Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Türk Hava Yolları" biletləri rublla satmağa başlayıb

© AFP 2023 / OZAN KOSE"Türk Hava Yolları"nın təyyarələri
Türk Hava Yollarının təyyarələri - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
"Türk Hava Yolları"nın saytında gediş biletinin alınmasının son mərhələsində sərnişinin şəxsi məlumatları daxil edildikdən sonra “ödəniş üsulunu seçin” pəncərəsi açılır.
BAKI, 15 aprel — Sputnik. "Türk Hava Yolları"nın saytında artıq biletləri rublla ödəmək imkanı var. "Türk Hava Yolları"nın saytında yenidən biletləri rus rublu ilə ödəmək imkanı ortaya çıxıb, xatırladaq ki, bu seçim son iki ay ərzində mümkün deyildi.
Mümkün valyutalar siyahısında Rusiya rublu göründü (saytın yuxarı sağ küncündə). Onu seçsəniz, bilet qiymətləri müvafiq olaraq göstəriləcək.
Gediş biletinin alınmasının son mərhələsində sərnişinin şəxsi məlumatları daxil edildikdən sonra “ödəniş üsulunu seçin” pəncərəsi açılır.
"Kredit / debet kartı" sütununda "Mir" milli ödəniş sisteminin simvolu var. Mir kartı seçərkən, ödəniş rublla həyata keçirilir.
"Plastik" UnionPay-dan istifadə etmək imkanı ayrıca göstərilir.
"Mir" kartı ilə əvvəllər də "Türk Hava Yolları"nın saytında bilet almaq mümkün idi - ancaq bu, türk lirəsi ilə həyata keçirilirdi. İndi isə hər şey daha sadə və daha rahat oldu: "Mir" vasitəsilə ödəniş dərhal rublla həyata keçirilir.
Rusiya banklarının buraxdığı "Visa" və "Mastercard" kartlarından istifadə etmək hələ də mümkün deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0