https://sputnik.az/20220414/rusiya-mn-son-melumati-aciqladi-441096556.html
Rusiya MN son məlumatı açıqladı
Rusiya MN son məlumatı açıqladı
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, son sutka ərzində yüksək dəqiqlikli silahlarla Ukraynanın 12 hərbi obyekti məhv... 14.04.2022, Sputnik Azərbaycan
2022-04-14T14:01+0400
2022-04-14T14:01+0400
2022-04-14T14:01+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
rusiya müdafiə nazirliyi
iqor konaşenkov
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439674381_0:148:3115:1900_1920x0_80_0_0_34a631ddf3eee0e285b7069c2e8848ff.jpg
BAKI, 14 aprel — Sputnik. Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri 700-ə yaxın uçan aparatı, o cümlədən 448 pilotsuz uçuş aparatını məhv edib. Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.Rusiya MN-in məlumatında bildirilib ki, gecə Mariupolda 14 zabit olmaqla, daha 134 ukraynalı hərbiçi təslim olub. RF-nın raket qoşunları və artilleriyası tərəfindən Ukraynanın 770 hərbi obyektinə zərbələr endirilib. Yüksək dəqiqlikli silahlarla Ukraynanın 12 hərbi obyekti məhv edilib. Rusiya operativ-taktiki aviasiyası bir gün ərzində Ukraynanın 48 hərbi obyektini, o cümlədən altı silah anbarını məhv edib."Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 131 təyyarə, 104 helikopter, 245 zenit-raket kompleksi, 448 pilotsuz uçuş aparatı, 2179 tank və digər zirehli döyüş texnikası, 248 reaktiv yaylım atəşi sistemi, 944 səhra artilleriya və minaatan, o cümlədən 2088 ədəd xüsusi təyinatlı hərbi maşın", - Konaşenkov bildirib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
https://sputnik.az/20220318/rusiya-mudafie-nazirliyinin-ukraynadaki-veziyyetle-bagli-melumat-yayib-440288904.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439674381_193:0:2922:2047_1920x0_80_0_0_61e72743b530baab472b73423ef2a582.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rusiya müdafiə nazirliyi, iqor konaşenkov
rusiya, rusiya müdafiə nazirliyi, iqor konaşenkov
Rusiya MN son məlumatı açıqladı
Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, son sutka ərzində yüksək dəqiqlikli silahlarla Ukraynanın 12 hərbi obyekti məhv edilib
BAKI, 14 aprel — Sputnik. Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri 700-ə yaxın uçan aparatı, o cümlədən 448 pilotsuz uçuş aparatını məhv edib. Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
Rusiya MN-in məlumatında bildirilib ki, gecə Mariupolda 14 zabit olmaqla, daha 134 ukraynalı hərbiçi təslim olub. RF-nın raket qoşunları və artilleriyası tərəfindən Ukraynanın 770 hərbi obyektinə zərbələr endirilib. Yüksək dəqiqlikli silahlarla Ukraynanın 12 hərbi obyekti məhv edilib. Rusiya operativ-taktiki aviasiyası bir gün ərzində Ukraynanın 48 hərbi obyektini, o cümlədən altı silah anbarını məhv edib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 131 təyyarə, 104 helikopter, 245 zenit-raket kompleksi, 448 pilotsuz uçuş aparatı, 2179 tank və digər zirehli döyüş texnikası, 248 reaktiv yaylım atəşi sistemi, 944 səhra artilleriya və minaatan, o cümlədən 2088 ədəd xüsusi təyinatlı hərbi maşın", - Konaşenkov bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin