Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Oreşkin Rusiyaya idxalın azaldığını və ilin sonunadək belə davam edəcəyini açıqladı

© Sputnik / Murad OrujovMaksim Oreşkin
Maksim Oreşkin - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin bildirib ki, logistik məhdudiyyətlər, bir sıra şirkətlərin Rusiya bazarını tərk etməsi və digər maneələr idxalın azalmasına səbəb olub.
BAKI, 15 aprel — Sputnik. Mart ayının nəticələrinə görə, Rusiya idxalı logistik məhdudiyyətləri və Qərb şirkətlərinin geri çəkilməsi səbəbindən onlarla faiz azalıb. Bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin bildirib.
“Logistik məhdudiyyətlər, digər maneələr, bir sıra şirkətlərin Rusiya bazarını tərk etməsi ilə əlaqədar idxal mart ayının yekunlarına əsasən on faiz azalıb”, – deyə Oreşkin “Rossiya 24” telekanalına müsahibəsində qeyd edib.
O, belə bir vəziyyətin ümumiyyətlə bu il ərzində də davam edə biləcəyini təxmin edib: “Müxtəlif hesablamalara görə, cari hesabın saldosu yalnız birinci rüb üçün 200 milyard dolları keçə bilər – 58,2 (milyard dollar – red.) – bu Mərkəzi Bankın hesablamasıdır”, - deyə prezidentin köməkçisi əlavə edib.
Rusiya Bankının ilkin məlumatlarına əsasən, Rusiya Federasiyasının cari ödəniş balansı hesabının müsbət saldosu birinci rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 58,2 milyard dollar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0