Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RF Müdafiə Nazirliyi: "Moskva" kreyserinin əsas raket silahları zədələnməyib

© AP Photo "Moskva" kreyser
 Moskva kreyser - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Ötən gecə yanğının baş verdiyi "Moskva" kreyseri üzmə qabiliyyətini qoruyur və mütəxəssislər onu limana çəkməklə məşğuldurlar.
BAKI, 14 aprel — Sputnik. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, bir gün əvvəl baş vermiş yanğın nəticəsində "Moskva" kreyserinin raketləri zərər görməyib.
"Moskva" kreyseri üzmə qabiliyyətini qoruyur. Əsas raket silahları zədələnməyib. Kreyserin ekipajı ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib", - deyə nazirlikdən bildirilib.
Məlumata görə, alov mənbəyi lokallaşdırılıb, açıq yanğın yoxdur, silah-sursatların partlayışı dayanıb. Hazırda mütəxəssislər gəminin limana çəkilməsi ilə məşğuldurlar və fövqəladə vəziyyətin səbəblərini müəyyənləşdirirlər.
Ötən gecə məlum olub ki, kreyserdə yanğın baş verib, nəticədə döyüş sursatları partlayıb.
RF prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dövlət başçısına mütəmadi olaraq bütün hadisələr, o cümlədən hərbi xətt üzrə "Moskva" kreyseri ilə bağlı vəziyyət barədə məlumat verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0