https://sputnik.az/20220417/rusiya-sq-ukraynanin-miq-29-teyyarelerini-vurub-441183314.html
Rusiya SQ Ukraynanın “MiQ-29” təyyarələrini vurub
Rusiya SQ Ukraynanın “MiQ-29” təyyarələrini vurub
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyi ənənəvi olaraq Ukraynadakı son vəziyyət barədə məlumatı açıqlayıb. 17.04.2022, Sputnik Azərbaycan
2022-04-17T22:15+0400
2022-04-17T22:15+0400
2022-04-17T22:15+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
mig-29
təyyarə
iqor konaşenkov
rusiya müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/11/441183441_0:0:3265:1838_1920x0_80_0_0_1d7991637c1d80b9ef84ce9da21affbd.jpg
BAKI, 17 aprel - Sputnik. Xarkov vilayətində Ukraynaya məxsus iki MiQ-29 qırıcı təyyarəsi vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.Onun sözlərinə görə, raket zərbələri ilə iki yaşayış məntəqəsində sürtgü materialları və sürsat anbarları məhv edilib. Rusiya Silahlı Qüvvələri həmçinin 157 hərbi obyekt məhv ediblər. Buraya S-300 kompleksinin lokator qurğusu da daxildir.Əməliyyat başlayandan Rusiya ordusu 471 PUA və 2308 zirehli texnika məhv edib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/11/441183441_225:0:2956:2048_1920x0_80_0_0_77622bf51f9900804017a97d06c84402.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mig-29, təyyarə, iqor konaşenkov, rusiya müdafiə nazirliyi
mig-29, təyyarə, iqor konaşenkov, rusiya müdafiə nazirliyi
Rusiya SQ Ukraynanın “MiQ-29” təyyarələrini vurub
Rusiya Müdafiə Nazirliyi ənənəvi olaraq Ukraynadakı son vəziyyət barədə məlumatı açıqlayıb.
BAKI, 17 aprel - Sputnik. Xarkov vilayətində Ukraynaya məxsus iki MiQ-29 qırıcı təyyarəsi vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, raket zərbələri ilə iki yaşayış məntəqəsində sürtgü materialları və sürsat anbarları məhv edilib.
Rusiya Silahlı Qüvvələri həmçinin 157 hərbi obyekt məhv ediblər. Buraya S-300 kompleksinin lokator qurğusu da daxildir.
Əməliyyat başlayandan Rusiya ordusu 471 PUA və 2308 zirehli texnika məhv edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.