Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Peskov Ukrayna SQ tərəfindən zərbə vurulmuş ərazilərdəki vəziyyəti şərh edib

© AP Photo / Andrew MarienkoУкраинский военнослужащий с гранатометом Carl Gustaf М4
Украинский военнослужащий с гранатометом Carl Gustaf М4 - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
Rusiya İstintaq Komitəsi bildirib ki, Ukraynanın iki döyüş helikopteri Rusiyanın hava məkanına soxulub, Bryansk vilayətinin Klimovo qəsəbəsində yaşayış binalarına ən azı altı zərbə endirib.
BAKI, 15 aprel — Sputnik. "Bryansk və Belqorod vilayətlərində Ukrayna qoşunlarının hücumlarından zərər görmüş evlərin bərpası üçün kifayət qədər güc və vasitələrə malikik". Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü jurnalistlərə açıqlamasında deyib.
"Bildiyimə görə, rayonlardan bununla bağlı heç bir müraciət olmayıb. Orada həqiqətən də dəymiş ziyan var, ancaq bu, o qədər də ciddi deyil. Buna görə də yəqin ki, regionların imkanları bütün lazımi tədbirləri görməyə kifayət edir", - deyə Peskov qeyd edib.
Rusiya İstintaq Komitəsi bildirib ki, Ukraynanın iki döyüş helikopteri Rusiyanın hava məkanına soxulub, Bryansk vilayətinin Klimovo qəsəbəsində yaşayış binalarına ən azı altı zərbə endirib. Mərmilərin düşməsi və partlaması nəticəsində qəsəbənin Zareçnaya və Lenin küçələri boyunca ən azı altı yaşayış binası zədələnib. Daha sonra bölgənin qubernatoru Aleksandr Boqomaz bildirib ki, 100-ə yaxın ev bu və ya digər dərəcədə zərər görüb, iki ev tamamilə yanıb.
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin məlumatına görə, 2020-ci il təvəllüdlü uşaq da daxil olmaqla 8 nəfər xəsarət alıb, altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.
Bu yaxınlarda Belqorod vilayətində bir sıra hadisələr baş verib. Səhər saatlarında Belqoroddakı neft bazasında yanğın olub. Bölgə rəhbərinin sözlərinə görə, bu hadisə aşağı hündürlükdə Rusiya hava məkanına daxil olan iki Ukrayna helikopterinin zərbəsi nəticəsində baş verib. Belqorod meri və "Rosneft"in nümayəndəsi bildiriblər ki, yanğın nəticəsində itki olmayıb.
Həmçinin "Severnı" sənaye parkının ərazisi də səhər saatlarında atəşə məruz qalıb. Onun üzərində yerləşən mətbəədən “RİA Novosti”yə bildirilib ki, müəssisə səhər saatlarında atəşə tutulub, içəridə işçi olub və o, qəhvə içməyə görə müəssisəni tərk etdiyi üçün möcüzə nəticəsində sağ qalıb. Mətbəədə avadanlıq zədələnib, pəncərələrə atəş açılıb. Üzbəüzdə yerləşən "Techsapphire" MMC-nin rəhbəri də dəymiş ziyanla bağlı məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Пресс-секретарь президента РФ Дмитрий Песков - Sputnik Azərbaycan, 1920, 15.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Qarşıda duran vəzifələr hamıya məlumdur, onlar tamamlanmalıdır və tamamlanacaq - Peskov
Xəbər lenti
0