Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Dəyişən dünya nizamı şəraitində Rusiya ilə Azərbaycan arasında münasibətlər

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidAzərbaycan və Rusiya bayraqları, arxiv şəkli
Azərbaycan və Rusiya bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.04.2022
Abunə olmaq
Tətbirdə yeni dünyada Azərbaycan və Rusiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
BAKI, 18 aprel — Sputnik. Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin 1992-ci il aprelin 4-də qurulmasına baxmayaraq, iki ölkə arasında əlaqələr qədim tarixə malikdir. Siyasətçilər və ekspertlər etiraf edirlər ki, onlar ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanır və hər iki ölkənin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq sayəsində bu gün Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar və təhsil sahələrində səmərəli əməkdaşlıq mövcuddur.
Beynəlxalq siyasət və iqtisadiyyatdakı təlatümlər şəraitində Bakı ilə Moskva arasında əlaqələr sabit qalmaqda davam edir və möhkəm hüquqi-normativ bazaya əsaslanır. Onun daha da möhkəmlənməsi bu ilin fevral ayında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin imzalanması sayəsində mümkün olmuşdur.
Beynəlxalq və regional münasibətlərin transformasiyası şəraitində ikitərəfli münasibətlərin hansı perspektivlər gözlədiyi barədə dəyirmi masa iştirakçıları 20 aprel saat 15:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində məlumat verəcəklər:
1. Elşad Məmmədov - iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri.
2. Aslan Əzimzadə - İqtisadçı, beynəlxalq əlaqələr üzrə mütəxəssis, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi.
3. İlqar Vəlizadə - İqtisadiyyat üzrə fəlsəfə doktoru, politoloq.
4. Nərgiz Rəcəbova - Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı, Kooperasiya Universitetinin müəllimi.
5. Babək Feyzullayev - İqtisadçı, dosent.
6. Albina Abdurəhmanova – Jurnalist, CBC telekanalının əməkdaşı.
7. Fuad Bayramov – İqtisadçı ekspert.
8. Nərmin Səttarova – Doktorant, Bakı Dövlət Universitetinin müəllimi.
9. Nuranə Yunusova – Odlar Yurdu Universitetinin baş müəllimi.
10. Günel Salahova - Rusiya Kitab Evinin əməkdaşı.
11. Ayaz Hümbətov – İqtisadçı, doktorant.
12. Hüseyn İsmayıloğlu - İqtisadçı, ekspert.
13. Aysel Əliyeva – İqtisadçı, doktorant.
14. Şiraz Abbasov - İqtisadçı.
15. Aygül Tağıyeva - İqtisadçı-jurnalist.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0