Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin, Lavrov və digər Rusiya rəsmiləri ildə nə qədər qazanır?

© Sputnik / Евгений Биятов / Mediabanka keçidVladimir Putin və Sergey Lavrov
Vladimir Putin və Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
Rusiya rəhbərliyində yer alan şəxslərin il ərzində bəyan etdikləri vəsaitlərin məbləği açıqlanıb.
BAKI, 15 aprel - Sputnik. Başda prezident Vladimir Putin olmaqla Rusiya rəsmilərinin illik gəlirləri barədə məlumat yayılıb.
Qeyd olunur ki, V.Putin 2021-ci ildə 10,2 milyon rubl qazanc əldə etdiyini bəyan edib.
Rusiyanın Baş naziri Mixail Mişustinin isə 2021-ci ildə 18,3 milyon rubl qazandığı məlum olub.
Ötən il Rusiya xarici işlər naziri Sergey Lavrov 12,6 milyon, rabitə və texnologiya naziri Maksud Şadayev 21,3 milyon, kənd təsərrüfatı naziri Dmitri Patruşev 121 milyon rubl qazanc əldə edib.
Rusiya hökumətinin ən çox qazanan üzvü isə sənaye və ticarət naziri Denis Manturov olub.
Belə ki, Manturov ötən il 704,6 milyon rubl qazanc əldə etdiyini bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0