https://sputnik.az/20220414/putin-zelenski-ile-gorusecek---peskov-aciqladi-441098634.html
Putin Zelenski ilə görüşəcək? - Peskov açıqladı
Putin Zelenski ilə görüşəcək? - Peskov açıqladı
Sputnik Azərbaycan
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutduqda... 14.04.2022, Sputnik Azərbaycan
2022-04-14T14:54+0400
2022-04-14T14:54+0400
2022-04-14T14:54+0400
putin
rusiya
vladimir zelenski
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441028631_45:652:2527:2048_1920x0_80_0_0_1a64ca6ee3ebe4e88fe0fae3a80f69e3.jpg
BAKI, 14 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Vladimir Zelenski ilə görüşdən imtina etmir. "RİA Novosti" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib."Lakin yer hazırlanmalıdır və hələlik sənədin mətni yoxdur", - deyə Peskov bildirib.O həmçinin qeyd edib ki, Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutduqda bu barədə məlumat verəcək.Xatırladaq ki, bir qədər əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidenti Vladimir Putinin Vladimir Zelenski ilə görüşünün uzaqda olmadığını açıqlamışdı. Çavuşoğlu deyib ki, hər şey Rusiya liderinin razılığından və mövqeyindən asılı olacaq.Qeyd edək ki, martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatiya forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş keçirilib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441028631_436:562:2417:2048_1920x0_80_0_0_af3e61bfb5630a4348e4804ef709c715.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, vladimir zelenski, rusiya prezidenti vladimir putin
putin, vladimir zelenski, rusiya prezidenti vladimir putin
Putin Zelenski ilə görüşəcək? - Peskov açıqladı
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutduqda bu barədə məlumat verəcək.
BAKI, 14 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Vladimir Zelenski ilə görüşdən imtina etmir. "RİA Novosti" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Lakin yer hazırlanmalıdır və hələlik sənədin mətni yoxdur", - deyə Peskov bildirib.
O həmçinin qeyd edib ki, Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutduqda bu barədə məlumat verəcək.
Xatırladaq ki, bir qədər əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidenti Vladimir Putinin Vladimir Zelenski ilə görüşünün uzaqda olmadığını açıqlamışdı. Çavuşoğlu deyib ki, hər şey Rusiya liderinin razılığından və mövqeyindən asılı olacaq.
Qeyd edək ki, martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatiya forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş keçirilib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin