdirəcək", deyə o bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.