https://sputnik.az/20220414/rusiya-xn-den-ermeni-deputatlarin-qarabaga-qanunsuz-sefer-cehdi-barede-aciqlama--441117043.html
Rusiya XİN-dən erməni deputatların Qarabağa qanunsuz səfər cəhdi barədə açıqlama
Rusiya XİN-dən erməni deputatların Qarabağa qanunsuz səfər cəhdi barədə açıqlama
Sputnik Azərbaycan
Mariya Zaxarova bildirib ki, “Hayastan” blokunun deputatlarının Qarabağa səfəri əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə... 14.04.2022, Sputnik Azərbaycan
2022-04-14T19:50+0400
2022-04-14T19:50+0400
2022-04-14T20:01+0400
rusiya
rusiya xin
mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427664683_0:160:3073:1888_1920x0_80_0_0_e11b772c50f83a4563cc3df7d15f0d03.jpg
BAKI, 14 aprel - Sputnik. Rusiya sülhməramlı kontingenti ciddi şəkildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına uyğun fəaliyyət göstərir. Qeyd olunan səfər əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmayıb.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.“Hesab edirik ki, rusiyalı sülhməramlıların 2020-ci il 9 noyabr bəyanatının şərtlərinə zidd hərəkət etməsi barədə verilən açıqlama həqiqətə uyğun deyil. Ümid edirik ki, istər Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında, istərsə də Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində baş vermiş insidentləri nəzərə alaraq, hər iki tərəf regionda vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinəcək”, - Zaxarova Ermənistan parlamentinin deputatlarının Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan ərasizinə buraxılmamasına dair sualı cavablandırarkən deyib (APA).Qeyd edək ki, aprelin 12-də Qarabağa səfər etmək istəyən “Hayastan” (Ermənistan - Red) blokunun deputatları hazırda Rusiya sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıb.Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.Belə ki, rusiyalı sülhməramlılar “Hayastan” blokununun deputatlarını daşıyan avtomobili nəzarət-buraxılış məntəqəsində saxlayıb.Azərbaycan tərəfi ilə əlaqə yaradılıb və müvafiq tapşırıq alan rusiyalı sülhməramlılar erməni deputatların Qarabağ ərazisinə daxil olmasını qadağan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427664683_170:0:2901:2048_1920x0_80_0_0_bf8ce4b1e440b88702ab2a5136c47e58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, mariya zaxarova
rusiya xin, mariya zaxarova
Rusiya XİN-dən erməni deputatların Qarabağa qanunsuz səfər cəhdi barədə açıqlama
19:50 14.04.2022 (Yenilənib: 20:01 14.04.2022) Mariya Zaxarova bildirib ki, “Hayastan” blokunun deputatlarının Qarabağa səfəri əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmayıb.
BAKI, 14 aprel - Sputnik. Rusiya sülhməramlı kontingenti ciddi şəkildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına uyğun fəaliyyət göstərir. Qeyd olunan səfər əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmayıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Hesab edirik ki, rusiyalı sülhməramlıların 2020-ci il 9 noyabr bəyanatının şərtlərinə zidd hərəkət etməsi barədə verilən açıqlama həqiqətə uyğun deyil. Ümid edirik ki, istər Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında, istərsə də Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində baş vermiş insidentləri nəzərə alaraq, hər iki tərəf regionda vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinəcək”, - Zaxarova Ermənistan parlamentinin deputatlarının Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan ərasizinə buraxılmamasına dair sualı cavablandırarkən deyib (APA).
Qeyd edək ki, aprelin 12-də Qarabağa səfər etmək istəyən “Hayastan” (Ermənistan - Red) blokunun deputatları hazırda Rusiya sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Belə ki, rusiyalı sülhməramlılar “Hayastan” blokununun deputatlarını daşıyan avtomobili nəzarət-buraxılış məntəqəsində saxlayıb.
Azərbaycan tərəfi ilə əlaqə yaradılıb və müvafiq tapşırıq alan rusiyalı sülhməramlılar erməni deputatların Qarabağ ərazisinə daxil olmasını qadağan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin