https://sputnik.az/20220415/rusiya-xn-svec-ve-finlandiyaya-xeberdarliq-etdi-441137831.html
Rusiya XİN İsveç və Finlandiyaya xəbərdarlıq etdi
Rusiya XİN İsveç və Finlandiyaya xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Finlandiya və İsveçin NATO-ya üzvlüyünün bu ölkələrin təhlükəsizliyini möhkəmləndirməyəcəyini... 15.04.2022, Sputnik Azərbaycan
2022-04-15T16:26+0400
2022-04-15T16:26+0400
2022-04-15T16:27+0400
rusiya
rusiya
nato
finlandiya
isveç
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087300_0:0:3073:1728_1920x0_80_0_0_ad04c54b93c50525ca6d4029820d7e9e.jpg
BAKI, 15 aprel — Sputnik. İsveç və Finlandiyanın NATO-ya daxil olması Şimali Avropanın sabitliyini mənfi nəticələrlə təhdid edir. "RİA Novosti" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib."Heç kimə sirr deyil ki, bu ölkələrin əraziləri çoxdan NATO tərəfindən mənimsənilib, irimiqyaslı hərbi təlimlər keçirilib. Bunun alyansa nə üçün lazım olduğu başa düşüləndir. Məqsəd hərbi potensialın və coğrafi ekspansiyanın yaradılmasını davam etdirmək, Rusiyaya qarşı təhdidlər üçün daha bir cinah yaratmaqdır. Bəs niyə finlandiyalı və isveçli qonşularımız Baltikyanı regionda NATO bloku ilə Rusiya arasında yeni qarşıdurma sərhədinə çevrilməlidir - aydın deyil. Şimali Avropada sülh və sabitlik üçün mənfi nəticələr göz qabağındadır", - deyə Zaxarova nazirliyin saytında dərc olunan şərhində bildirib."NATO-ya potensial üzvlük, çətin ki, tarixlərində bir çox konstruktiv, birləşdirici təşəbbüslərin öncüsü olmuş İsveç və Finlandiyanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə kömək etsin. Alyansa daxil olmaqla Stokholm və Helsinki bu fürsəti itirəcək", - deyə Zaxarova bildirib.Bundan başqa, XİN bu ölkələrin NATO-ya üzvlüyünün onların milli təhlükəsizliyini gücləndirmək iqtidarında olmadığını vurğulayıb. "Onlar avtomatik olaraq özlərini NATO-nun cəbhə xəttində tapacaqlar. Üstəlik, NATO-ya üzvlük faktiki olaraq müdafiə sahəsində qərarların hazırlanmasında və xarici siyasətdə suverenliyin bir hissəsindən imtinanı nəzərdə tutur. Düzdür, bu tendensiya açıqlanıb. Aİ-yə üzv dövlətlərin, o cümlədən onun bloka daxil olmayan ölkələrinin ABŞ və NATO-nun dağıdıcı münasibətinin alətinə çevriləcəyi xeyli əvvəldən bilinirdi", - Zaxarova əlavə edib."Təbii ki, seçim İsveç və Finlandiyanın hakimiyyət orqanlarından asılıdır. Lakin onlar da belə bir addımın ikitərəfli münasibətlərimiz və ümumilikdə böhran vəziyyətində olan Avropa təhlükəsizlik arxitekturası üçün nəticələrini dərk etməlidirlər", - deyə o vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087300_0:0:2731:2048_1920x0_80_0_0_98c9d55f6fa168bac0d99cb4d06ee034.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, nato, finlandiya, isveç
rusiya, nato, finlandiya, isveç
Rusiya XİN İsveç və Finlandiyaya xəbərdarlıq etdi
16:26 15.04.2022 (Yenilənib: 16:27 15.04.2022) Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Finlandiya və İsveçin NATO-ya üzvlüyünün bu ölkələrin təhlükəsizliyini möhkəmləndirməyəcəyini bildirib.
BAKI, 15 aprel — Sputnik. İsveç və Finlandiyanın NATO-ya daxil olması Şimali Avropanın sabitliyini mənfi nəticələrlə təhdid edir. "RİA Novosti" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Heç kimə sirr deyil ki, bu ölkələrin əraziləri çoxdan NATO tərəfindən mənimsənilib, irimiqyaslı hərbi təlimlər keçirilib. Bunun alyansa nə üçün lazım olduğu başa düşüləndir. Məqsəd hərbi potensialın və coğrafi ekspansiyanın yaradılmasını davam etdirmək, Rusiyaya qarşı təhdidlər üçün daha bir cinah yaratmaqdır. Bəs niyə finlandiyalı və isveçli qonşularımız Baltikyanı regionda NATO bloku ilə Rusiya arasında yeni qarşıdurma sərhədinə çevrilməlidir - aydın deyil. Şimali Avropada sülh və sabitlik üçün mənfi nəticələr göz qabağındadır", - deyə Zaxarova nazirliyin saytında dərc olunan şərhində bildirib.
"NATO-ya potensial üzvlük, çətin ki, tarixlərində bir çox konstruktiv, birləşdirici təşəbbüslərin öncüsü olmuş İsveç və Finlandiyanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə kömək etsin. Alyansa daxil olmaqla Stokholm və Helsinki bu fürsəti itirəcək", - deyə Zaxarova bildirib.
Bundan başqa, XİN bu ölkələrin NATO-ya üzvlüyünün onların milli təhlükəsizliyini gücləndirmək iqtidarında olmadığını vurğulayıb.
"Onlar avtomatik olaraq özlərini NATO-nun cəbhə xəttində tapacaqlar. Üstəlik, NATO-ya üzvlük faktiki olaraq müdafiə sahəsində qərarların hazırlanmasında və xarici siyasətdə suverenliyin bir hissəsindən imtinanı nəzərdə tutur.
Düzdür, bu tendensiya açıqlanıb. Aİ-yə üzv dövlətlərin, o cümlədən onun bloka daxil olmayan ölkələrinin ABŞ və NATO-nun dağıdıcı münasibətinin alətinə çevriləcəyi xeyli əvvəldən bilinirdi", - Zaxarova əlavə edib.
"Təbii ki, seçim İsveç və Finlandiyanın hakimiyyət orqanlarından asılıdır. Lakin onlar da belə bir addımın ikitərəfli münasibətlərimiz və ümumilikdə böhran vəziyyətində olan Avropa təhlükəsizlik arxitekturası üçün nəticələrini dərk etməlidirlər", - deyə o vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.